İsanın rəsmi 400 milyona satıldı - FOTOLeonardo Da Vinçinin başı bəlalı rəsm əsəri nəhayət ki, satılıb.

Publika.az xəbər verir ki, “Dünyanın xilaskarı” adlanan rəsm əsəri Nyu-Yorkda keçirilən hərracda satılıb. İsa peyğəmbərin təsvir edildiyi rəsm əsərini 2013-cü ildə rusiyalı iş adamı Dmitri Rıbolovlev 127,5 milyon dollara almışdı.

Hərracdan əvvəl ekspertlər əsərə maksimum 100 milyon dollar dəyər qoysalar da, o hərracda nə az, nə çox, 400 milyon dollara yeni sahibinə satılıb.

Əsərin yeni sahibinin adı isə gizli saxlanılır.
Sakit Məmmədov – dünya rəssamlığında yeni səhifə...Onun rəsmlərindəkiləri duymaq üçün onları uzun müddət müşahidə etməyə ehtiyac qalmır. Sakit Məmmədovun rəsmləri özlərini ifadə edən canlı lövhələrdir. Portretlərdəki psixologizm nə qədər dərin olsa da, rəssamın bu psixologizmi ifadə etdiyi rəng çalarları onu tam mənası ilə açmağa, tamaşaçının onu duymasına imkan yaradır. Mənim fikrimcə, Sakit Məmmədovun rəsmləri, istər təbiət mənzərələri, istər insan olsun, daxili yaşantılarını, duyğularını ifadə edən ruha mailk bir obrazdır. Onlar yaradılan andan həyatın bir parçasına çevrilirlər.

Bu əsərlərdəki səssiz duyğusal melodiya insan düşüncəsini hərəkətə gətirir, fikirləri aydınlaşdırır. Bu əsərlər təbiəti, onun ruhunu xarakterizə edir. Sakit Məmmədovun əsərlərini bəzi məqamlarda təbiətdən ayırmaq mümkün olmur. Mən onun hər bir əsərini özlüyündə həm də bir musiqi əsəri hesab edərdim. Doğrudur, hər bir rəsm əsərinin hər bir kəsə təsiri dərəcəsi fərqlidir. Bu, labüddür. Mənim bu fikirlərim subyektiv görünə bilər. Amma bu da bir həqiqətdir ki, sənət əsərinin ruhu qədər insanın ruhuna təsir edən çox az bir qüvvə ola bilər. Sakit Məmmədov fırçasının fəlsəfəsi mahiyyəti ifadə etməsindədir. Onun yaratdığı portretlərə diqqət yetirək. O, təkrarlamır, çəkdiyini olduğu kimi meydana qoymur. Amma yaratdığı əsərə o qədər sadəlik donu geyindirir ki, o əsər özü öz mahiyyətini açıb söyləyir.

