Öləndə kəfən pulu tapmayan Şövkət Ələkbərova — Maraqlı faktlar
Bu gün böyük sənətkar, Xalq artisti Şövkət Ələkbərovanın anım günüdür.

Kulis.az bu münasibətlə sənətkar haqqında maraqlı faktları təqdim edir.

Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib.

Atası onun musiqiçi olmasını çox istəyib. Şövkət xanımın ilk musiqi təhsili kamança aləti üzrə olub. 1937-ci ildə musiqi yarışmasında Qarabağ şikəstəsini ifa edir. Münsiflər heyətində əyləşən Üzeyir Hacıbəyov, Səid Rüstəmov və Bülbül onun səsinə valeh olur. Şövkət Ələkbərova dövlət xoruna qəbul olunur. Həmin gündən onun musiqi karyerası başlanır.

Şövkət Ələkbərova gəlinini muğam ixtisasından dərs dediyi Asəf Zeynallı adına musiqi texnikumunda görüb bəyənib. Gələcək gəlinini oğluna göstərəndə deyib: “O qız mənim cavanlığıma oxşayır.”

Səməd Vurğun “Oxu gözəl” mahnısının sözlərini məhz Şövkət Ələkbərova üçün yazıb.

Xanəndə iki dəfə ailə qurub. Birinci evlilikdən Natella adlı qızı doğulub. Qızının atası hərbi həkim olub. O, cəbhəyə gedib və geri qayıtmayıb. Amma Şövkət xanım müharibədən əvvəl ondan boşanıb qızı ilə birgə yaşayıb. Deyilənə görə bu boşanmaya səbəb ərinin onu hədsiz qısqanması olub. Onun ikinci evliliyi məşhur rejissor Lətif Səfərovla olub. Bu evlilikdən isə Bəşir adlı övladları doğulub. Lakin, Lətif Səfərov bir müddət sonra intihar edib.

Şövkət xanımın birinci həyat yoldaşından olan qızı Natella gənc yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Qızının dərdi ilə yanan Şövkət Ələkbərova gəlinin sözlərinə görə, çox az yaşaya bilib. Şövkət xanım qızının ölümündən sonra bir daha mahnı oxumayıb.

Xanəndənin yaxın rəfiqəsi, müharibə veteranı Fatma Səttarova müsahibəsində Şövkət xanımdan bəhs edir: "Onun qardaşı mənimlə müharibədə olub - 1941-45-ci illərdə. Müharibədə həlak oldu. Onun qızı qalmışdı, Şövkət Ələkbərova o qıza da analıq etdi. Çünki Şövkət xanımın qardaşı həlak olandan sonra qızın anası uşağı qoyub getmişdi. Qızı Natellanın ölümündən sonra Şövkət xanım 3 ilə yaxın yaşadı. O müddətdə kim görsəydi onu, tanımazdı. Saçları, kirpikləri ağarmışdı. Onun o vaxtı yadıma düşəndə indi də kövrəlirəm. Şövkət bəlkə də belə tez ölməzdi, Natellanın dərdi onu öldürdü. Natellanın ölümündən 1 il sonra mənim nəvələrimin toyu oldu, mən onu da dəvət eləmişdim. O toyda Şövkət ancaq ağladı. Natelladan sonra Şövkətin zümzüməsi ancaq onun göz yaşları idi. Ondan sonra bir daha oxumadı".

Deyilənə görə Şövkət xanım qızı ilə bağlı kədərini yenicə doğulmuş qız nəvəsi ilə ovudurmuş. O, hər gün yorulmadan nəvəsinə lay-lay oxuyarmış. Bunu isə belə ifadə edirmiş: “Mənim ömrümə çox az qalıb. Qoyun, doyunca lay-lay deyim balama”.

Gəlini Gülarə xanım müsahibələrində deyir: “Övladlarından başqa Şövkət xanım öz qardaşı uşaqlarına da baxıb. İkinci Dünya Müharibəsi zamanı Şövkət xanımın böyük qardaşı Mirələkbər itkin düşüb və yoldaşı da dünyasını dəyişib. Onların qızı Validə isə onda bir neçə aylıq körpə olub və Şövkət xanım ona öz qızı kimi baxıb, böyüdüb, boya-başa çatdırıb. Validə üçüncü sinifdə oxuyarkən məktəbdə öyrənib ki, Şövkət xanımın öz qızı deyil. Lakin Şövkət xanım ona “qızım, düzdür, mən sənin əslində bibinəm, amma səni anan kimi çox istəyirəm, mənim doğma balamsan” deyib. Validə Şövkət xanımın tərbiyəsini alıb böyüdü və Şövkət xanım onu gəlin köçürdü”.

