10 apr 08:00musahibe

Rusiya və Çin ABŞ-ı vurmağa hazırlaşır

Rusiya və Çin ABŞ-ı vurmağa hazırlaşırHazırda rəqiblər ABŞ-ın kosmosdakı aktivlərinə hücum edəcək silahlardan istifadə edirlər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısının vəzifələrini icra edən Patrik Şanaxan bildirib.

“Kosmosda növbəti böyük münaqişə udulmuş və ya uduzulmuş ola bilər... Biz reallığa baxmalıyıq. Hazırda bizim rəqiblərimiz kosmosda bizim aktivlərimizə hücüm edə biləcək silahdan istifadə edirlər”, - Şanaxan deyib.

O bildirib ki, Rusiya və Çin artıq münaqişə halında Amerika peyklərini təhlükəyə məruz qoymaq niyyəti ilə kosmosu hərbiləşdiririrlər".

Xatırladaq ki, fevralda Amerika lideri Donald Tramp mABŞ-ın Kosmik Güclərinin yaradılmasını nəzərdə tutan fərman imzalayıb.
XƏBƏR LENTİ
SORĞU