Bəzən Sakit Məmmədovun əsərləri mənə üzərində işlədiyi mövzunun kəşfi təsiri bağışlayır. Rənglərin dili ilə reallaşdırılan bu kəşf fikir və düşüncələrdə əks olunmaqla, rənglərin düşüncəyə təsirini istiqamətləndirir. Sakit Məmmədovun rənglər dünyası yaratdığı kompozisiya etibarilə fikir və düşüncə dərinliyinə yol açır. Rənglərin ecazkar vəhdətindən yaranan kompozisiya düşündürür, düşüncə insanın yaradıcı imkanlarını stimullaşdırır. Mən Sakit Məmmədovun əsərlərində öyrədicilik, tərbiyəedicilik, pedaqoji aspekt müşahidə edirəm. Bəs bu aspektlər özünü nədə biruzə verir? Mənim fikrimcə, bu ilk növbədə ürəkdə oyatdığı həyat eşqi, yaradıcılıq ilhamı, düşüncəyə verdiyi sehrli stimul, təfəkkür zənginliyinə açdığı yolla bağlıdır. Mükəmməl rəsm əsəri həyatın mahiyyətini, insanın arzu və istəklərini, hiss və həyacanını ifadə etmək baxımından ən təsirli vasitədir. Sakit Məmmədovun əsərləri bu baxımdan xarakterikdir. “Yaşlı kişi” əsəri üzərində dayanmaq istərdim. Təbiətin yaşıllığı fonunda yaradılan bu əsərdə təbiətin gəncliyi və qocalığı vəhdətdə təsvir olunub. Təbiət insanı qocaltsa da, öz işığı ilə gələcəyə inam hissi doğurur. Ümumiyyətlə, Sakit Məmmədovun əsərlərində gəncliyə və gələcəyə böyük inam hissi duyulur. Bu inam hissi rənglərin, hiss və duyğuların, fikir və düşüncələrin kompozisiyası ilə yaranır. “Yaşı kişi” rəsmi təbiətlə nəfəs alan onun gücünə və varlığına arxalanan insan obrazıdır. Əslində onun simasında duyulan nikbinlik də təbiətəgüvənlik hissindən yaranır. Bu, bir harmoniyadır. Bu harmoniya öz təsdiqini rəsmlərin təbiətin və insanın daxili yaşantılarının vəhdətdə ifadəsi ilə tapır. İnsan yaşlanır, təbiət isə hər il yenidən doğuluşu ilə insanlığın əbədi yaşayışına yol açır. Təbiət ahəngdarlığının nikbin ruhda əsərlərdə yer alması insanın nikbin əhvar ruhiyyəsi, ümumən insanda sağlan düşüncə və sağlam ruhun yaranması üçün əsasdır. Sakit Məmmədovun rəsmləri insanın mənəvi aləmini, daxili gözəlliyini duymaq üçün bir dönüş nöqtəsidir. Bəlkə də ona qədər insanın həyat tərzi, gəncliyi, qocalığı haqqında tamamilə başqa təsəvvürlərə malik ola bilərik. Amma istedadlı rəssamın fırçası düşüncələri tamamilə başqa istiqamətə yönəldir. İzah edir ki, ən böyük həqiqətləri bir simada cəm eləmək, bir tabloya yerləşdirmək mümkündür. Bu xoşbəxtlik tarixdə ən istedadlı rəssamlara nəsib olub. Leanardo da Vinçi. Vinsent Van Qoq insanın ruh halını, həyatın içindəkiləri öz mahir fırçaları ilə açıb göstərməyi bacarıblar.

Sakit Məmmədovu heç bir dahi rəssamın təkrarçısı adlandırmaq mümkün deyil. O, yaratdığı heç bir cizgi ilə müqayisəyə gəlmir. Onun rəngləri elə gözlənilməz məqamlarda elə çalarda ifadə olunur ki, bu yalnız Sakit Məmmədov fırçası üçün xarakterikdir. Onun qəhrəmanlarının nə gülüşünü, nə də kədərini unutmaq mümkün olmur. Çünki bu rəsmlər təbiətin özündən doğulmuş kimi görünürlər. Elə Sakit Məmmədovun müsahibələrinin birində dediyi kimi, insan dünyaya necə gəlir? Bax, əsər də beləcə yaranır. Müşahidələrim belə bir qənatə gəlməyə əsas verir ki, Sakit Məmmədov 21 – ci əsr rəngkarlığının ənənələrini yaradır, onun rəsmlərində klassizim yeni çalarlarla təzahür edir.

Onun rəsmlərində yer alan gözəlliyin baxışlarındakı məna, yanaqların rəngi, alnın genişliyi özlüyündə tam yeni obrazdır. Bu insan ola bilər ki, həyatda mövcuddur. Amma Sakit Məmmədov onu həm də xəyalının və fırçasının qüdrəti yeni bir ruhda, yeni bir xəyal məhsulu kimi təqdim edə bilib.

Ardı var...
Böyükağa MİKAYILLI,
“Təhsil və zaman” qəzetinin redaktoru
Əməkdar artist ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiTanınmış aktrisa, əməkdar artist Kəmalə Müzəffər xəstəxanaya yerləşdirilib.

Bu barədə Milli.az məlumat yayıb.

