AKİ ssenari müsabiqəsinin qaliblərinin adlarını açıqladıAzərbaycan Kinematoqrafçılar İttifaqı A. M. Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu ilə birgə sənədli kino sahəsində aktivliyi artırmaq , o cümlədən Rusiyada elm , mədəniyyət, ictimai fəaliyyəti ilə görkəmli nəticələr əldə etmiş azərbaycanlıların daha geniş tanıtmaq məqsədi ilə “Rusiyanın görkəmli azərbaycanlıları” beynəlxalq sənədli filmlər ssenariləri müsabiqəsi elan etmişdi. Elan edildiyi kimi “Aşur evi” (Əkbər N. Nəcəf, İdris Heydərli, Seyran Mahmudoğlu),“Bir ailənin əsri” (Toğrul Cuvarlı, Ziya Şıxlinski),“Qacarlar” (Nicat Dadaşov, Reyhan İsayeva),“Xatirələrim məndə yaşayır” (Nadir Maçanov),“Mamed” (Seymur Elsəvər ),“Next” (Çingiz Rəsulzadə),“Sadəcə Emin…” (Günel Mehri), “Şərqdə doğan günəş” (Ülviyyə Əhmədova),“Tənha” (Ruslan Mollayev),“Üç nəfərdən artıq yığışmaq olmaz” (Çingiz Rəsulzadə) ssenariləri müsabiqəyə buraxılmışdı. Rüstəm İbrahimbəyovun sədrliyi ilə Oleq Səfərəliyev, Vaqif Azəryar və Əli İsa Cabbarovun daxil olduğu münsiflər heyəti Milli Kino günü öncəsi qalibləri müəyyən etmişdir:
1-ci yer -“Aşur evi” (Əkbər N. Nəcəf, İdris Heydərli, Seyran Mahmudoğlu)

2-ci yer “Bir ailənin əsri” (Toğrul Cuvarlı, Ziya Şıxlinski)

3-cü yerlər “Şərqdə doğan günəş” (Ülviyyə Əhmədova)
“Next” (Çingiz Rəsulzadə)
“Qacarlar” (Nicat Dadaşov, Reyhan İsayeva)

Azərbaycan Kinematoqrafçılar İttifaqı birinci yer tutmuş ssenarinin kino həyatı qazanması üçün səy göstərəcəkdir. Münsiflər heyəti müsabiqəyə qatılmış müəlliflərə müsabiqədə iştiraka görə minnətdarlığını bildirir, yaradıcı fəaliyyətdə uğurlar arzu edir. Müsabiqənin qalibləri diplom və pul mükafatı ilə təltif ediləcəklər.
 Rasim Balayev karantinə alındıXalq artisti, aktyor Rasim Balayev 14 günlük karantinə alınıb.

Bu barədə Kult.az-a xalq artisti özü məlumat verib.

O bildirib ki, koronavirusa yoluxmayıb:

“Bir neçə gün öncə müayinə üçün Türkiyəyə getmişdim. 5 gün orada qaldım. Hər şey yaxşıdır. Səhhətim də normaldır. Yanvarda qardaş ölkədə əməliyyat olunmuşdum. May ayında müayinədən keçməli idi. Koronavirusa görə yollar bağlandı, gedə bilmədim. Təzəlikcə qayıtmışam. Ölkəyə dönən kimi 14 günlük karantinə aldılar. ASAN Xidmətə zəng vurub səbəbini soruşdum. Dedilər ki, qayda belədir. Xarici ölkədən qayıdanlar iki həftə evdən bayıra çıxmamalıdır. İndi bayıra da çıxa bilmirəm. Evə ərzağı uşaqlar alır”.

Maya və Ulduz dünyasını dəyişdiAzərbaycan kino sənətində Maya və Ulduz obrazları ilə yaddaşlarda qalan aktrisa və pianoçu Tamilla Rüstəmova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Avrasiya.net xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd edək ki, Tamilla Rüstəmova Azərbaycanın görkemli bəstəkarı Səid Rüstəmovun ailəsində dünyaya göz açmışdır.
Allah rəhmət eləsin!

Azərbaycanda məşhur musiqiçi ölüm ayağındadır - FOTONağara ifaçısı Zöhrab Məmmədovun səhhəti pisləşib.

