Əjdaha başı kəsənlər, od qoyanlar və 6 qəpiklik ruh – “Maşın”da NOKAUTMaşın realiti şousunun beşinci günü də qalmaqalsız ötüşməyib.

Publika.az xəbər verir ki, qutuya ən çox fotosu atılan şəxs isə müğənni Xatun Əliyeva olub. O, hədəfinin kim olduğunu açıqlamayıb.

Verilişin irəliləyən dəqiqələrində Əməkdar artist Mehriban Xanlarova, jurnalist Ülviyyə Alovlu, Rauf və Xatun arasında gərginlik yaşanıb.

Qalmaqalın ilk qığılcımları isə canlı yayımının olmadığı vaxt başlayıb. Belə ki, M.Xanlarova kişilərə təklif edib ki, bu gün onların fotoları atılsın. Amma İlkin Misgərlidən başqa heç kəs razılaşmayıb. Kişi oyunçuların bu addımını qorxaqlıq sayan Ü.Alovlu əsəbləşərək bunları deyib: "Biz oynamaq istəyirik. Amma kişilər çəkilib dayanıb qıraqda və xanımları səsverməyə çıxarırlar. Bu qədər maraqsız olmaq kimə lazımdır? Çox qorxaq oyundur. Maşının 65 min qiyməti var. Bunun üçün heç olmasa 65 minlik insanın ruhu olmalıdır. Ancaq buradakı iştirakçıların oynamağa heç 6 qəpiklik ruhu yoxdur".

M. Xanlarova bu sözlərə etiraz edib: "Danışanda kəlmənə fikir ver. Mənim milyonluq qiymətim var. Deyirsən buradakıların 6 qəpiklik qiyməti yoxdur. Bəlkə mənim qulağım səhv eşidir. Heç kişilərə də elə söz demə. Ayıbdır. 6 qəpik nədir?".

Daha sonra isə müğənni Rauf Xatuna “Məni çıxartma, sabah Mehriban Xanlarovanı duelə çağırıram. Əjdahanın başını mən kəsəcəm. O, maraqlı iştirakçıdır, burada teatr göstərir, istəmirdim onu çıxaram. Ancaq vaxtı yetişdi” deyib.

M.Xanlarova da Xatuna müraciət edərək Raufu çıxarmamağını xahiş edib, O, bildirib ki, Rauflə duelə çıxmaq istəyir. Sonda isə “qalsın”a 71,21 faiz səs toplayan Xatun göz yaşlarına boğulub. O, şoudan İlqar Mikayıloğlunu çıxarıb.
"Əlimdə faktlarım var, 1500 manatlıq ..." — Samirə "Maşın"dakı şousundan danışdıDünən ATV kanalında yayımlanan "Maşın" şouda meyxanaçı Samirəyə 12,36 faiz tamaşaçı qalsın, 87,64 faiz tamaşaçı isə getsin deyib. Proyektin baş prodüseri Toğrul Məmmədov "Maşın" şou tarixində məhz Samirəyə ən az SMS gəldiyini etiraf edib.

Xəbərçi.az-a ürəyini boşaldan meyxanaçı Samirə isə bununla razılaşmayıb:

"Sadəcə gülməlidir. Kor-kor, gör-gör... Mən nə deyim axı... 25 faiz səs necə oldu 12 faizə düşdü. Orada Mehriban Xanlarova, Pişik Günel, Vüsalə Kərimova üstümə elə gəldilər ki, özümü itirdim. Mən, onsuz da, Vüqarı çıxartmaq istəmirdim. Mənim əlimdə fakt var. Mənə gələn sms-lərin "çek"i var. Bir insan 1500 manat səs yollayıb. Amma bunu açıqlamağın nə mənası var?! Mən 1500 manatlıq sms göstərərəm onlar 3000 minlik sms göstəricisi qoyarlar qarşıma... O daha da biabırçılıq olar. Amma mən o yarışmada iştirak etdiyim üçün peşiman deyiləm, Murad Dadaşov çox mülayim, mədəni, yaxşı insandı. Amma o sözü dediyim üçün mən oyundan çıxdım. Gördüm qızlar üstümə gəlir, mən də elə söz işlətdim"
Müğənni aparıcı haqda: "Oğlu yaşında oğlanla görüşür"Ötən gün "Maşın”ı tərk edən Günel Ələkbərova şounun digər iştirakçıları jurnalist Ülviyyə Alovlu və aparıcı Vüsalə Kərimova ilə aralarında yaranan mübahisədən bəhs edib.

