Fəxri adların verilməsi ilə bağlı yeni mexanizm yaradılırFəxri adların verilməsi ilə bağlı dediyim fikirlər düzgün anlaşılmayıb. Söhbət gələcəkdə fəxri adların verilməsində sui-istifadə hallarının qarşısının alınmasından gedir.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Mədəniyyət nazirinin birinci müavini, naziri vəzifələrini müvəqqəti icra edən Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu məqsədlə gələcəkdə hüquqi tənzimləyici mexanizmin yaradılması təklif edilib: "Bu mexanizimə əsasən, orada açıq aşkar meyarlar tətbiq olunacaq. Bu meyarlar vasitəsilə fəxri adlar üçün təqdim olunan namizədlərin nəzərdən keçirilməsi müstəqil kommisiya tərəfindən həyata keçiriləcək. Hesab edirik ki, qərarın gizli şəkildə qəbul edilməsi məqsədəuyğun olar. Bu hələ bizim təklifimizdir. Bununla da gələcəkdə bu prosesdə hər hansı bir sui-istifadə hallarının qarşısını ala biləcəyik".
Azərbaycanın Avroviziya-2021-də iştirakı təsdiqləndiAzərbaycanın Avroviziya-2021 mahnı müsabiqəsində iştirakı təsdiqlənib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən Kult.az-a məlumata görə, gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.

18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq Avroviziya-2021 mahnı müsabiqəsində ölkəmizi Samirə Əfəndiyeva təmsil edəcək.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan "Avroviziya"nın Azərbaycanda rəsmi yayım hüququ İTV-yə məxsusdur.

Yarışmanın Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.
“Qoy həmişə sülh olsun!” mövzusunda onlayn rəsm müsabiqəsinə yekun vurulub1 – 18 sentyabr 2020-ci il tarixlərdə Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında 21 Sentyabr “Beynəlxalq Sülh günü”nə həsr olunmuş “Qoy həmişə sülh olsun!” mövzusunda onlayn rəsm müsabiqəsi keçirilib. 21 sentyabr – 21 avqust tarixlərdə respublikanı əhatə “Sülh aylığı” çərçivəsində keçirilən müsabiqədə rayon ümumtəhsil məktəblərinin 40-a yaxın şagirdi iştirak edib.

Müsabiqə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı"nın 5.10.4. yarımbəndinin icrasının təmin olunması, “Beynəlxalq Sülh günü”nə diqqəti cəlb etmək, uşaq və yeniyetmələrə sülh mədəniyyəti, həmrəylik, beynəlmiləlçilik ideyalarına hörmət ruhu aşılamaq, istedadlı uşaq və yeniyetmələri üzə çıxartmaq və bu sahədə onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək olmaq məqsədi daşıyıb.

Şagirdlər tərəfindən çəkilən rəsmlərdə onların sülhün qorunması, zorakılıqsız və müharibəsiz həyat, dünyanın bütün xalqlarının sülh və əmin-amanlıq şəraitində yaşaması kimi arzuları əks etdirilib.

Münsiflər heyətinin qiymətləndirilməsinə əsasən uşaqlar arasında Zarat kənd tam orta məktəbin şagirdi Şahbazlı Ayşən I, Məşrif kənd tam orta məktəbin şagirdi Səmədova Mahnur II, Böyük Həmyə kənd tam orta məktəbin şagirdi Nəzərov Hacı III yerə layiq görülüb. Yeniyetmələr arasında isə şəhər 2 saylı tam orta məktəbin şagirdi Allahverdiyeva Xədicə birinci, Böyük Həmyə kənd tam orta məktəbin şagirdi Umudova Fatimə ikinci, şəhər 1 saylı tam orta məktəbin şagirdi Novruzova Ləman üçüncü olub. Müsabiqənin qalibləri onlayn fəxri fərmanlarla təltif ediliblər.
“Qoy həmişə sülh olsun!” mövzusunda onlayn rəsm müsabiqəsinə yekun vurulub
“Qoy həmişə sülh olsun!” mövzusunda onlayn rəsm müsabiqəsinə yekun vurulub
“Qoy həmişə sülh olsun!” mövzusunda onlayn rəsm müsabiqəsinə yekun vurulub
“Qoy həmişə sülh olsun!” mövzusunda onlayn rəsm müsabiqəsinə yekun vurulub
#Bizbirlikdəgüclüyük #QoyHəmişəSülhOlsun #Sülhaylığı #BeynəlxalqSülhGünü #rəsmmüsabiqəsi #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ“Bu dəqiqələrdə Zeynəb Xanlarova zəng edib israrla onun fikirlərinin məhz mənim səhifələrimdə paylaşılmasını xahiş etdi. Səbəbini soruşduqda isə bildirdi ki, bu günə qədər onlarla dəfə heç vaxt səsləndirmədiyi "uşaqpulu verilməsin" kimi fikirləri məhz mətbuat yayıb və bilə-bilə onun fikirlərini dəfələrlə təhrif ediblər. Ona görə də Zeynəb xanımın Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə ünvanladığı müraciətini dediyi kimi səhifələrimdə paylaşıram”.