Əməkdar artist jurnalistin telefon zənginə cavab verməsə də, aktrisanın yaxınları yayılan məlumatı təsdiqləyib:

"Kəmalə xanım "Vicdan haqqı" serialından getdiyinə görə uzun zamandır ki, izləyicilərinin böhtanlarına, ağır ittihamlarına məruz qalırdı. Bütün bu təhqirlər və ittihamlar aylardır Kəmalə xanıma çox pis təsir edirdi. Elə bunun nəticəsidir ki, əsəb və stressdən bu səhər Kəmalə xanımın səhhəti ağırlaşdı və səhər saatlarında onu xəstəxanaya çatdırdıq. Bəzi İnstaqram səhifələri isə Kəmalə xanımın pula görə serialdan getməsini əsas gətirərək onu ittiham da edirdilər. Bilirik, tamaşaçıları Kəmalə xanımın serialdan getməsini istəmirdi, sadəcə olaraq belə alındı. Onu sevənlərdən Kəmalə xanıma qarşı sayğılı və anlayışlı olmalarını xahiş edirik".
“Dərdimdən dəlixanaya düşənlər olub” - Şəbnəm TapdıqMüğənni Şəbnəm Tapdıq ARB TV-də “Səhər-səhər” proqramının qonağı olub.

Keçmişi ilə bağlı etiraflar edən ifaçı hələ də ona elçi gəldiklərini bildirib:

"Sevgiyə qalsa, təsəvvür edin ki, 17 yaşımdan səhnədə olmuşam. İndiki kimi deyildim, gözəl olmuşam. Nə qədər adam məni istəyirdi. Hətta, dərdimdən dəlixanaya düşənlər olub. Biri var idi, əl çəkmirdi. Axırda anam atama dedi ki, qoy bizə gəlsin. Çünki Şəbnəmi qoymaram ki, ağacın altında, parkda, küçədə kiminləsə görüşsün. Oğlan utana-utana gəldi, yanaqları qızarmışdı. Anam dedi ki, "Nə gözəl oğlandır. Gündüz çıraqla axtarsan, tapa bilməzsən".

Yaxşı ailədən idi, atası-anası nişan gətirdi. O, elə bilirdi ki, barmağıma üzük taxandan sonra məni sənətdən ayıracaq. Karyeramın üstündən xətt çəkmək istədi. Hərbçi idi, dedi "Mənim yoldaşım müğənni ola bilməz, gələcəkdə general ola bilərəm, yüksək vəzifədə ola bilərəm". Dedim ki, "Onda məni niyə aldatdınız?" Üzüyü çıxarıb, qoydum stolun üstünə. Bu iş burada da bitdi. Hələ də, elçi gəlirlər. Keçən il 30 yaşında bir uşaq atası ilə elçi gəlmişdi. Dedim ki, 30 yaşla 50 yaş uyğun deyil. Siz nə danışırsınız?!"
Elariz intim videosundan danışdı: “Ailəm deyir ki, olan şeydir"Müğənni Elariz Məmmədoğlu bir müddət əvvəl yayılan intim görüntülərindən danışıb.

Axşam.az xəbər verir ki, sənətçi "Lider maqazin”ə açıqlamasında bildirib ki, bu görüntülər onu narahat etmir: "Artıq ailəm də buna öyrəşdi. Heç bir reaksiya vermədilər. Çox sakitəm. 20 il əvvəl belə bir şey olsaydı, evdə qısqanclıq yaranardı. İndi hamı deyir ki, olan şeydir. Kimsə məni özünə düşmən sayır, vaxtaşırı belə şeylər yayırlar. Həmişə toy mövsümü başlamazdən əvvəl belə qara piar başlayır. Yayılır ya səsi batıb, ya toya getmir, ya da onu restoranda xanımla tutdular. Həmkarlarım toyumu azaltmaq üçün edir. Məndən çox toya getmək istəyən mahnı yazdırmalıdır. Onda mənim kimi tələbatlı olacaq. Başqa yolu yoxdur”.
“Vəhşi diviziya”: “Alman əsgərlərinə ərə gedin” - Çeçen komandir -VİDEOAMEA Mərkəzi Elmi Kitabxanası (MEK) “Vəhşi diviziya” adlı qısametrajlı tarixi film hazırlayıb. Filmdə Çar Rusiyası dönəmində Azərbaycan və Qafqazın müsəlman xalqlarından yaradılmış və diviziyaya daxil olan könüllü süvari alaylarının, həmçinin tatar (azərbaycanlı) alayının Birinci Dünya müharibəsində iştirakından bəhs edilir.