"Ülviyyə Alovlu ilə yaxşı münasibətim var. Sadəcə, o, hamıya müdaxilə edir deyə, mən əsəbiləşib demişdim ki, səni çıxaracağam. Anons isə elə hazırlanmışdı ki, sanki bizim böyük davamız olub”, - deyə G.Ələkbərova Oxu.Az-a açıqlama verib.

"O xanıma gəlincə isə (Vüsalə Kərimovanı nəzərdə tutur), əslində, hər şey normal idi. Sadəcə, o, birdən-birə tərbiyəsizlik etdi. Qadına yaraşmayan ifadələr səsləndirdi. Bundan sonra şouda ya o, ya da mən qalmalı idim. Əslində, mən qadınlara demişdim ki, gəlin, bir-birimizə dəstək olaq, kişiləri uzaqlaşdıraq, onlar da mənimlə razılaşmışdılar. Lakin o xanımın bu cür davranışından sonra heç bir qadın həmrəyliyindən söhbət gedə bilməzdi. Onun psixoloji problemləri var. O, anormaldır. Televiziya işçisidir deyə, başımıza çıxmalı deyil ki?!

Mən artıq 4-cü dəfədir "Maşın”da iştirak edirəm. Ona görə oyunun gedişatını yaxşı bilirəm. O xanım deyirdi ki, mənim rəqibim Talıbdır. Səsverməyə çıxsam, onu çıxaracağam. Amma şouda qalsın deyə, birini masaj edir, o birinə bilmirəm nə edir ki, onun şəklini atmasınlar. Hətta onunla eyni televiziyada işləyən həmkarları da ona qarşıdırlar. Sən kimsən ki?! Oğlun yaşında oğlanla görüşürsən”,- deyə G.Ələkbərova söyləyib.
“Maşın”da müğənni-aparıcı davası“Xanımlar vs Cənablar” devizi ilə yayımlanan “Maşın” realiti şousunun dördüncü günü də qalmaqallarla yadda qalıb.

Publika.az xəbər verir ki, Xalq artisti Arif Quliyev səhhəti ilə əlaqədar şounu tərk etdikdən sonra səsvermə prosesi başlayıb.

Səsverməyə isə öz istəyi ilə qutuya ən çox şəkili atılan şəxs Günel Ələkbərova çıxıb. O, səs toplayarsa, şoudan aparıcı Vüsalə Kərimovanı çıxaracağını bildirib.
Qarşıdurmanın səbəbi isə Mehriban Xanlarovanın otağından başlanan mübahisə olub. Bir-birini ittiham edən tərəflər canlı yayımın olmadığı vaxt mübahisə yaşayıblar.
Günel Vüsaləni hörmətsizlik etməkdə, onu təhqir etməkdə günahlandırıb:

“O, mənim rəqibim deyil, ola da bilməz. Bir qadın digərini təhqir edirsə, nalayiq sözlər işlədirsə, burada heç bir həmrəylikdən söhbət gedə bilməz. O, məni təhqir edib. Biz bir yerdə çörək yemişik. İnsan yediyi çörəyə tüpürməz. Onunla heç vaxt münasibətim olmayıb. Sadəcə aparıcı kimi tanımışam. Yəqin ki, o da, məni müğənni kimi tanıyıb. Bu qadın özünü elə aparır ki, sanki günahsız mələkdir”.

V.Kərimova isə mübahisəni daha da alovlandırıb:

“Hər kəs haqq etdiyini yaşayır. Sən o sözə layiq idin. Ona görə də eşitmisən. Lazım gələrsə, yenə deyərəm. Çox təəssüf ki, sənin kimi səviyyəsizlə çörək kəsmişəm. Bəli, mən mələyəm. Buna heç şübhən olmasın”.