Avrasiya.net xəbər verir ki, bu fikirləri tanınmış hüquqşünas Aslan İsmayılov bildirib.

A.İsmayılov Xalq artisti, sabiq deputat Zeynəb Xanlarovanın müraciətini olduğu kimi özünün sosial şəbəkə səhifəsində yerləşdirib. Müraciətdə deyilir:

"Cənab Prezident, Hörmətli İlham müəllim!


Siz məni uzun illərdir ki, tanıyırsınız və səmimiliyimə bələdsiniz. Atanız rəhmətlik Heydər Əliyevə və Sizə münasibətim də dəyişməz olaraq qalıb və qalacaq. Son dövrlərə qədər meydan sulayanlar rəhmətlik Heydər Əliyevdən üz döndərəndə mən heç nəyə baxmayaraq ona hörmətimi açıq ifadə etmişəm və onun Dövlətimiz, Xalqımız, mədəniyyətimiz üçün etdiklərini heç vaxt unutmamışam, açıq demişəm və bu gün də, sabah da eyni fikirdə qalacam. Buna görə də Azərbaycan xalqına və mədəniyyətinə düşmən kəsilənlər əllərində olan imkanlardan istifadə edib uzun illər haqqımda şər-böhtan tirajlayıblar. Bilirsiniz ki, mən mədəniyyət adamıyam və daim siyasətdən uzaq olmağa çalışmışam, ancaq Dövlətimiz, Millətimiz üçün çox vacib olan məsələlərdə susmamışam və susmayacam. Son dövrlər etdiklərinizi bütün varlığımla alqışlayıram və əminəm ki, Dövlətimiz, Xalqımız üçün daha uğurlu işlər görəcəksiniz. Bu gün Sizə Qarabağ qazisi, şəxsən tanıdığım, hörmətlə yanaşdığım və mənim yaradıcılığımın vurğunu olan Tofiq Yaqublu ilə bağlı müraciət edirəm. Əminəm ki, Tofiq Dövlətimiz, Millətimiz üçün ziyanlı addım atmaz. Bu gün onun uzun müddət həbsdə olmasını haqsızlıq kimi dəyərləndirib Sizdən şəxsən xahiş edirəm ki, onun azadlığa buraxılmasına köməklik edəsiniz. Tofiqi mərd Azərbaycan kişisi kimi tanıyıram, bala acısı görmüş adamdır. Bu gün onun həbsdə olması ilə bağlı aclıq etməsi faciə ilə sonuclana bilər. İnanıram ki, belə mövzularda ilk dəfə olaraq Sizə müraciət etməyimi nəzərə alacaqsınız. Bir daha Sizə can sağlığı və Dövlətimiz, Vətənimiz üçün görəcəyiniz işlərdə uğurlar arzulayıram.


Hörmətlə,
Zeynəb Xanlarova"
"Qarabağın səsi" ingilis dilində tərcümə olundu İşğal olunan torpaqlarımızla bağlı Müdafiə Nazirliyinin və Bakı Şəhər Gənclər və İdman Baş idarəsinim dəstəyi ilə "Qarabağın səsi " layihəsinin ideya muəllifi nəğməkar şair Cəlal Qurbanov, layihənin rəhbəri isə jurnalist Mintac Elsevərdir. Layihənin koordinatori Mehrab Dadaşov.

Mahnının sözləri Cəlal Qurbanova, ingilis dilinə tərcümə Nigar Həsənzadəyə, oranjemanı isə əməkdar artist Əliağa Sədiyevə məxsusdur.

Ekran işini digərlərindən fərqləndirən cəhət, onun Çahargah muğamının Mayeyi Çahargah, Bəstənigar, Müxalif, Mənsuriyyə, Üzzal şöbələrində ifa olunması, mahnıda səslənən silah səslərinin isə əslində zərb alətlərində ifa olunmasıdır.

Klipdə xalq artisti Nurəddin Mehdixanlı ilə yanaşı, muğam müsabiqəsinin qalibləri və iştirakçıları yer alıblar. İştirakçıların stili üzərində Elnur Həsənov və Gülya Vəkilova çalışıb. Ekran işinin rejissorluğu isə Cəlal Kəngərliyə həvalə olunub.
Nadir Qafarzadə ağladı: Kömək edin!Müğənni Nadir Qafarzadə onkoloji şiş diaqnozu qoyulmuş əməkdar artist Gülbahar Şükürovaya yardım istəyib.

Avrasiya.net Teleqraf.com-a istinadən xəbər verir ki, Nadir Qafarzadə İnstaqramda video paylaşaraq bu sözləri qeyd edib:

“Əməkdar artist Gülbahar Şükürova çox ağır vəziyyətdədir. Səhhəti get-gedə ağırlaşır. Bu xanıma kömək lazımdır. Buradan Mədəniyyət Nazirliyinə müraciət edirəm, o xanımla maraqlansınlar. Maddi kömək lazımdır. Biz sənət adamları çoxdandır ki, pul qazanmırıq, iş yoxdur. Bu xanımın da nəyi var idi xərclədi, qurtardı.