Qafqaz Yerli Süvari diviziyasında (“Vəhşi diviziya”) azərbaycanlıların xüsusi yeri olub. Diviziyada şahzadə Feyzulla Mirzə Qovanlı-Qacar, Hüseyn xan Naxçıvanski, Nur bəy Sofiyev, Cəmşid xan Naxçıvanski kimi məşhur azərbaycanlı hərbçilər qulluq edib. “Vəhşi diviziya”nın, xüsusən də tatar alayının müharibə dövründəki şücaəti misilsiz olub. Belə ki, məhz tatar alayının hərbçiləri Azərbaycan Xalq Cümhuriyyəti ordusunun formalaşmasında vacib rol oynayıblar.

Qeyd edək ki, tariximizin bu dönəmi çox az araşdırılıb. Təəssüf ki, “Vəhşi diviziya” barədə tarixi araşdırma və sənədli filmlərin hazırlanmasına baxmayaraq azərbaycanlıların bu hərbi qurumda rolu arxa planda qalıb. MEK film vasitəsilə azərbaycanlıların diviziyadakı qəhrəmanlıqlarını ön plana çəkməyə çalışıb. Film gələcəkdə bu mövzuda hazırlanması planlaşdırılan silsilənin birinci hissəsidir.
Xalq artisti ilə vida mərasimi keçirilirAzərbaycanın xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi keçirilir.

APA-nın məlumatına görə, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təşkil olunan vida mərasimində mərhumun ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edir.

Vida mərasimi saat 12:00-dək davam edəcək.

Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Məşhur diktor 1946-cı ildə Şuşada anadan olub. Ağciyər xərçəngindən əziyyət çəkən xalq artisti bir neçə dəfə Türkiyədə əməliyyat olunub, kimyaterapiya müalicəsi alıb.
Tanınmış bəstəkarın vəziyyəti pisləşdi - Reanimasiyadadır“Bəstəkar, əziz dostum Tahir Əkbər səhər saatlarında insult keçirdi”.

Avrasiya.net xəbər verir ki, bu sözləri sosial şəbəkədə əməkdar artist Aybəniz Haşımova yazıb.

O bildirib ki, əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Tahir Əkbər 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

“Onun maddi durumu ağırdır. Bəstəkara dəstək olaq” - deyə A.Haşımova bildirib.
"Kamran Həsənli yaxın günlərdə həbs ediləcək" - Samir Piriyevin vəkiliBir müddət əvvəl məhkəməlik olan Kamran Həsənli və Samir Piriyevi bu dəfə gündəmə ikincinin döyülmə xəbəri gətirdi.

Samir Piriyev polisə müraciət edərək döyüldüyündən şikayətlənib. O, ərizəsində “beşbarmaq”la döyüldüyünü iddia edib. Müğənninin döyülmə xəbərini aparıcı Kamran Həsənli mətbuat konfransı zamanı bildirmişdi. Bu məsələ ilə bağlı müğənni Samir Piriyevdən açıqlama almaq istəsək də bu mümkün olmadı. Prodüseri Anar Mədətov hazırda müğənninin canlı efirdə olduğunu və buna görə də telefon zənglərinə cavab verə bilmədiyini bildirdi. Bu səbəbdən Samir Piriyevin vəkili Ruslan Əhmədoğludan açıqlama aldıq.

Müğənnin vəkili A24.Az-a açıqlamasında bildirib ki, uzun bir müddət bundan öncə iki nəfər arasında yaşanmış bir mübahisədir və mətbuatda deyildiyi kimi Samir Piriyev heç kimin xanımı haqqında heçnə deməyib.