Günel isə ona “Səviyyən elə səs tonunu qaldırmağından bilinir. Sənə müalicə lazımdır, psixoloji problemlərin var” deyərək cavab verib.

Daha sonra Günel əlavə edib ki, “Vüsalə etdiyi təhqirə görə məndən üzr istəsə, onu oyundan çıxarmaram”

Ancaq V.Kərimova üzr istəməyəcəyini bildirib:

“Üzr istəmək də bir qabiliyyət tələb edir. Ancaq üzr istəməli heç bir səbəb yoxdur”.

Sonda G.Ələkbərova “qalsın”a 33,06 faiz səs toplayaraq, yarışmanı tərk edib.

Qeyd edək ki, bundan sonra şouda Əməkdar artistlər Tünzalə Əliyeva, Mehriban Xanlarova, müğənnilər Xatun Əliyeva, Rauf Əhmədov, Talıb Taleh, aparıcılar Vüsalə Əlizadə, Vüsalə Kərimova, Zemfira Adıgözəlova, meyxanaçı Vüqar Əbdülov, reper Elşad Xose, jurnalist Ülviyyə Alovlu və aktyor İlkin Misgərli yarışacaq.

Onu da bildirək ki, realiti şou hər gün 22.15-də ATV-də yayımlanır.
Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konsert keçirilib Marneulidəki Mədəniyyət Evində məşhur Borçalı aşığı, Türk dünyasının azman sənətkarı Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konsert keçirilib.

Tədbir “Divani” ilə başlanıb. ZİM.az saytının Gürcüstan Bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə folklorşünas, Axstafa Regional və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən “İncəgül Aşıqlar Ansamblı”nın rəhbəri Məhəmmədəli Məşədiyev açaraq dünya şöhrətli, Borçalının məşhur azman aşığı Kamandar Əfəndiyevin yaradıcılığı haqqında ətraflı məlumat verib. O, çıxışında Borçalı aşıq mühitinin Göyçə və Ağbaba klassik aşıq ənənələrini qoruyub saxlayan bir aşıq mühiti olduğunu və bu mühitdə Aşıq Kamandarın xüsusi yeri olduğunu bildirib: “Aşıq Kamandar görkəmli ustad sənətkar Aşıq Sadığın şəirdi olub və gənc ikən ustad adını qazanıb. Aşıq Kamandar yaradıcı aşıq olub. Ustad sənətkar həmçinin Borçalıda aşıq məktəbi yaradıb.”

Sonra tədbirdə Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev, Kvemo Kartli bölgə qubernatorunun müavini Zaur Darğallı çıxış edərək Aşıq Kamandarın 85 illik yubileyinə həsr olunan konsert münasibətilə bütün aşıqsevərləri təbrik ediblər.

Çıxışçılar azərbaycanlıların kompakt yaşadığı bölgələrdə aşıq sənətinin inkşaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, Gürcüstanda aşıq sənəti yetərincə inkişaf etdirilmir.
Bildirilib ki, Gürcüstan hökuməti bölgədə aşıq sənətinin inkişaf etdirilməsinə çalışacaq.

Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konsert keçirilib Tədbirdə Azərbaycandan gələn Axstafa Regional və Turizm İdarəsinin rəhbəri Ramiz Quliyev Heydər Əliyevin aşıq sənətinə göstərdiyi qayğı və diqqətindən danışıb. Onun yolunu davam etdirən İlham Əliyev isə bir çox aşıqlara fəxri adlar verdiyini bildirib. O, Azərbaycanda aşıqların yaradıcılığına aid Beynəlxalq Aşıq Festivalı keçirildiyini bildirib.

Tədbirdə Borçalı və Qazax aşıqları Aşıq Kamandarın bəstələdiyi aşıq mahnılarını ifa ediblər. Yubiley tədbirində “İncəgülü Aşıqlar Ansamblı”nın üzvlərindən Aşıq Rövşən, Aşıq Samir Cəlaloğlu, Aşıq Şaiq İncəli, Aşıq Avdı, Borçalı aşıqlarından Aşıq Həvəskar, Aşıq Telli Borçalı, Aşıq Ramin Qarayev, Aşıq Kamandar Lətifoğlu, Aşıq Əfqan Şamilov, gənc Aşıq Məsim Rəcəbov bir-birindən gözəl aşıq mahnıları ifa ediblər.