Şövkət Ələkbərova həm də gözəl müəllimə olub. O, Azərbaycanın hər qarışını diyar-diyar gəzib istedadlı uşaqları seçib Bakıya gətirib. Tələbəsi Aybəniz xanım deyir ki, Şövkət Ələkbərova çox əliaçıq insan olub: Bir dəfə eşitdim ki, Şövkət xanım xəstələnib. Gedib onların qapısının ağzında saatlarla əyləşdim ki, ondan bir xəbər bilim. O, özü də bunu biləndə çox təəccüblənmişdi. Sonralar biz tələbələri onun evinin tez-tez gedib gəlməyə başladıq. O, heç vaxt bizi ac-susuz buraxmazdı. Xalq da, dövlət də onu ürəkdən sevib. Şövkət xanım dünyasını dəyişəndə kəfən almağa pulu yox idi, onu dövlət dəfn etdi”.

Böyük sənətkar 1993-cü il fevralın 7-də dünyasını dəyişir. Son müsahibəsini Rafiq Hüseynova verib: “Hər kəsin həyatında narahatlıqlar ola bilər. Mənim həyatımda da olub. Amma bütün bunlara baxmayaraq mən xoşbəxt insanam”.

Son günündə yanında ailə üzvlərindən başqa heç kimi istəməyib. O, özünə qapanıb və eləcə də rəhmətə gedib.
Türkiyəli məşhur Dilarə Kazımovanın paltarını geyindi? - FOTOHər zaman yerli və xarici şou-biznesin gündəmində olan Dilarə Kazımova bu dəfə dəblə ayaqlaşan türkiyəli məşhur Selin Ciğerci tərəfindən təqlid edilib.

News24.az xəbər verir ki, Selin Ciğerci Türkiyənin məşhur “Qadınlar məclisi”nə Dilarə Kazımovanın hələ 2019- cu ildə geyindiyi ağ libasın eynisində qatılıb.

Dilarə Kazımovanın o vaxt konseptə uyğun başına taxdığı tacdan da istifadə edən türk sənətçinin tərzi mediada maraqla qarşılanıb.

Son illərdə “Boomerang Label”-ın dəstəyi ilə Dilarə Kazımova tərzi və üslubu təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da bəyənilir və dinlənilir. Artıq o, əcnəbi məşhurlar tərəfindən bir obraz olaraq təkrarlanır.

Fərqli tərz, fərqli ifa, fəqli görünüş- Dilarəyə olan sevginin sirri bəlkə də bu 3 məqamı tamamlamasıdır. Əhsən!
Türkiyəli məşhur Dilarə Kazımovanın paltarını geyindi? - FOTO
Ombasını böyüdən azərbaycanlı kişi stilist: “Daha da böyütdürmək istəyirəm” - FOTO
“Bu görünüşü idmanla deyil, plastik əməliyyatların hesabına əldə etmişəm. Keçirdiyim əməliyyatların nəticəsi o gədər uğurludur ki, davamlı əməliyyat etdirmək istəyirəm, etdirəcəyəm də. Yaxın gələcəkdə nə qədər əməliyyatlarım var”.

Bunu Oxu.Az-ın əməkdaşı ilə söhbətində “Qusik Simon” ləqəbi ilə şou-biznesdə tanınan stilist Hüseyn deyib.

Bədəninin bir çox nahiyəsində bir neçə plastik əməliyyat keçirən stilist bir müddət öncə təkrar keçirdiyi omba əməliyyatından danışdı:

“Yenidən bıçaq altına uzanaraq təkrar omba əməliyyatı keçirdim. Amma sizə deyim ki, bu da son deyil, çünki ombamı daha da böyütdürmək istəyirəm. Daha doğrusu, ombamı böyük görmək istəyirəm”.