“Samir ictimaiyyət adamıdır. Hər gün küçədə yüz adamla mübahisəsi, hətta davası belə ola bilər. Bunun Samir Piriyevin Kamran Həsənli ilə açılmış cinayyət işə ilə heç bir aidiyyatı yoxdur. Bizim bildiyimiz qədəriylə yoxdur. Əgər varsa, Kamran Həsənli açıqlasın bizdə bilək ki, bu məsələ də ona aiddir. Kamran 3 nəfər arasında olan bir məsələni hardan bilir? Bəlkə o, elə özü sifariş edib və bu mübahisə yaranıb. Əgər elə bir məsələ varsa desin, biz də bilək. Orda elə bir məqam var ki, deyilir ki güya Samir dava etdiyi şəxsin həyat yoldaşı haqqında danışıb və buna görə belə bir hall yaşanıb. Bu absurd bir məlumatdır. Samirin mübahisəsi həmin adamın özü ilə olub və onun həyat yoldaşı haqqında heç bir şey deməyib. Bu Kamran Həsənlinin uydurduğu bir şeydir. Yaxın bir vaxtda həbs olunacağını bilir və buna görə bilmir ki, nə uydursun və cəmiyyətə təqdim etsin. Sözügedən dava ilə bağlı istintaq davam etdiyi üçün mən bu barədə suallara cavab verə bilməyəcəm. İstintaq bitmədən heç kimi günahlandıra bilmərəm”.

Ruslan Əhmədoğlu onu da qeyd etdi ki, yaxın günlərdə Kamran Həsənlinin təşkil etdiyi mətbuat konfransında heç bir jurnalistə sual vermək imkanı yaradılmadı. Yalnızca bir şəxs 10 sual verdi, O da, Elçin adında jurnalist kimi qələmə verilən Kamran Həsənlinin vəkili idi.
Elçin Mirzəbəyli "Ziyalı sözü" layihəsi çərçivəsində gənclər ilə görüşdüGənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin birgə həyata keçirdiyi "Ziyalı sözü" layihəsinin növbəti tədbiri keçirilib.

Layihənin budəfəki qonağı şair, jurnalist, politoloq Elçin Mirzəbəyli olub. Binəqədi rayon Gənclər evindəki görüşdə GTM-in üzvləri, nüfuzlu universitetlərin tələbələri və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözüilə açan GTM-in və layihənin rəhbəri Fəxrəddin Həsənzadə layihənin məqsədi haqqında geniş məlumat verib, Elçin Mirzəbəylinin yaradıcılığından söz açıb. E.Mirzəbəylinin eyni zamanda ədəbiyyat, jurnalistika, rejissorluq, politologiya kimi mütəlif sahələrdə çalışdığını deyən F.Həsənzadə bunun səbəbi ilə maraqlanıb.

Gənclərlə görüşdən məmnunluq duyduğunu deyən Elçin Mirzəbəyli müxtəlif sahələrlə məşğul olması və əldə etdiyi uğurlar haqqında danışıb: “İnsan necə görünürsə, əslində odur. Ona qədərki olan bütün tarixçələr, əldə etdiyi uğurlar sadəcə bu obrazın aşkara çıxması üçün bir vasitədir. Müxtəlif sahələrlə məşğul olmaq təkcə insanın öz istəyi, meyli ilə bağlı olmur. Həyat da insanı bir sahədən digərinə ata bilər. Ancaq həyat səni müəyyən bir yerə atdısa, yol səni bu istiqamətə gətirdisə, bundan yeganə çıxış yolu düşdüyün yerdə özünü təsdiqləməkdir. Bunu kimsə üçün yox, özün üçün etməlisən Yəni, özünə "mən bunu elədim"- deyə bilmək üçün. Mənim də yollarımın haçalı olması və bu yollarda qazandığım müəyyən uğuların səbəbi odur ki, özümü özümə təsdiqləməyə çalışmışam. Bir tək ədəbiyyatda sübuta ehtiyacım olmayıb. Çünki bu Allah vergisidir. Ədəbiyyata heç zaman peşə kimi baxmamışam. Şairlik vəzifə deyil. Mən bir ədəbiyyat adamı kimi öz içimdən gələn hisslərimi, duyğularımı yazmağa çalışıram”.

Tədbirin gedişatında gənclər onları maraqlandıran sualları şairə ünvanlayıblar, görüş diskusiya şəklində davam edib.

Şair özünə ədəbi əcdad hesab etdiyi yazarlardan danışarkən deyib: “Mən ədəbiyyat adına nə oxumuşamsa, kimi oxumuşamsa, Nizamidən başlamış Pasternaka kimi hamısını özümə müəllim hesab etmişəm. Ancaq ədəbiyyatda ardıcıllıq məsələsi bir az fərqli yanaşma tələb edir. Çalışmaq lazımdır ki, heç kimin ardıcılı olmayasan. Ona görə də müəyyən mərhələdə həm milli, həm də dünya ədəbiyyatını kifayət qədər çox mütaliə etmişəm. Amma bir zamandan sonra çalışdığım qədər fəlsəfi əsərləri, Sartrı, Freydi, Nitşeni, Kamyunu və başqalarını oxumağa başladım. Bu əsərlər son nəticədə insanın xarakterinin, dünyagörüşünün formalaşmasına gətirib çıxarır. Əsas məsələ odur ki, ədəbiyyat sənə nə verir? Ona görə də mən artıq seçilmiş əsərləri oxuyuram. Söhbət ruhən yaxınlıqdan gedirsə, Azərbaycan ədəbiyyatından Nəsimini özümə daha yaxın hiss edirəm. Vaxtilə mənim elmi işim də sufizmlə bağlı olub. Buna görə onu araşdırırdım deyə, o fəlsəfəni başa düşməyə, içinə daxil olmağa çalışırdım. Mənim üslubumu araşdırmaçılar sərt modernizm kimi qiymətləndirirlər. Azərbaycanda bu üslubda yazan ikinci yazar yoxdur. O baxımdan kimə bənzədiyimi dəqiq bilmirəm. Şeiri texniki iş hesab etmirəm. Halbuki, şeiri texnika ilə yazan şairlər var. Mən həmin an hansı fikir, hansı misra gəlirsə, onu yazıram. Ona görə də adətən şeirlərim qısa olur”.

Görüş iştirakçılarının böyük əksəriyyətinin xanımlar olmasına diqqət yetirən qonaq deyib: “Çox maraqlıdır ki, Azərbaycanda poeziyanı, ədəbiyyatı daha çox xanımlar sevirlər. Bu, sevindirici haldır. Çünki kişi övladın tərbiyəsində heç bir rola malik deyil. Xanımların ədəbiyyatı sevməsi və yaxşı əsəri dəyərləndirməsi, gələcək Azərbaycan nəslinin formalaşması üçün çox mühüm amildir”.

Bəzən müxtəlif müəlliflərin şeirlərinin bir-birinə bənzəməsi haqqında şair deyib ki, şeirlər hisslərin məhsulu olduğundan, hətta bir-birini tanımayan, heç zaman oxumayan şairlərin belə şeirləri, hansısa fikirləri bir-birinə bənzəyə bilər.

“Məşğul olduğunuz sahələrdən hansı sizə daha yaxındır”- sualına E.Mirzəbəyli cavab olaraq deyib ki, əslində bunların hamısını birlikdə qəbul etmək lazımdır: “Rejissorluq, jurnalistika, ədəbiyyat yaradıcı sahələrdir. Buna görə də bir-birinə çox yaxındırlar. Politologiyanın əsasında isə analitika, yəni təhlil dayanır. Eləcə də rejissorluğun da əsasında bu var. Çünki rejissor da hansısa hadisələri şərh edir. Əgər bunların hamısında uğur qazandığım hesab olunursa, bunun yeganə səbəbi odur ki, bu sahələrin hər birini sevirəm. Əgər insan bir işlə məşğul olub, digərini sevdiyini deyirsə, onda deməli, o, birinci özü özünə xəyanət edir. Üç istiqamət mənim həyatımı təmin etdiyim fəaliyyət sahələrim, peşəmdir, ədəbiyyat isə peşəm yox, ruhi qidamdır”.