Aşıq Ramin Qarayev, Aşıq Avdı və Aşıq Şaiq İncəli Aşıq Kamandarın bəstələdiyi “Atatürküm” və “Fəxri” mahnılarını ifa ediblər.

Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konsert keçirilib Tədbirdə ustad sənətkar Aşıq Kamandarın oğlu Əflatun Əfəndiyev atasının 85 illik yubileyinə həsr olunan konsertin təşkilatçıları olan Azərbaycanın Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinə, Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyevə, “Salam Xeyriyyə Cəmiyyəti”nin rəhbəri Maya Rəcəbovaya və yubiley tədbirinə gələn qonaqlara, Marneuli rayon icra hakimiyyəti rəsmilərinə və digər şəxslərə minnətdarlığını bildirib.

Yubiley tədbirinə həsr olunan konsert müxəmməslə başa çatıb.

Qeyd edək ki, Aşıq Kamandar Əfəndiyev Gürcüstanın “Şərəf” ordeninə layiq görülüb.
Murad Dadaşova “Maşın”la bağlı - Şok ittihamÖtən gün "Maşın” realiti şousunun növbəti buraxılışı söz-söhbətsiz ötüşməyib.

Yarışmada səsverməyə çıxan meyxanaçı Samirə Yusifqızı müsabiqə barədə ittiham irəli sürüb. Reklamarası ifaçı Mehriban Xanlarova, Vüsalə Kərimova, Günel Ələkbərova və Xatun Əliyeva ilə gizli söhbəti zamanı bir iddia ortaya atıb.

Yusifqızı SMS-lərin aparıcı Murad Dadaşov tərəfindən tənzimləndiyini deyib:

"Səsvermənin çevrilişini Murad Dadaşov edir, özü tənzimləyir. İstəmirlər ki, şouda qalım”.

Efirin canlı yayımında xanım meyxanaçının bu qalmaqallı ifadələri müzakirələrə səbəb olub. Layihənin aparıcısı M. Dadaşov ifaçının fikirlərinə öz etirazını bildirib:

"Təbii ki, bu fikirlərinizə görə sizi yarışmadan uzaqlaşdıra bilmərəm, şəxsi fikrinizdir. Ancaq diqqətli olaq, burada böyük insanlar yarışıb, şou 12 ildir ki, davam edir. Yanlışlıq olsaydı proqram bu qədər davam etməz, sevilməzdi”.

Qeyd edək ki, S. Yusifqızı 12,36 faiz qalsına səs yığaraq yarışmasını tərk edib.
Meyxanaçı şounu tərk etdi“Maşın” realiti şousunun üçüncü günündə səsverməyə meyxanaçı Samirə Yusifqızı çıxıb.

Publika.az xəbər verir ki, “Xanımlar vs Cənablar” devizi ilə yayımlanan verilişdə qutuya 12 nəfər S.Yusifqızının fotosunu atıb.

O, isə hədəfi olaraq ötən gün də yarışmada səsverməyə qatılan həmkarı Vüqar Əbdülovu seçib.

Vüqar isə qarşılığında “getsin”ə səs istəməyib, o, həmkarının avtomobilə ehtiyacı olduğuna işarə vuraraq, ona “qalsın”a səs istəyib.
Övladının zəngi ilə hədəfini dəyişdirmək istəyən Samirə Vüsalə Kərimova və Mehriban Xanlarovanın etirazına görə bu istəyinə nail ola bilməyib.

Reklamarası da hədəf məsələsinə görə iştirakçılarla problem yaşayıb. O, vəziyyətdən çıxış yolunu Murad Dadaşovu günahlandırmaqda görüb. S.Yusifqızı şoumen haqqında bunu deyib:

“Siz bilmirsiniz ki, bu səsvermənin çevrilişini Murad Dadaşov edir. İstəmirlər mən bu şouda qalım”.