Həyat tərzi ilə sosial şəbəkə izləyicilərini qıcıqlandıran Qusik bu hərəkətlərinə görə tənqid bir yana, təhqir yazanlara gülə-gülə mesaj yolladı:

“Mənə yazılan rəylər tənqid deyil. Pulu olan əməliyyat etdirsin. Gərək pul olsun ki, onlar da mən etdirdiyim əməliyyatı keçirsinlər. Pul olmadığına görə ancaq danışırlar. İnsan gözəl görünmək üçün pul xərcləməlidir. İstər xanım, istərsə də bəy olsun, hamı gözəl görünmək istəyir. Hamı mənim kimi bu vücuda və görünüşə sahib olmaq istəyir”.

Oxu.Az-ın kamerası önündə stilist özünü öyüb, yalnız say-seçmə sənətçilərlə çalışdığını diqqətə çatdırdı:

“Xalq artisti Aygün Kazımova ilə çalışıram və onunla hər zaman iş birliyimiz var. Tək bəyəndiyim məhz Aygün Kazımovadır. Onu da deyim ki, müğənnilərin əksəriyyəti mənimlə işləmək istəyir. Qonorar almadan işləmirəm. Dediyimi kimi, Aygün Kazımova, Roza Zərgərli, Natavan Həbibidən başqa öz səviyyəmə uyğun müğənni görmürəm.

Mənə görə, adını çəkdiklərimdən başqa gündəmdə olan sənətçi yoxdur. Çünki digərləri “palatka” toyları üçün işləyirlər. Əslində, bəzi müğənnilər efirdə onları dinləyən insanlara “qara millət” deyirlər, amma anlamırlar ki, qara elə özləridir. İnanın ki, belələrinə görə çox utanıram. Hətta “Instagram” hesabımda hamısını blok etmişəm”.

Stilist daha sonra Damla və Şəbnəm Tovuzlu ilə heç zaman çalışmayacağını dilə gətirdi:

“Adını sadaladığınız müğənnilərlə heç zaman işləməyəcəyəm. Niyə yalan deyim?! Şəbnəm xanımı çox istəyirəm, Damla xanımı da ara-sıra tədbirlərdə görürəm, amma onlarla çalışmaram. Çünki onları dinləmirəm. “Instagram” hesabımda da onlara yer yoxdur. Heç zaman onlarla işləməyəcəyəm”.

Stilist Qusik şou-biznesin ən zövqlü və zövqsüz sənətçilərinin adlarını da açıqladı:

“Zövqlü xanım sənətçilər Aygün Kazımova, Roza Zərgərli, Natavan Həbibi, bəylər isə Zamiq Hüseynov və Yaşar Yusubdur. Onların imic və tərzlərini çox bəyənirəm. Qalan ifaçıların hamısı zövqsüzdür. Onlar toya gedib, orada nə görürlərsə, onu da götürürlər. Atalarımız yaxşı deyib: “Aşıq gördüyünü çağırır”. Onlar 50 manatlıq paltarı reklam etməkdən “Instagram”ı “talkuçka”ya çeviriblər. Suşi gələndə qabını yalayırlar, reklam hesabına yaşayırlar. Onları necə zövqlü, elit adlandıra bilərəm?!”

Müsahibəsinin sonunda stilist ölkədə fəaliyyət göstərən bütün stilistlərdən daha baha qiymətə saç və vizaj etdiyini etiraf etdi:

“İşimə görə aldığım qonorar bütün stilistlərin qonorarından qat-qat yüksəkdir. Salonumdan başqa, bir sıra şəxsi biznesim var. Ona görə heç kimə ayıracaq artıq vaxtım yoxdur”.

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!


ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Dilarə Kazımova İtalyanın məşhur jurnalında FOTOSESSİYA
Müğənni Dilarə Kazımova yeni bir layihə ilə sevənlərinin görüşünə gəlib. SİA-nın məlumatına görə, o, dünyaca məşhur olan "Vogue", "Harper's Bazaar", "Edith"və "Evon" maqazin saytlarının diqqətini çəkən fotosessiya etdirib. Müğənninin fotolarını həmyerlimiz Elşən Hüseynov çəkib. Dilarə Kazımovanın heç kəsə bənzəməyən özünəməxsus fərqli tərzinin professional fotoqrafın obyektivindən işıqlandırılması ortaya maraqlı şəkillər çıxardıb. Aygün Zeynalovanın müğənni üçün məxsusi hazırladığı saç düzümü və makiyajı fotolarda Dilarə Kazımovanın xarakterini tam göstərə bilib.