Gülbahar xanım gözəl xanımdır. Ona yardım etmək və müalicə lazımdır. Buradan aidiyyəti qurumlara səslənirəm, bu xanıma kömək olsunlar. Çünki pandemiya dövrü bir çox insanları xəstəliyə saldı, xüsusilə də sənət adamları ruhdan düşdülər. Əsəbiləşdilər və çərçivədə olmağı bacarmadılar. Hər zaman səhnədə olan yaradıcı insanlar bu vəziyyəti çətin keçirir. Bunlar hamısı üst-üstə gəldi və Gülbahar xanım yataq xəstəsinə çevrildi. Müalicəsini kimsə üzərinə götürməlidir.

Hər zaman onun yanındayam, amma məndən asılı olmayan şeylər var. Sözümü dedim və eşidən eşidir. Bu vaxta qədər özüm üçün heç nə istəməmişəm. Gülbahar xanım üçün dövlətimizdən xahiş edirəm, qoymayın daha bir sənət adamı bizi tərk eləsin. Yaşamaq istəyir. Deyəcəklər, Nadir yenə kövrəldi, amma çox çətindir”.

Qeyd edək ki, maddi durumu yaxşı olmayan sənətçi xəstəxanaya getməkdən və əməliyyatdan imtina edib.
Afaq Aslanın erməni blogerlə Dubay əyləncəsi - VideoMüğənni Afaq Aslanın “Mas” adı ilə məşhurlaşan erməni blogerlə görüntüləri yayılıb.

Avrasiya.net Mediapost.az-a istinadən xəbər verir ki, onlar Nüsrət Gökçənin Dubaydakı restoranında bir araya gəliblər. Buna səbəb isə rusiyalı model və bloger Muhanad Beşin təşkil etdiyi qonaqlıq olub.

Erməni bloger və onun dostları ilə əylənən A.Aslanın görüntülərini isə Mas və Muhanad İnstaqram “Story”də paylaşıb.

Müğənni sözügedən görüşdən heç bir paylaşım etməyib.

Qeyd edək ki, Mas və Muhanad bahalı həyat tərzi ilə tez-tez gündəmə gəlir. A.Aslan isə sonuncu dəfə mediada braziliyalı iş adamına ərə getməsi barədə çıxan xəbərlərlə yer alıb.
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır Afaq Bəşirqızının oğlu məktəb direktoru olan gəlinini boşayır.

Xalq artistinin oğlu Təhməzov Səmral Əhməd oğlu nikahın pozulması ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə prosesinin hazırlıq iclası sentyabr ayının 16-da hakim Orxan Məmmədlinin sədrliyi ilə keçiriləcək. Cavabdeh qismində Təhməzova Könül Arif qızı tanınıb.

Xatırladaq ki, ötən ayın 14-də Bakıda 7 nömrəli tam orta məktəbdə direktor vəzifəsinə yaranmış vakansiya ilə bağlı məktəbin direktor vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası Təlimə Dəstək Mərkəzinin Tədrisin idarəolunması bölməsinin müdiri Təhməzova Könül Arif qızına həvalə edilib. (unikal.org)
Qalmaqallı Amaci qayıdırBir vaxtların məşhur hind serialı "Bu zalım dünyada doğulma" yenidən efirə qayıdır.

Avrasiya.net Axşam.az-a istinadən xəbər verir ki, daha çox baş qəhrəman Amacinin adı ilə tanınan ekran işini Speys TV yenidən yayımlayacaq.

2009-cu ildə lentə alınan və 2012-ci ildə Azərbaycanda efirə gedən və yarımçıq kəsilən serialın köhnə bölümləri ilə yanaşı yeni bölümləri də nümayiş olunacaq.

"Bu zalım dünyada doğulma" serialı böyük qalmaqal yaratmış və yarımçıq efirdən qaldırılmışdı.

Qeyd edək ki, Virpur kəndində baş verən hadisələrin əks olunduğu serialda Meqna Malik, Nataşa Şarma, Aditya Redic, Şikha Pərvin, Şivaqi Şarma və başqaları rol alıblar.
Azərbaycanlı müğənni koronavirusdan öldüAzərbaycanlı müğənni Toğrul Həbibi vəfat edib.

Kult.az Mediapost.az-a istinadən xəbər verir ki, ifaçı bir neçə gündür 1 saylı Klinik Mərkəzdə komada idi.

Koronavirusa yoluxan ifaçının EKMO aparatına qoşulması üçün petisiya yaradılsa da, onun həyatını qurtarmaq mümkün olmayıb.

Qeyd edək ki, T.Həbibi Bakının tanınmış restoranlardakı çıxışları ilə məşhurlaşıb.