Avrasiya.net xəbər verir ki, bu haqda klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu instaqram səhifəsində paylaşım edib.

O, fotonu paylaşaraq insanları və Hacı Nuranı sənətçiyə kömək etməyə səsləyib:
Azərbaycanda məşhur musiqiçi ölüm ayağındadır - FOTO
"Azərbaycan nağara sənətinin ən öndə duran sənətkarlarından biri Zöhrab Məmmədovun köməyə ehtiyacı var. Üzümü tuturam ilk növbədə imkanlı şəxslərə sonra da Hacı Nurana. Yardımı ancaq populyar oxuyanlara yox belə sənətkarlara da etmək lazımdır. Axı o, Azərbaycanın sərvətidir. O, həqiqətən xəstədir, başqaları kimi yalandan aldatmır".

Qeyd edək ki, 73 yaşlı musiqiçinin müalicəsi üçün maddi yardıma ehtiyacı var. Nağaraçının yaxınları bununla bağlı "Facebook"da yardım kampaniyasına başlayıblar. Sənətçinin təcili əməliyyata ehtiyacı var.
İlham Əliyev Xalq artistinə ev verdiPrezident İlham Əliyev Azərbaycanın Xalq artisti, aktyor, ssenari müəllifi Vidadi Həsənova ev hədiyyə edib.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı tərəfindən hədiyyə edilən 3 otaqlı mənzilin açarları Xalq artistinə təqdim olunub.

Belə ki, Prezident İlham Əliyev V.Həsənova mənzili onun doğum günündə (iyulun 16-da - red) hədiyyə edib.

Xalq artisti dövlət başçısına təşəkkür edib:

“Mən bu tarixdə 62 yaşımı haqladım. Ad günümdə səmimi, xoş arzular da oldu, maraqlı və dəyərli hədiyyələr də. Hamınıza təşəkkür edirəm. Dostlar! O gün, xüsusi ilə bir hədiyyənin mənə və ailəmə bəxş etdiyi sevinci sizinlə bölüşmək istəyirəm. Bilmirəm, bəlkə, bu təsadüf idi? Əlbəttə, bu, təsadüf ola bilərdi. Bəlkə də, sadəcə, tarixlər üst-üstə düşmüşdü? Əlbəttə, belə də ola bilərdi. Amma, mən belə düşünmək istəmirəm. Bu, nə təsadüf idi, nə də tarixlərin üst-üstə düşməsi. Məncə bu, qayğıkeş bir rəhbərin, genişürəkli bir insanın hər bir ölkə vətəndaşına göstərdiyi diqqətin ibrətamiz bir nümunəsi idi. Bu yaxınlarda məni Bakı Şəhər İcra Hakimiyyətinə çağırıb, bir sərancam təqdim etdilər. Bu, Həsənov Vidadi İsmail oğluna, Bakı şəhərində 3 otaqlı mənzil verilməsi ilə bağlı Möhtərəm Prezident cənab İlham Əliyevin sərancamı idi. Sərancamın tarixi isə - istəyirsiz inanın, istəyirsiz yox - məhz 16.07.2020-ci il idi. Dostlar! Bilmirəm, bəlkə, bu təsadüf idi? Bəlkə də, tarixlər üst-üstə düşmüşdü? Siz necə istəyirsiz düşünə bilərsiniz. Məncə, belə deyildi. Möhtərəm Prezident! Bu əlamətdar gündə mənə və ailəmə bəxş etdiyiniz sevincə görə Sizə dərin təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, V.Həsənov 1958-ci ilin iyulun 16-da Gəncədə anadan olub. Gəncə şəhər 37 saylı məktəbi bitirib. 1979-cu ildə hərbi xidməti başa vurduqdan sonra Cəfər Cabbarlı adına Gəncə dövlət dram teatrında fəaliyyətə başlayıb. 1980-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və incəsənət İnstitutunun dram və kino aktyoru ixtisasına daxil olub. İnstitutun Tədris Teatrında aktyor kimi iştirak edib.