Qeyd edək ki, daxili aləmlə xarici görünüşün vəhdətindən ortaya çıxan əsrarəngiz fotoların artıq ikisi "Vogue" tərəfindən təsdiqlənib və yaxın zamanlarda saytlarda yayımlanacaq.
Dilarə Kazımova İtalyanın məşhur jurnalında FOTOSESSİYA
Amerikada fəhləlik etdiyi deyilən müğənnimizin yeni görüntüləri yayıldı - Foto"Eurovision 2013" beynəlxalq musiqi müsabiqəsində Azərbaycanı təmsil edən Fərid Məmmədov oğlu ilə birgə ilk dəfə fotolarını yayıb.

Oğlunun bir yaşını təbrik edən ifaçı onunla şəklini paylaşıb və İlk doğum gününü təbrik edib. F.Məmmədov oğlunun üzünü gizlətmək üçün öndən deyil, arxadan çəkilən fotoları paylaşıb.

Qeyd edək ki, F.Məmmədov ailə həyatı qurduqdan sonra ABŞ-a köçüb və hazırda orada kuryer kimi çalışır.

Xatırladaq ki, bir müddət öncə Fəridin müəllimi - Əməkdar artist Aybəniz Haşımova Fəridin bezib ölkədən getdiyini söyləmişdi: "Mənim Fərid Məmmədov kimi mükəmməl istedada malik tələbəm ölkədən getməməmli idi. O, elə birinci idi. Onu kimlər küsdürdü? Mənim uşağımı bezdirdilər. Beş yaşından sənətə canını qoydu, dövlət ona etimad bəslədi, "Eurovision" müsabiqəsində öz gücünə ikinci oldu. Birinciyə layiq idi. Ömrümün 20 ilini Fəridlərə həsr etdim. Mənim uşağım gedib Amerikada fəhləlik edir, zülm çəkir. Televiziyalardan soruşmaq istəyirəm ki, niyə o, gedib kuryer çalışır?”
Amerikada fəhləlik etdiyi deyilən müğənnimizin yeni görüntüləri yayıldı - Foto
Xalqımızı birliyə səsləyən MAHNI-VİDEO
Hər zaman öz gözəl, dərhal hit mahnılara çevrilən şeirləri və möhtəşəm layihələri ilə Azərbaycan musiqi mədəniyyətində iz qoyan Cəlal Qurbanov növbəti bir uğura imza atdı.

C. Qurbanovun sözlərinə yazılmış “Yaşa , yaşa Azərbaycan!” mahnısı ( musiqisi Rauf Məmmədovundur) artıq geniş audotoriyanın rəğbətini qazanıb və ona klip çəkilişi gözlənilir.
Xalqımızı birliyə səsləyən MAHNI-VİDEO
Xatırladaq ki, bu, ürəkləri fəth etmiş kompozisiya, bir sıra tanınmış insanların iştirakıyla həyata keçirilib. Onun yaranmasında Xalq artistləri Aygün, Kazımova, Zülfiyyə Xanbabayeva, Alim Qasımov, Natiq Şirinov, Rasim Balayev və gənc xanəndə Mirələm Mirələmov kimi mədəniyyətimizin nəhəng simaları iştirak ediblər. Onların hər biri öz ifasıyla mahnıya xüsusi bir rəng qatıb.
Qeyd etdiyimiz kimi, kompozisiyanın uğurunu və möhtəşəmliyini nəzərə alaraq, ona klip çəkilməsi qərarı verilib. Ümid edirik ki, klip də öz baxımlığı və gözəlliyi ilə mahnıdan geri qalmayacaq və onun daha da çox tanınmasına təkan verəcək.
Xalqımızı birliyə səsləyən MAHNI-VİDEO
Qeyd edək ki, mahnı Heydər Əliyev Fondunun, Bakı Şəhər İcra Hakimiyyətinin, “Fire Land Production"nin birgə təşəbbüsü ilə reallaşıb. Mahnı bu aydan Azərbaycan radiolarında səsləndirilir.
Ciyərinə su yığılan Rafael Dadaşov tanınmaz halda - FOTOXalq artisti Rafael Dadaşovdan xəbər var.

Avrasiya.net big.az-a istinadla xəbər verir ki, ciyərinə su yığılan xalq artisti xeyli çəki verib. Onun bir neçə ay içərisində saçının və saqqalının tam ağarması da diqqətdən yayınmayıb. Onun yeni görüntüsünü sosial şəbəkə fenomeni "viner" Elçin paylaşıb.

Qeyd edək ki, Xalq artisti Rafael Dadaşov dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib.