"İtirdiklərim bu gün işğal altında olan torpaqlarımızdır"Bu günkü müsahibimiz İrəvan Azərbaycan Dövlət Dram Teatrının aktyoru,gözəl insan, tamaşaçıların sevimlisi Əjdər Zeynalovdur.
Teatırı özü üçün məbəd hesab edən dəyərli sənətkarımızdan müsahibə götürmək istədikdə: "Mən tamaşaçılarıma görə aktyor olmuşam."-deyib, böyük məmnuniyyətlə müsahibəyə icazə verdi:

Beləliklə müsahibimdən götürdüyüm sorğunu sizə təqdim edirəm:
-Xoş gördük Əjdər bəy, necəsiniz?
-Təşəkkür edirəm minnətdaram.
-Əjdər bəy,həyatınız haqqında qısaca necə məlumat verərdiniz?
-Mən, Qərbi Azərbaycanda doğulmuşam. Orta məktəbi orda bitirmişəm. 1982-ci ildə Bakıya gəlib Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşam.
-Niyə məhz aktyor olmağı seçdiniz?
-Maraqlı sualdır. Qısaca sevdiyim üçün desəm sizi qane edərmi?
-Bəli,çox sağ olun, qane edir.
"Teatr canlıdır, teatr məbəddir.Məşhur Hollivud ulduzları belə, boş vaxtlarını tetarda keçirirlər ki, kökdən düşməsinlər" deyən aktyorumuzdan seriallarla bağlı suallarımıza cavab verməyini xahiş etdik:
-Əjdər müəllim,keçən mövsümdə "Kölgə" serialında iştirak edirdiniz. Amma bu mövsümdə yoxsuz. Niyə?
-Keçən mövsüm bitdikdə yeni mövsümdə çağırılacaqmı desələr də nədənsə çağırmadılar. Yenə də çox sağ olsunlar,hamıya uğurlar arzu edirəm.
-Əjdər müəllim, hazırda hansı seriallarda rol almısınız?
-Hazırda "Satılmış həyat" və "Lal yuxu" seiallarında çəkilirəm.
-Bəs kinoya hansı filmlə gəlmisiniz?
-R.Əsədovun "İtirilmiş həqiqət" filmi ilə.
-Sizə düşünmədən yadda qalan obrazlarınızı söyləyin desəm hansı obrazları xatırlardınız?
-Aslan ("Toy gecəsi"), Əjdər ("Ləkə"), erməni obrazı ("Dolu") və s.
-Sizi hansı filmdəki obrazlarınız daha çox məşhurlaşdırıb?
-"Toy gecəsi" və "Ləkə" filmlərindəki obrazlar.
-Daha çox filmlərdə mənfi obrazlar yaratmısız. Filmlərdə mənfi obraz yaradan Əjdər Zeynalov həyatda da mənfidirmi?
-Tam əksinə. Həyatda çox pozitiv bir insanam.
-Səhv etmirəmsə "İki ömür" serialında müsbət obraz yaratmışdınız?
-Bəli, amma çox təəssüf ki maliyyə problemləri yarandığı üçün film sona qədər çəkilə bilmədi. Hətta tamaşaçılar tərəfindən sevilsə belə.
-Hansı rejissorlarla işləmək istərdiz?
-Elxan Cəfərov kimi rejissorlarla.
-"İki ömür" serialında yaratdığınız obrazın övladları əlindən alınır. Allah göstərməsin siz bununla həyatda qarşılaşsaydınız?
-Bunu dilə belə gətirmək istəmirəm.
-Yaratdığınız obrazların hansısa birində özünüzü tapa bilmisinizmi?
-Xeyr.
-Niyə bu qədər tez və konkret cavab verdiz?
-Obrazların heç biri öz xarakterimə uyğun olmadığı üçün.
-Yaxşı bəs, özünüz rejissor olsaydız hansı janrda film çəkərdiniz və baş rola kimi dəvət edərdiz?
-Rejissor olsaydım melodrama janrında film çəkərdim, baş rola isə....yəqin ki, obraza uyğun seçərdim.
-İçinizdə hansısa obrazı yaratmaq eşqi necə,varmı?
-Çoxdur,dilə gətirə bilməyəcəyim qədər çox.
-Sizi qardaş Türkiyə səhnəsinə dəvət etsəydilər bəs hansı türk aktyoru ilə çəkilmək istərdiz?
-Peşəkar aktyorlarla.
-Bəlkə bir azda İrəvan Azərbaycan Dövlət Dram Teatrından danışaq. Nə deyirsiz?
-Doğma teatrımdan?
-Bəli.
-Buyurun.
-Əjdər müəllim, İrəvan Azərbaycan Dövlət Dram Teatrının fəaliyyətindən razısınızmı?
-Xeyr. Teatrın potensialı daha çoxdur. Bunu inkişaf elətdirmək mütləq lazımdır. Bir də hərə öz yerində olmalıdır. Belə olduqda keyfiyyətdən söhbət gedə bilər.
-Teatr yeni mövsümə nə zaman başlayır?
-Ayın 26 sı. Xalid Mirzəyevin "Min möhtəşəm günəş" əsəri ilə.
İstedadlı aktyorumuzu daldığı xəyallardan ayırmaq üçün ona "Aktyor taleyinizdən razısınızmı?"sualını verdim “Çox təəssüf də olsa narazıyam" dedi.-“bu gün aktyorlara maliyyə yardımı yoxdur”
-Bəs itirdikləriniz və qazandıqlarınız haqda nə deyə bilərsiz?
-İtirdiklərim bu gün işğal altında olan torpaqlarımız. Mənimsənilmiş doğma yurdum.
-İrəvan.
Daha sual verməyə heç bir söüm qalmadı.Ancaq istedadlı aktyorumuza "İnşallah torpaqlarımız azad olunduqdan sonra İrəvan Azərbaycan Dövlət Dram Teatrının tamaşalarına elə İrəvanda baxmaq arzusuyla...

M. Sadıqova
Xalq artisti vəfat etdiXalq artisti Rafiq Hüseynov Almaniyada dünyasını dəyişib.

Apa xəbər verir ki, xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova bildirib ki, R. Hüseynov müalicə aldığı Düseldolf şəhərindəki klinikada vəfat edib: “Həkimlər əllərini gələni etdilər, amma həyata qayıtması mümkün olmadı. Oktyabrın 26-da dünyasını dəyişdi. Mən dövlət qurumlarından xahiş etdim ki, heç kimə deməsinlər. Çünki qızım bu xəbəri mətbuat oxusaydı, ona çətin olacaqdı. İlk sizə deyirəm, indi yaya bilərsiniz. Artıq qızımı psixoloji cəhətdən hazırlamışam. Heç nə danışa bilmədim Rafiqlə. Səsimi eşidirdi, gözünü açırdı, amma danışa bilmirdi. Komaya düşən kimi ürəyi dayandı. Həkimlər dedilər ki, ağ ciyərin funksiyasını bərpa etmək mümkün olmadı”.

S. Hüseynova əlavə edib ki, R. Hüseynovun cənazəsi iki günə Bakıya gətiriləcək: “Almaniyadakı konsulluğumuz bu işlə məşğuldur. Hər şey dövlət tərəfindən yüksək səviyyədə təşkil olunacaq”.
Məşhur aktyor hamını şoka saldı - "Mən homoseksualam""Həyatım boyu mən kişiləri sevmişəm və..."

Daha bir dünya şöhrətli aktyor cinsi oriyentasiyasını dəyişdi. İstiPress-in məlumatına görə, Kevin Speysi homoseksual olduğunu açıqlayıb. Bu barədə o öz "Twitter" səhifəsində yazıb.

Bu açıqlamanı verməyinə səbəb isə aktyor Entoni Reppin barəsində seksual dələduzluqla bağlı səsləndirdiyi ittihamlar olub.

Speysi Reppə çox hörmət etdiyini, lakin onun dediklərindən dəhşətə gəldiyini yazıb. "Düzünə qalsa mən onun dediyi görüşü heç xatırlamıram. Deməli bu 30 il əvəll olub". Aktyor qeyd edib ki, barəsində səslənən ittihamlar onu həyatı haqqında başqa açıqlamalar verməyə vadar edib.

"Mənim ən yaxınlarım bilirlər ki, həm qadınlarla, həm də kişilərlə münasibətim olub. Həyatım boyu mən kişiləri sevmişəm və onlarla romantik münasibətlərdə olmuşam. İndi də homoseksual kimi yaşamağa qərar vermişəm".

K.Speysi Hollivudun ən məşhur simalarından biridir. O, iki dəfə "ən yaxşı aktyor" kimi "Oskar" qazanıb. Speysi "Amerikasayağı gözllik","Devid Qeylin həyatı" və s filmlərlə məşhurdur.

Xatıladaq ki, "Star Trek" serialının tanaınmış aktyoru Entoni Repp bildirib ki, 14 yşı olanda K.Speysi ona qarşı seksual dələduzluq edib. Hazırda 46 yaşı olan aktyorun sözlərinə görə, 80-cı illərin əvəllərində Speysi onu bir partiyə dəvət edib. Adıçəkilən hadisədə məhz orada- yəni aktyorun evində olub. "O mənimlə seksual əlaqədə olmaq istəyirdi". Lakin Repp sərxoş həmkarının əlindən çıxaraq onun evini tərk edə bilib.
"Ən çox sevindiyim gün eyni zamanda həyatımın ən ağrılı günü idi"Bu sözləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatırının aktyoru,pozitiv əhval-ruhiyyəli bir insan İlham Əsədov öz müsabihəsində qeyd edib.

İlham adı olduğu üçün yaradıcılığa da ”İlham” miniatür teatrında başladığını söyləyən aktyor , bu teatırdaki işlərini uğurlu hesab edib, görkəmli sənətkar İ.Əhmədovdan sənətin çox incəliklərini öyrəndiyini deyir Uzun müddət bu teatirda çalışdıqdan sonra,fəaliyyətini Gənc TamaçılarTeatırında davam etdirməyə önəm vermiş sənətkar,bu gün də bu teatrda həm “həmkarlar təşkilatının sədri”, həm də aktyor kimi fəaliyyətini davam etdirir.Beləliklə, çox gözəl əhval-ruhiyyə ilə İlham bəylə olan müsahibəmizi sizə təqdim edirik:

-Xoş gördük, İlham bəy, necesiz ? Maşallah o qədər şən görünürsüz ki, necesiz sualinin cavabı artıq məlumdur
.-Mən də sizi salamlayıram.İnsan həmişə pozitiv olmalıdır ki, ətrafdakılar onunla müsahibədən çəkinməsinlər.
-Çox gözəl İlham bəy, özünüz haqqda çox qisa məlumat verərdiz.
– 1970-ci il təvəllüdəm.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət unverstitetinin Dram və kino aktyorluğu fakultəsini bitirmişəm.Qeyd etdiyiniz kimi ”İlham’’ minatür teatrının və 2003-cü ildən isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoruyam.Kalmikiya respublikasının əməktar artistiyəm.
-Çox gözəl İlham bəy, bunu bilirdim. Amma mənə çox maraqlıdır.Niyə məs Kalmikiya?
–Yəqin ki, bilirsiniz mən aktyorluqla bərabər həm də müğənniyəm.Zeynəb Xanlarovanın pərəstişkarı olan bir müğənni.... 2014-cü ildən Kalmikiya Respublikasında beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə konsert proqramları ilə çıxış etmişəm.Dəfələrlə təşəkkürnamələrə və 2016-cı ilin noyabrın 9-da isə Kalmikiya Respublikasının əməkdar artisti fəxri adına laiq görülmüşəm
-İlham bəy, hətta ayın tarixini belə xatırlayırsız, bu qədər dəqiq yaddaşınız var?
–Həmin günü mənim həyatımın ən unundulmaz günü idi.Qəribə olan isə “Ən çox sevdiyim günün, eyni zamanda həyatımın ən ağrılı günü olması idi” Yəni bu fəxri ada laiq görüldüyüm gün anamın dünyasını dəyişdiyi xəbərini aldım.
-Çox üzücüdür.Allah rəhmət eləsin, bəs hansı hissləri keçirdiniz?
- Həmin an zaman mənim üçün dayandı.Ölüm haqqdır, gələn bir gün gedecek. Amma bu gün də anamın bu xəbəri eşitmədən dünyasını dəyişməsinə təəssüflənirəm.
İlham bəy hətta bu kədəri bölüşdüyü an belə öz pozitivliyini saxlaya bildi.Belə bir əzimkarlığa görə ona öz təşəkkürümü bildirib, musiqi fəaliyyətinə dair suallarımı verməyə davam etdim.
-İlham bəy, siz özünüzü daha çox kim hesab edirsiz? Aktyor yoxsa müğənni?
–Müğənni.Kiçik yaşlarımdan müğənni olmaq istəyirdim.Amma çəkinirdim.
-Dediniz ki,Zeynəb xanımın mahnılarını daha çox sevirsiz?
-Bəli sevirəm.Zeynəb xanımın mahnılarını onu təqlid etmədən, yeni ruhda ifa edirəm.
-Çox gözəl İlham bəy, bəs öz mahnınız varmı?
-Özüm mahnı yazmıram.Amma sözləri və musiqisi Lalə xanıma məxsus olan “Uğur mənimlə olsun” mahnısı mənim üçün yazılıb.
-Çox gözəl, İlham bəy uğur daima sizinlə olsun.-bəs konsert proqramı gözləyəkmi, sizdən?
-Bəli “8 Mart Beynəlxalq qadınlar günü” ərəfəsində sayca beşinci olan konsertimi keçirməyi planlaşdırıram.Daha sonra Kalmikiyada da konsert proqramı ilə çıxış edecem inşallah.
-İlham bəy Kalmikiyada sizdən başqa fəxri ad alan sənətkarlarımız da varmı?
-140 illik teatr tarixində Şövqi Hüseynov və mən bu fəxri ada layiq görülmüşük
-İlham bəy,sizə elə gəlmir ki, biz daha çox sizin müğənnilik fəalliyyətinizdən danışdıq.Bəlkə aktyorluğa qayıdaq.Nə deyirsiniz?
–Əlbəttə, teatr məbəddir,ora mənim 1-ci evimdir, valideynlərimi sevdiyim qədər oranı da sevirəm
–Məni qabaqladınız.Çox gözəl onda ,tamaşalarınız və rollarıniz haqda zəhmət olmasa məlumat verin
-Aha ,Mən teatr səhnəsində bir çox obrazlar yaratmışam və bu obrazların hər biri mənə doğma və əzizdir
Ş.Perronun Çəkməli Pişiyində “Kral” ,Ş.Marşakın “Pişiyin evi”-də “Keçi” Ə.Haqverdiyevin “Pəri cadu”-sunda “Əmrah” (Onuda qeyd edim ki,bu tamaşa 25 ildən artiqdır ki,teatrın repertuarından düşmür),M.Vişnekin “Qoca Kloun ” əsərində “İlham ” İ.Əfəndiyevin “Məhv olmuş gündəliklərində” rejissor köməkçisi
-İlham bəy bu obrazların sayını artırmaq olar ,bəlkı qisaca olaraq kino fəaliyyətinizdən də danişaq?
-Bu mənim yaralı yerimdir.Yalnız “Kölgə” serialında çəkilmişəm.Bu gün də gözlərim ,rejissorları gəzir ki,niyə məni dəvət etmirlər.
-Dəvət etmirlər?
-Yox
-Səbəb?
-Daha çox tanınmış aktyorları dəvət etmək istəmələri.
-Siz tanınmırsınız ki? Bəs sizi esitdiyimə görə Belorusiyada da filmə dəvət ediblər.
-Bəli ,Belorusiyada filmə çəkilmişəm.Lakin bilirsiz, onlarda nə film ,nə də onun adı barədə danışmaga icazə yoxdur.Yalniz onu deyə bilərəm ki,oynadığım obraz “Türmə rəisi”-dir
-Türmə rəisi ?Yenə mafioz obraz? Səhv etmirəmsə, “Kölgə” filmindəki obrazınız da mafioz idi.
- Bəli
- Sizin xarakterin iz necə mafioza uyğundurmu?
-Müəyyən qədər bəli.
-Amma mən bunu sizə heç yaraşdıra bilmirəm.İlham bəy şəxsi həyatla bağlı suallara cavab verərsinizmi?
-Olar
-Aha, o zaman niyə evləmirsiniz?
-Evim olmadığı üçün.Sevdiyim adamı niyə alıb kirayələrdə saxlayım ki? Qoy elə rahatca öz evində otursun.Niyə onu çətinliyə salım?
-Yaxşı ,bəs sevdiyiniz varmı?
-Var,amma onun hələlik gizli qalmasını istərdim.
-İlham bəy,bəs sizə hansı sualın verilməsini istərdiniz ?
-Həyatimla,keçmişim və uşaqlığımla bağlı
-Eləysə həyatınlzdan razısınızmı?
-Bəli uşaqlığım çox gözəl keçib.Həmişə valideynlərimin sevimlisi olmuşam.Gəncliyim də çox rəngarəngdir.Çalışdığım teatr, Yasın Qarayev, Almaz Mustafayeva , Kəmalə Müzəffər kimi sənətkarlarla olan iş birliyim,ölkəmizdə,ölkəmizdən kənarlarda mahnılarımın sevilməsi.Xoşbəxtəm,özü də çox. Axırımın da gözəl olmasını istəyirəm.
-Hər şey yaxşı olar inşallah və sizə son sualım:
-Yaddaşlarda yaxşı adam, yoxsa yaxşı aktyor kimi qalmaq istərdiniz?
-Yaxşı adam kimi,onsuz aktyorlar unudulur ,yaxşı adamlar isə əbədi yaddaşlara köçür.
Bəli çox təəssüf ki,həyat bizim istədiyimizi etmir,amma biz həyatın istədiyin eyməyə məhkumuq.Həyat həmişə üzümüzə gülsün diləyi ilə

M.Sadıqova
"İdeologiyamda xəyanət yoxdur" - Rejissor AlikRejissor Alik müsahibəsinə belə başladı:
-Mən Alik Abbasov rejissor kimi səkkiz ildir ki ,fəaliyyət göstərirəm
-Çox gözəl.Niyə məhz Alik? Əsl adınızdır?
-Xeyr əsl adım Əlidir.Amma bu ad sənətə uyğun olmalığı üçün Alik kimi tanınmağa üstünlük verdim.
-Lap yaxşı ,bəlkə qisaca tərcüməyi halınızı da söyləyəsiniz?
-Olar.27 yaşım var .Kooperasiya Universitetinin maliyyə fakültəsini bitirmişəm, sonra isə Adanada özəl olaraq rejissorluq və psixologiya kurslarında təhsilimi davam etdirmişəm.
.Səhv etmirəmsə, maliyyədə-biznes,psixologiyada-insan ,rejissorluqda-yaradıcılıq önə çəkilir deyilmi?
-Bəli
-Onda sizə yaradıcı biznes insanı deyə bilərikmi ?
-Belə demək olar,amma daha çox rejissor olmağa üstünlük verərdim.
-Yaxşı, bəs rejissor kimi yaradıcılığa hansı filmlə başlamısıniz?
-“Məhəbbət və qisas ” filmi ilə
-Səhv etmirəmsə bu film ARB kanalında yayımlanirdi və dörd bölüm nümayiş olunduqdan sonra dayandırıldı.
-Bəli,nə yaxşı bilirsiniz ? Deyəsən izləmisiniz ?
-İzləyirdim bəli,etiraf edim ki,maraqlı serial idi,bes niyə yarımçıq bitdi?
-Maliyye problemlərinə görə
-Həmin filmin mövzusu melodram idi, deyilmi ?
-Bəli
-Bəs hansı aktyorlar həmin filmdə rol almışdı?
-Əjdər Zeynalov,Samirə Cavanşir,Güşvər və başqaları
- Maliyyə problemi yoluna qoyulunca çəkilişlər davam edəcəkmi ?
-İnşallah
-Alik, eşitdiyimə görə yeni film üzərində işləyirsiniz.
-Bəli “Bal Ayi” adlanacaq yeni film üzərində işləyirəm.
-Bu filmin necə, yarımıq qalmayacağına əminsinizmi ?
-İnşallah qalmaz.
-İnşallah.Hansi janırda olacaq film ?
-Tragikomediya
-Tragikomediya? Maraqlıdır.Bildiyimə görə bu janr kinomuzda çox az işlənib.
-Bəli, tamamilə raziyam.Aci həqiqətlərin gülüşlə tamaşaçıya çatdirilması
-Filmin mövzusu haqda nə deyə bilərsiniz?
-Film ailə məişət mövzusundadır.Bakıda yaşanmış ailəyə,cənub bölgəsindən olan, lakin Bakıda təhsil almış gəlinin gəlməsi fonunda inkişaf edir.
-Bu tragikomediyadır ki?
-Tragikomediya həmin gənclərin bir gündə olsun müstəqil gün keçirə bilməməsidir.Yəni azad yaşaya bilməməri.
-Maralıdır.Ardına film çəkiləndən sonra baxarıq,bəs filmin ssenarisini kim yazıb?
-Filmin ssenari müəllifi Yeganə Kərimzadədir.
-Alik, bu film haqda məncə bu qədər kifayətdir,keçək digər suallara
-Buyurun
-Başqa rejissorlarla işləyirsiniznizmi?
-Xeyr ,müstəqil fəaliyyətə daha çox ustunluk verirəm.Reklam,klip,qisametrajlı film və s. çəkirəm.
-Səkkiz ildir ki,sənətdəsiniz.Bu yaradici bir insan üçün az deyil. Sadaladığlarınlz da fəaliyyətinizin davamlı olmasından xəbər verir.Bəs çəkdiyiniz kliplərdən hansıların adını çəkə bilərsiniz?
Müsahibim təvazökarlıq edib, çəkdiyi filmlərin adını demək istəmədi.Mən də onun fikrinə hörmətlə yanaşıb söhbətimizi davam etdirdim.
-Alik bəy, bəlkə biraz şəxsi həyatınızla bağlı danışaq.Eşitdiyimə görə ayrılmısınız,özü də xəyanət etdiyinizə görə.
-Şəxsi həyat adından da göründüyü kimi şəxsidir.Bu mövzuda sualları sevmirəm. Xəyanətə gəldikdə isə onu deyə bilərəm ki,mənim idealogiyamda xəyanət adlanan bir məfhum yoxdur.
-Daha bir sualıma cavab versəz , şəxsi həyatınızla bağlı suallar bitəcək
Rejissor gülümsünərək:
-Nə deyim?
Son zamanlar tədbirlərdə sizi tez-tez bir xanımla görürük.
-Məni çox adamla görə bilərsiniz,işlə bağlı., bilirəm nə demək istəyirsiz təkcə onu deyə bilərəm ki,həyatımda “sevgi” yoxdur.
-Yaxşı bəş ,həyatınızla bağlı film çəkmək istərdinizmi?
- Cox gözəl fikirdir,amma risqə əl ata bilmərəm,bu günki tamaşaçıların bunu qəbul edəcəyini düşünmürəm.
Bəs bir rejissor kimi bu gün çəkilən seriallar sizi qane edirmi?
-Bəli ,az maliyyə ilə belə filmləri ərsəyə gətirmək çox çətindir.Amma əhsən bizim rejissorlara ki,bunun öhdəsindən gələ bilir.
-Sizcə rejissor olmaq üçün ali tehsil önəmlidirmi?
-Yox,məsələn məşhur Tarantino da təhsil almayıb,hətta əqli cəhətdən belə zəif inkişaf etmiş olub.Amma baxın , necə məşhurdur.Düz deyilmi ? Təhsil alan hər adam rejissor deyil.Öz xəyalını ərsəyə gətirməyi bacaran insan rejissordur,xəyal dünyasını yarada bilən.
-Bəs bizim rejissorlar bu gün niyə klassiklərə müraciət etmirlər?
-Tamaçı bunu istəmədiyinə görə
-Tamaşaçıya bunu bəyəndirməyin üsulu yoxmu ?
-Var, amma, bu incəliklə olmalidir.
-Minnətdaram.Bir az da filmlərdə ədəbi dilin normalarının necə qorunduğundan danısaq, olarmı?
-Əlbəttə.Bu sual məni də düşündürür. Çünki, seriala bütün yaşda insanlar baxır və əgər həmin serialda dil normaları gözlənilməzsə, hansı təsir gücündən söhbət gedə bilər?
- Avropada çəkilən filmlərdə vulqar sözlərdən çox istifadə olunur .Bunun tərəfdarısınızmı?
- Tipin dilində varvarizmlərdən istifadə oluna bilər, amma, ümumiliklə dil normaları qorunmalıdır.Avropada “18+” filmlər çoxdur,amma ,mən bunu mentoritetimizə uyğun hesab etmirəm.
-Alik bəy ,sizə sonuncu sualım:-Əgər şəxsi vəsayitiniz olsaydı, hansı filmi çəkərdiniz?
-Əgər şəxsi vəsaitim olsaydı, 2 il öncədən çəkdiyim və yarımçıq qalmış “Xendixox” tam metrajlı filmimi tamamlayardım.

Rejissor Alikə maraqlı müsahibə üçün öz təşəkkürümü bildiri və ona yaradıcılığında uğurlar arzu edirəm.


Mehriban Sadıqova
Rəqsanə ərinin fotosunu paylaşdıMüğənni Rəqsanə İsmayılova uzun müddətdir mediadan gizlətdiyi ərini üzə çıxarıb.

O, həyat yoldaşının fotolarını rəsmi instaqram hesabından yayımlayıb.

Müğənninin qızı Yağmurun da yer aldığı fotoya xeyli sayda rəylər gəlib.

Qeyd edək ki, R.İsmayılovanın həyat yoldaşı Rusiyada yaşayan iş adamıdır.
Maral Tahirqızıdan kişilərə təklif - "Aylıq məvacibi 10 min olan ər istəyirəm"Maral Tahirqızı həyatı haqqında səmimi etiraflar edib.

A24.Az xəbər verir ki, ARB TV-də yayımlanan “Günə Davam” verilişinin müxbirinə müsahibə verən müğənni Maral Tahirqizi səmimi etiraflar edib.

Müxbirin “Sevgi etirafları çox alırdınız?” sualına müğənni belə cavab verib:

“Özümə heç vaxt gözəl deməmişəm. Amma bəli, məni sevənlər çox idi, evlilik təklif edənlər də. Mən 16 yaşımda ailə qurmuşdum. 2 il 3 ay evli olmuşam, sonra isə ayrıldım. Heç kəsə bu haqda demirdim. Gənc idim, bilirdim ki, desəm həmin gənc oğlan onsuz da məni almayacaq. Ona görə də demirdim”.

“Evlilik təklifi, sevgi mesajları almısınız və ya alırsız?” sualını isə “Ola bilər. Hətta olur da. Mənim həyatımda həmişə təkliflər olub. 5-6-ci siniflərdən bu yana həyatımda sevgi təklifləri gəlib. Amma mənim bir az çətin zövqüm var. Mədəni, işgüzar adam istəyirəm. Haram yolla pul qazanmasın. Aylıq məvacibi, heç olmasa 5 min, 7 min, 10 min olsun. Mən kişi saxlayan deyiləm”.

“Bəs növbəti dəfə gəlinlik geyərsiniz?” sualına müğənni belə cavab verib:

“Bir dəfə artıq geyinmişəm. Məsləhət olarsa, yenə geyinərəm. Olmasa da elə bu halımla da gedə bilərəm”.
Azərbaycan Dövlət Dram Teatrının ilk direktorunun faciəli həyatıAMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin (SER) keçirdiyi Vikipediya təliminin iştirakçısı tərəfindən "Azərbaycanca Vikipediya"da Azərbaycan Dövlət Dram Teatrının ilk baş rejissoru və direktoru, dramaturq Bilal Əhməd haqqında məqalə yaradılıb.

Məqalə ilə daha ətraflı buradan tanış ola bilərsiz:

https://az.wikipedia.org/wiki/Bilal_%C6%8Fhm%C9%99d
Hamı Rəqsanəni söydü - Bu fotoya görəMüğənni Rəqsanə İsmayılova sosial şəbəkədə yeni fotosessiyasını yayıb.

AzNews.az xəbər verir ki, müğənni bu dəfə kameraların qarşısında bir-birindən fərqli obrazlar canlandırıb. Sənətçinin instaqram səhifəsində paylaşdığı bu fotolar böyük müzakirələ səbəb olub. Hətta onun yataqda yarıçılpaq vəziyyətdə olan fotosunu görənlər Rəqsanə İsmayılovanı ağır söyüşlərlə təhqir edib.

Bu təhqirlərə dözməyən müğənni şərh bölümünü bağlayıb.
İlkin Misgərliyə də avtomobil verdilərXəbər verdiyimiz kimi, aktyor İlkin Misgərliyə avtomobil hədiyyə olunub.

Aktyor azxəbər.com-a açıqlamasında avtomobilin markasını açıqlayıb: "Bu xəbər mənim üçün çox gözlənilməz oldu, çox sevindim. Mənə ən son model KİA Rio avtomobili hədiyyə olundu".

O maşını kim bağışlayıb sualına isə belə cavab verib: "Avtomobili mənə "Bozbaş Pictures"in yaxın dostlarından biri hədiyyə edib. Fürsətdən istifadə edib, həmin şəxsə və mənə dəstək olan hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, "Kia Rio" avtomobilinin ən son modelinin qiyməti 30 min manatdır.