O, 1986-cı ildə həmin universitetdə müəllim kimi fəaliyyətə başlayıb. Aktyor 1990-cı ildən isə YUĞ teatrında çalışır. 9 may 2012-ci ildə Əməkdar artist fəxri adına, 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.
İbrahim Borçalının oğlu faciəvi şəkildə vəfat etdi - FotoTanınmış müğənni İbrahim Borçalının oğlu faciəvi şəkildə vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, müğənninin oğlu Rəhim Marneuli rayonunda yerləşən Şüləver kəndində qəzaya düşüb.

Gəncin qəzaya düşdüyü avtomobildə onun qonşularının da olduğu bildirilir.

Allah rəhmət eləsin!
İbrahim Borçalının oğlu faciəvi şəkildə vəfat etdi - Foto
"Azərbaycan xalqı yüksək mədəni irsə malikdir" Azərbaycan xalqı zəngin tarixə və mədəniyyətə malikdir. Azərbaycan ədəbiyyat ənənələrini, maarifçilik idealarını mədəniyyətimizi təblig edən layihələrdən biri də Azərbaycan mədəniyyəti layihəsidir.

Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi və xalq sənətinin müxtəlif növlərinin tədqiqi Azərbaycan xalqının yüksək mədəni irsə malik olmasını sübut edir.
Azərbaycan mədəniyyəti layihəsinin əsas məqsədi həm mədəniyyətimizi həm də ədəbiyyatmızı gələcək nəsillərə tanıtmaqdır.

Bu layihə artıq 3 ildir ki Azərbaycan da Strat götürmüşdür. Layihənin ilk adı "Muğam dünyası 2017 cildə olmuşdur" daha sonra isə bu layihənin adı dəyişdirilərək "Azərbaycan inciləri 2018" adı ilə əvəz olundu. Məqsəd isə gənclərə və digər həmvətəndaşlarımıza, həmçinin də əcnəbilərə Azərbaycan muğamını sevdirmək və tanitmaq olmuşdur. Daha sonra isə layihənin adı 2020 çi ildən "Azərbaycan Mədəniyyəti" adı ilə həyata keçirilmişdir. Çox keçmədən sosial şəbəkələrdə 12 min baxış kütləsi toplamışdır və digər şəbəkələrdə var İnstaqram Yohtube var .
Layihə Nicat Müslümovun ideyası ilə ərsəyə gəlmişdir. Layihə rəhbəri Nicat Müslümov layihənin tanınması üçün bir çox tədbirlər həyata keçirib könüllü olaraq . Mütəmadi olaraq qrupda muğam ustalarının ifaları, gənc muğam ifaçılarının şəkilləri, xalq mahnılarımızın mətnləri, muğam ifaçılarının televiziyada yayımlanacaq veriliş tarixi və saati ilə bağlı bilgilər yayımlanaraq sosial şəbəkə istifadəçilərində, (izləyicilərdə) maraq yaratmışdır. nəzarət edir.

Bildiyimiz kimi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilib.
Azərbaycan mədəniyyətini təbliğ etmək və tanıtmaq hər bir azərbaycan vətəndaşının amalı olmalıdır.

Azərbaycan respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın söylədiyi kimi, təbiət hər zaman təkrarsız canlandığı kimi, muğam sənəti də heç bir sərhədlərə sığışmayan, azad, özü-özündən bəhrələnən bir sənətdir. Muğam sənəti əsrlər boyu Azərbaycan xalqının milli tanıtma nişanlarından biri kimi milli-mədəni irsimizin əsas hissəsini təşkil edib. Bu mənada, bizi millət kimi qoruyub saxlayan bu mədəni irsi, mədəniyyəti yaşatmaq və təbliğ etmək hər birimizin mənəvi borcudur.

Azərbaycan mədəniyyəti layihəsinin baş koordinatoru: Balacaxanım Hüseynova
Siyəzənin tarixi və mədəniyyət abidələrinə virtual ekskursiya təşkil olunubSiyəzən Rayon Gənclər və İdman İdarəsi və Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə iyulun 9-da idarənin sosial media hesablarında rayon ərazisində mövcud olan tarixi və mədəniyyət abidələrinə virtual ekskursiya təşkil olunub.