“Bəzən dünyanın ən gözəl şeiri ən adi, hətta əhəmiyyətsiz bir nüansdan da yarana bilir. Bu da ondan irəli gəlir ki, uzun zamanın hissi, xatirələri yığılır və bircə anda hansısa xəfif qığılcımla alışır və şeirə dönür”. Şair bu sözləri "şeirləriniz adətən nəyin təsiri ilə yaranır?"- sualına cavab olaraq deyib.

İştirakçılara qonağın din və elm haqqındakı düşüncələri də maraqlı olub. Şair bu haqda verilən sualı belə cavablayıb: “Dinlə elmi qarşı-qarşıya qoymaq və iç-içə gətirmək yalnışdır. Biri ruhi qidadır, digəri isə dünyanın inkişafına, texniki tərəqqiyə, insanlara rahat həyat bəxş edən istiqamətdir. Bu yanaşma son dövrlər Azərbaycan cəmiyyətində daha çox kök salmağa başlayıb. Mən tez-tez bu məsələlərə münasibət bildirirəm. Din ehkamdır, yəni müzakirə olunmur. Amma elm müzakirəsiz inkişaf edə bilməz. Deməli, dində elm yoxdur. Avropa bu yolları bizdən daha tez keçib. Orada xristianlıq elmdən ayrıdır. İnsan büün gün dindən danışırsa, o, psixoloji xəstədir. Allah insanın içindədir. İbadət edirsənsə, Ona edirsən, özünə edirsən. Bunu başqalarına nümayiş etdirməyə gərək yoxdur. Dinlər insanlara yol göstərmək üçün yaranıblar. Ancaq dövr dəyişdikcə, onlarda da dəyişmələr olmalıdır, inkişaf getməlidir. Bütün dinləri oxuyub öyrənmək lazımdır. Bu, həm də mədəni faktordur. Ağılla, şüurla dərk edilməlidir. Mənimçün mənəvi yüksəlişin digər bir tərəfi də elmdir”.

Görüş iştirakçılarından biri E.Mirzəbəylinin şair Bəxtiyar Vahabzadə haqqında çəkdiyi filmi xatırlayıb və filmin yaranma səbəbi ilə maraqlanıb. Bu haqda şeir deyib: “Bizim onunla aramızda qəribə bağlılıq vardı. 1988-ci ildə mən “Azərbaycan marşı”nı yazmışdım. 1989-cu ildə mənim təqdimatı ilk dəfə efirdən Bəxtiyar Vahabzadə səsləndirib, bu marş haqqında danışıb. Mənim heç xəbərim də yox idi. Sonra mən burada olmadım, uzun müddət görüşə bilmədik. Qayıdandan sonra bir dəfə rastlaşdıq, mənimlə görüşmək istədiyini dedi. Mənimsə xarakterim elə idi ki, həmişə hər kəsdən qaçırdım. O, həmişə istedadlı gənclərə dəstək olub, onları qoruyub. Ona qarşı həmişə içimdə sevgim olub. Görüşlərimizin birində ürəyimdən keçdi ki, onun haqqında bir film çəkim, sevgimi və mənə etdiyi yaxşılıqların minnətdarlığını belə bildirim”.

Tənqid haqqında danışarkən şair deyib: “Dostlar çox zaman insana kənardan baxa bilmirlər. Hardasa o sevgi mane olur. Portret olaraq məni ən düzgün Əflatun Amaşov təsvir edib”.

Daha sonra iştirakçılar şairin “Ya sevda bitəcək, ya daş bitəcək”, “Səni gözləyirəm” və başqa şeirlərini səsləndiriblər.
Şair özü isə gənclərin istəyi ilə “Bizim bu şəhərdə heç kimimiz yox”, “Elə darıxasan”, “Fotolarda saralır saçımızın qarası”, “Mən sənə Tanrının əmanətiyəm”, “Bir gün mən olmasam” və s. şeirlərini oxuyub.

Sonda şair imzalı kitablarını iştirakçılara hədiyyə edib.