Onun bu sözləri M.Dadaşovla arasında qısa gərginliyin yaşanmasına səbəb olub.

Sonda S.Yusifqızı “qalsın”a 12,36 faiz səs toplayaraq, yarışmanı tərk edib.

Qeyd edək ki, bundan sonra şouda Xalq artisti Arif Quliyev, Əməkdar artistlər Tünzalə Əliyeva, Mehriban Xanlarova, müğənnilər Xatun Əliyeva, Günel Ələkbərova, Rauf Əhmədov, Talıb Taleh, aparıcılar Vüsalə Əlizadə, Vüsalə Kərimova, Zemfira Adıgözəlova, meyxanaçı Vüqar Əbdülov, reper Elşad Xose, jurnalist Ülviyyə Alovlu və aktyor İlkin Misgərli yarışacaq.

Onu da bildirək ki, realiti şou hər gün 22.15-də ATV-də yayımlanır.
Fikrət Əliyevin “Sirr -2017” kolleksiyası təqdim edilib (FOTO)Tanınmış modelyer Fikrət Əliyev yeni geyim kolleksiyasını təqdim edib.

Trend-in məlumatına görə, “Sirr -2017” adlı kolleksiyanın çəkilişləri dəniz kənarında aparılıb.

F.Əliyev yeni kolleksiyası haqqında bildirib ki, yay mövsümü artıq başa çatıb, dünya modelyerləri yeni payız-qış kolleksiyalarını təqdim edirlər: “Yeni geyim modellərimi fərqli üsulda nümayiş etdirmək istədim. Kolleksiyada daha çox rəngli parçalara üstünlük verilib. Kolleksiyamda payız və qış aylarında xanımlarımızı cansıxıcı geyimlərdən uzaq tutmağa çalışdım. Çünki qadınlarımızın bu mövsümdə göz oxşayan, cəlbedici geyimlərə üstünlük vermələrini istərdim”.

F.Əliyev eyni zamanda qeyd edib ki, bu il payız-qış aylarında göz oxşayan rənglər trend olacaq.

Azərbaycanın bir çox məşhurları ilə çalışan modelyer F.Əliyev xarici ölkələrdə də geyim kolleksiyalarını təqdim edib.

Fotoqraf Eko Səfərlinin hazırladığı fotosessiyada modellər Seymur İlhan, Nuranə Abasova, Səxavət və Şahnaz çəkilib.
Fikrət Əliyevin “Sirr -2017” kolleksiyası təqdim edilib (FOTO)
Fikrət Əliyevin “Sirr -2017” kolleksiyası təqdim edilib (FOTO)
Fikrət Əliyevin “Sirr -2017” kolleksiyası təqdim edilib (FOTO)
Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini geri götürübYUNESKO-nun baş direktoru vəzifəsinə seçkilərin ikinci turu nəticəsiz bitib.

AzNews.az xəbər verir ki, heç bir namizəd səs çoxluğu qazana bilməyib.

Məlumata görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb.

Qeyd edək ki, YUNESKO-nun baş direktoru vəzifəsinə 6 ölkənin nümayəndəsi namizəddir.

Səsvermənin növbəti turu sabah keçiriləcək.
Abbas Bağırov və prodüser arasında QALMAQAL: “Kül sənin kişi başına”Prodüser Sultan feysbuk hesabında Əməkdar artist Abbas Bağırovun ünvanına sərt ittihamlar yazıb.

Publika.az xəbər verir ki, Abbasın sosial media hesabında onu bloka atdığını bildirən prodüser bunları yazıb:

“Kül sənin kişi başına, ay Abbas Bağırov. Qorxaq, instaqramda məni bloka atmısan. Sənə nələr deyərəm, amma mənim üçün çox cılız adamsan. Sənə çox olar söyüşlərim”.

Məsələ ilə bağlı Abbas Bağırovla əlaqə saxladıq. O, baş verənlərlə bağlı suallara cavab vermək istəmədi:

“Xahiş edirəm mənə belə suallar verməyin, o, adamı tanımıram”.