Virtual ekskursiya “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.7. yarımbəndinin icrasının təmin edilməsi (Milli-mədəni irsin və təbiətin gənclərə tanıdılması məqsədi ilə diyarşünaslığın inkişaf etdirilməsi), tarixi-memarlıq abidələrinin və mədəni irsin yeniyetmə və gənclərə tanıdılması, onların bu sahədə dünyagörüşünün artırılması, tariximizin təbliği və evdən çıxmadan rayonun tarixi və mədəniyyət abidələri ilə tanış olmaq imkanının yaradılması məqsədi daşıyıb.

Qeyd edək ki, Siyəzən gənc rayon olsa da ərazisi bir sıra ölkə və dünya əhəmiyyətli tarixi və mədəniyyət abidələri ilə zəngindir.
Siyəzənin tarixi və mədəniyyət abidələrinə virtual ekskursiya təşkil olunub
Dünya əhəmiyyətli abidələri:

1. Beşbarmaq paralel müdafiə səddi (IV-VII əsrlər) — Bu istehkam Beşbarmaq dağının ətəklərindən Xəzər dənizinə qədər uzanırdı. Hazırda dövrümüzə qədər səddin bir hissəsi gəlib çatmışdır. Dağın ətəyində daşlardan, düzənlikdə iri çiy kərpicdən sədd bir-birindən 200 m. aralı iki divardan ibarət idi.

2. Gilgilçay müdafiə istehkamlar kompleksi (V əsr) —Gilgilçay səddi dünya əhəmiyyətli abidədir. Böyük Çin səddindən sonra dünyada ikinci yeri tutur. 120 km məsafədə uzanır.60 km hissəsi tədqiq olunub.

Ölkə və yerli əhəmiyyətli abidələri:

1. Pir Xəlil türbəsi (XVIII əsr) — Gilgilçay qəsəbəsində yerləşir. Hazırki dövrə qədər salamat qalmışdır.
2. Qala qalıqları – Qara Dundur istehkamı (orta əsrlər) — Sədan kəndindən təxminən 3 km qərbdə dağın zirvəsində yerləşir. Bu qalanın bürclərindən birinin yalnız qalıqları qalmışdır.
Siyəzənin tarixi və mədəniyyət abidələrinə virtual ekskursiya təşkil olunub
3. Hərbi düşərgə (IV-V əsrlər)
4. Şeyx Heydər türbəsi (XV əsr) —Şıxlar kəndinin qalıqlarından qərbdə kənd qəbiristanlığının içərisindədir. Türbə uçulub dağılmışdır.
5. Karvansaray qalıqları (XV-XVII əsrlər)
6. Şəhərgah (orta əsrlər) — Siyəzən şəhərinin şimal hissəsində yerləşir.
7. Su ovdanı (1906) — Zarat kəndinin yaxınlığında yerləşir.
8. Daş mağara — Dib kəndində yerləşir.
9. Dəmiryol vağzalı (1898) — Gilgilçay stansiyası.
10. Dəmiryol vağzalı (1913) — Zarat stansiyası.
11. Dəmiryol vağzalı (1913) — Qızılburun stansiyası.
12. Su kəməri (1906) — Siyəzən şəhərinin yaxınlığında yerləşir.
13. Su anbarı (1913) — Qızılburun stansiyasının yaxınlığında yerləşir.

#evdəqal #sağlamqal #məsafəsaxla #virtualekskursiya #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz #Gənclərsiyasəti #GəncLİNK
Karantini pozan aparıcı işdən çıxarıldıAzərbaycanın bir sıra şəhər və rayonlarında, eləcə də Bakıda tətbiq olunan sərt karantin rejiminin tələblərini pozan teleaparıcı Mələk Heydərova işdən çıxarılıb.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, Baku TV rəhbərliyi karantin qaydalarına əməl etməyən, qeyri-peşəkarlıq sərgiləyərək ictimai fikirdə mənfi imic formalaşdıran aparıcı ilə yollarını ayırmaq qərarına gəlib və Mələk Heydərova ilə əmək müqaviləsinə xitam verib.

Bundan əvvəl isə Mələk Heydərova ictimaiyyətdən, Baku TV izləyicilərindən, kanal rəhbərliyindən, oxuculardan sərgilədiyi davranışa görə üzr istəyib.