Elzadan “Ayə, hara gedirsən ayə”-ni oxuyana şeiri: "Gedək mənimlə, ayə!"Əməkdar artist Elza Seyidcahan dünəndən bəri dillərdən düşməyən “Ayə, hara gedirsən, ayə” sualına şeir yazıb.

Avrasiya.net xəbər verir ki, sənətçi şeiri sosial şəbəkədə paylaşıb. O, bildirib ki, dünəndən bəri bu gəncin şeiri ilə bağlı ona çoxlu zənglər gəlib:
“Sanki bu dərvişə mən demişəm ki, belə ifa etsin. İndi onu dinləyəndə hamı ürəyində Elza Seyidcahan deyəcək. Qəlbinizdə, dillərinizdə olduğum üçün gecə-gündüz Allaha dua edirəm. Bu dərvişi tanımasam da, ona lağ edən, mənasız ifaçılardan daha məntiqli sual verib ki, hamımızı yerindən oynada bilib. Suala cavab tapın: “Anan bilermi hara gedirsən, ayəəə?”

Məlumat üçün bildirək ki, rok musiqi tərzində ifa edən Vüsal Rzasoyun Müasir Azərbaycan Gənci (MAG) adlı verilişində oxuduğu"Ayə harayə gedirsən ayə?" adlı mahnısı dünəndən bəri geniş müzakirəyə səbəb olub. Fərqli tərzdə musiqi ifa etməyə çalışan mügənni geyimi və özünəməxsus stili diqqət çəkib.

Elza Seyidcahanın şeiri:

Çara gedirəm, ayəəə...

Çora gedirəm, ayəəə...

Sənə nə var hara gedirəm?!

Anam bilir hara gedirəm.

Ayə, gedirəm, ayə...

Ayə, gedirəm, ayə...

Sən də gedək, ayə

Gedək mənimlə, ayə!
"Radioda bakirə olmayanları işə götürmürdüm" - Prodüser - VİDEO"Lider TV"-də efirə gedən “Status” verilişində qalmaqallı fikir səslənib.

Murad Arif verilişdə olan qonaqlara bununla bağlı sual ünvanlayıb. Suala cavab verən prodüser Zaur Kazımov bildirib ki, o, aparıcıları işə qəbul edərkən öncə onun bakirə olub-olmamağını soruşub: "Radioda aparıcı olmaq istəyən namizədlərlə müsahibə edəndə ilk sualım "Bakirəsən, yoxsa yox?" olurdu. Və əgər cavab "bakirəyəm" olurdusa, deyirdim ki, bağışlayın, biz sizinlə işləyə bilməyəcəyik".

Z. Kazımov deyib ki, ümumiyyətlə, radio aparıcılarının minumum 40 yaşı olmalıdır".
Tolikə vəzifə verildiProdüser Tarix Əliyevə (Tolik) vəzifə verilib.

Axşam.az-ın məlumatına görə, bu haqda Tolik özü xəbər verib. O bildirib ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının konsertlərinin təşkilatçısı vəzifəsinə təyin edilib:

“15 illik prodüserlik fəaliyyətimdə heç bir dövlət idarəsində işləməmişəm, yalnız fərdi olaraq çalışmışam. Bu gün iş həyatımda çox ciddi qərar qəbul edildi. Gəncədə yeni inşa edilmiş möhtəşəm filarmoniyada məni rəsmi şəkildə işə götürdüyü üçün buranın direktoru, xalq artisti Samir Cəfərova təşəkkür edirəm.

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə mənə görə çox doğmadır. Düz 6 ildir ki, ölkəmiz üçün əlamətdar olan bayramlarda mən Gəncədə təşkil olunan xalq konsertlərinin təşkilatçısı olmuşam.

Gəncə ötən il "Avropa Gənclər Paytaxtı" seçiləndə də bu mötəbər hadisənin konsert təşkilatçılığı mənə həvalə olunmuşdu. Gəncə Dövlət Filarmoniyasında uğurlu tədbirlər ərsəyə gətirəcəyimizə inanıram. Əməyimin bəhrəsi kimi dövlət müəsisəsində ştata götürüldüm. Prodüser kimi bir ilkə imza atmaq yenə mənə nəsib oldu”.
Xəzərin o tayında vuran isti ürəklər – Sona VəliyevaDünya Gənc Türk Yazarlar Birliyinin “Yeni qazax şeiri antologiyası” nəşri işıq üzü görüb.

Kult.az xəbər verir ki, nəşrdə Qazaxıstanın 57 yeni nəsil şairinin şeirləri toplanıb.

“Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva antologiyaya “Xəzərin o tayında vuran isti ürəklər” adlı təqdimat yazısı, Qazaxıstanın Dövlət Ödülü laureatı Temirxan Mədətbek isə “Ön söz” yazıb.

Sona Vəliyeva “Xəzərin o tayında vuran isti ürəklər” yazısında “Yeni qazax şeiri antologiyası”nın Bakıda işıq üzü görməsinin bir çox ortaq dəyərlərə sahib iki qardaş ölkənin - Qazaxıstanla Azərbaycanın ictimai-mədəni həyatında əlamətdar hadisə olduğunu bildirib:

“Bizim sahib olduğumuz ortaq dəyərlərdən biri də Xəzərdir – göl ola-ola dünyada dəniz kimi qəbul edilmiş Xəzər..! Hər iki sahilində, eləcə də, digər sahillərində tarix boyunca (bugün də) bizə doğma dildə, doğma ləhcədə danışanların yaşadığı Xəzər! Və adını bu dənizdən götürmüş, Bakıda gün üzü görən (“üç əsrin qəzeti” fəxarət və qürur “titul”unu daşıyan!) bir qəzetin təsisçisi olaraq, mənimçün xoşdur ki, “Yeni qazax şeiri antologiyası”na ürək sözlərimi yazıram.

Belə antologiya ilk dəfədir hazırlanır. Qazax qardaşlarımızın zəngin söz sənətinin bugünkü nümayəndələrinin demək olar, bütün spektri ilə görünməsi, əlbəttə, təqdirəlayiqdir. Etiraf edək ki, bizdə Qazax ədəbiyyatı deyincə, adətən, Abay, Cambul və Oljas Süleymenov adları çəkilir, “Türk xalqları ədəbiyyatı” antologiyalarında da, əsasən bu adları görürük. Əslində, bu görkəmli adlarla yanaşı, tanımalı olduğumuz onlarla başqa qazax ədibləri vardır.

Beləliklə, çağdaş qazax ədəbiyyatı nümayəndələrini, özəlliklə perspektiv vəd edən yeni və ən yeni nəsli tanımaq, neçə neçə dostluqların, işbirliklərinin əsasını qoyacaqdır. Ədəbiyyatçıların, əli qələmlilərin dostluğu, bir başqa dostluqdur və bütün topluma geniş şəkildə sirayət edir. İlk növbədə isə öz planında ədəbiyyat təsərrüfatımızda canlanma yaradacaq, müəyyənlik gətirəcəkdir. Qazaxıstanın mövcud ədəbi mənzərəsini bir kitab boyunca izləmək imkanı fərqləndirləsi və dəyərləndiriləsi haldır.

Elə bilirəm, həm bu antologiya özü dostluğun bəhrəsidir, həm dostluq, qardaşlıq çələngidir, həm də, antologiyanın hazırlanması prosesi də yeni dostluqlara səbəb olub…

“Yeni qazax şeiri antologiyası” dövlət qurumlarının hazırladığı nəşr deyil, qardaş xalqlarımızın yeni nəsil yazarları arasında işbirliyinin məhsuludur. Məncə, bax, bu məqam da, özünəməxsus gözəllik daşıyır.

***

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidentinin dəvəti ilə 2017-ci ilin aprelində Azərbaycan Respublikasında rəsmi səfərdə olarkən keçirilən mətbuat konfransında hər iki prezidentin səsləndirdikləri fikirlərdən bəzi məqamları burada xatırlatmaq istərdim.

Prezident İlham Əliyev: “…Əlbəttə, humanitar sahədə əməkdaşlıq da müzakirə olundu. Biz bu əməkdaşlığın möhkəmləndirilməsi üzrə konkret addımlar müəyyənləşdirmişik. Eləcə də gənc nəslin biri-birini yaxşı tanıması, dostluq etməsi və xalqlarımız arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, ölkələrimizin yaxınlaşması məqsədilə Qazaxıstan və Azərbaycan rəhbərlərinin apardıqları siyasəti onların da gələcəkdə aparması üçün Qazaxıstan və Azərbaycan gənclərinin müxtəlif tədbirlərdə iştirakını nəzərdə tutmuşuq”.

Prezident Nursultan Nazarbayev: “…Digər məsələlərə – həm iqtisadi və siyasi, həm də mədəni-humanitar məsələlərə gəldikdə isə biz münasibətlərimizi bir daha vurğulamaq üçün …mədəni münasibətlərin, ziyalıların görüşlərinin, iki ölkənin qarşılıqlı mədəniyyət günlərinin bərpa olunması məsələlərinə diqqət yetirməliyik. Bunun üçün yaxşı imkanlar, bir növ körpü var”.

Elə bilirəm, “Yeni qazax şeiri antologiyası”nın nəşrinin nə qədər düşünülmüş, doğru qərar olması, dövlət başçılarımızın bu yolgöstərici, istiqamətverici fikirlərinin işığında daha da aydın görünür. Demək, gələcəkdə, bu kimi layihələri genişləndirmək məqsədəuyğundur.

***

“Təşəkkür sözü qısa olar” – bu, qazax qardaşlarımızın sözüdür. – Mən həm təşəkkürümü, həm də ürək sözlərimi qısa tutmaq istərdim. Elə bilirəm, bu kitabda əziyyəti olan hər kəsə təşəkkür ilk növbədə, qədirbilən oxucularımızdan gələcək. Biz də, öz növbəmizdə, antologiyanın redaksiya heyətinə də, müəlliflərə də səmimi qəlbdən minnətdarlıq edirik ki, belə bir nəcib təşəbbüslə çıxış edib və onu gerçəkləşdiriblər. Məncə, oxucuları çox da intizarda qoymadan, onları OXUya dəvət etməyin vaxtıdır. – Buyurun, qazax qardaşlarımızın qələmindən süzülüb gələnlərlə, Xəzərin o tayında vuran isti ürəklərlə tanış olun… O ürəklər və o ürəklərdəkilər sizə çox tanış gələcək. Bu ruhubirliyin, keçmişi birliyin və birgə gələcək diləklərinin ifadəsidir…”

Qazaxıstan Respublikasının Dövlət Ödülü laureatı Temirxan Mədətbek isə yazdığı “Ön söz”də bunları qeyd edib:

“Çevriləcək şeir çətin bir həyat yaşar, həm də üç kərə… O, ana-atasından ilgisiz qalan bir cocuq kimidir. Artıq bu cocuğu qucağına alaraq, şəfqətlə saracaqmı, yoxsa yad dildəki (yadırğayan yetim) halında buraxacaqmı? – bax, bunlar bu özgənin, yəni çevricinin əlindədir” – demiş Bella Ahmadulina. Azərbaycan dilinə çevrilən Qazax şairlərinin şeirlərini əlimə aldığımda mənim ağlıma gələn ilk düşüncə bu oldu. Mənə görə, çevriyə asanlıqla uymayan, ən çətin varlıq da Şeirdir..! Gerçəkdən, “şeiri çevirmək, onu öldürməklə eynidir” deyən Robert Frost kimi inadçılar da vardır. “Tamam, elə olsun” deyək… ancaq bizə bu Frostun özünü tanıdan kimdir və ya nədir? Digərlərini bir yana qoysaq, kökübir qardaş – Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm kimi Azərbaycan şairlərinin bir çox əsərləriylə məhz çevri­ci­lərin hazırladığı kitablar sayəsində tanış olduğu­muzu unut­mamalıyıq.

…Tamam. Mənim qarşımda Xəzər Dənizinin ötəsinə doğru yola düşən qağayı kimi 57 Qazax şairinin şeirləri qanad vurur…

Yadlardan biri deyə bilməzsiniz – kökü bir, diləyi bir qardaş millətdir onlar – azərbaycanlılar!

Özümüz hər zaman anlatdığımız Nizaminin, Nəsiminin, Füzulinin torpağıdır Xəzərin o ta­yındakı qardaş ölkə!

Arasında alovlanan gəncləri də bulunan, zəki və bilgili şair­lərimizin yaşlı Qafqaz ölkəsindən öz oxucucularını tapacağına əminik…

Bu – sorumluluğu böyük, məqsədi yaxşı, savabı bol çalışmaya vaxtını, enerjisini xərcləyən, bu gözəl işi qeyrətlə gerçəkləşdirən tərtibçilərə, çevricilərə, redaktorlara… ortaq dənizli iki qardaş ölkənin aydınlarının çox təşəkkür edəcəyi şübhəsizdir!”

Qeyd edək ki, antologiyanın baş redaktoru Əkbər Qoşalıdır.
Anar Nağılbazın keçmiş xanımı: Uşaqlarına baxmır, kirayələrdə qalmışıq - FOTOReper Anar Nağılbaz ilk həyat yoldaşından boşanıb.

Reperin keçmiş xanımı Anjelika Axşam.az-a məsələnin təfərrüatlarını danışıb.

O bildirib ki, 1 il yarımdır ərindən rəsmən ayrılıb. Amma Anarın istəyi ilə bunu gizli saxlayıb: “Mən onun rəsmi yeganə xanımı olmuşam, uşaqlarının anasıyam. Anar deyirdi, boşanma öz aramızda qalsın. Mən də susdum, oturdum. Eşidirəm ki, ikinci dəfə evlənir. Boşanmış insan evlənə bilər, normaldır, xoşbəxtlik arzulayıram. Amma bu insan iki övladına baxmır, maraqlanmır. Kirayədə qalırıq, ev pulunu vermir. Əvvəl atalıq etsin, uşaqlarına ev qursun, sahib çıxsın, sonra gedib kiminsə xanımını gətirib bədbəxt eləsin. Boşanmağımıza evsizlik, baxımsızlıq səbəb olub. Bu vaxta kimi susmağıma səbəb qayınatam idi. İndiyə kimi uşaqlara babası dəstək olub. Biz ailə qurandan mən Anarın yox, qayınatamın çörəyini yemişəm”.

Anjelika ailədə yaşanan söz-söhbətlərdən bəhs edib: “Anara dövlət tərəfindən verilən üçotaqlı ev satılıb. Sonra başqa bir ev alınıb. Mənimlə ailə qurduqdan sonra Anarla orada yaşadıq. Həmin evdə qaynımın ailəsi qeydiyyatda idi. Uşaqlar olandan sonra ora sığmadığımızı dedilər və satdılar. Qaynım ailəsi ilə ayrı yaşayırdı, boşandı, bizim yanımıza köçdü. Yenə də dava, söz-söhbət başladı. Qayınanam da mənimlə mübahisə edirdi.

Yenə ev satıldı, Anar dedi ki, ana-atamdan ayrılmıram, istəyirsən, sən get. Mən də ailəmi dağıtmamaq üçün qoşuldum ona, getdim. Darısqal bir evə yığışdıq. Uşaqlara heç nə çatdıra bilmirdim. Qayınatam da neçə ailəyə baxırdı, çatdıra bilmirdi. O evi də satdılar. Ev tikilməsi üçün Masazırda torpaq götürüldü. Qayınatam dedi ki, uşaqlarım üçün ev tikiləcək. Mənim uşağım orada bir gün qalmadı. Qaynım gedib yenidən evləndi, orada yaşadı. Anar Azərbaycandan çıxıb getdi. Mən də qayınatamın yanında qaldım. Çətin vəziyyətdə idim. Bunları danışmaq istəmirdim. Görürəm ki, uşaqlarım da əziyyət çəkir. Bu haqsızlığa çox dözdüm. Uşaqlarıma görə bundan sonra heç bir haqsızlığa dözməyəcəyəm”.

Reperin keçmiş xanımı bildirib ki, kirayədə yaşayır, amma evin pulunu ödəyə bilmir: “Məhkəmələrdə qalmışam. Qayınatamın xahişi ilə kirayədə yaşadım. Dedi ki, Masazırdakı evi satıb sizə ev alacam, kirayə pulunuzu da verəcəyəm. Hələ də ev satılmır, biz də evsiz qalmışıq. Anara zəng edirəm ki, uşaqlara sahib çıx. Mənə cavab vermir, yazır küçələrdə qalıram, məni “blok" edib. Öz uşağının məktəbi ilə maraqlanmır, ayaqqabı, paltar almır, gedib evlənir?”

Anjelika bildirib ki, özü də işsizdir: “Əvvəl çalışırdım, indi çatdıra bilmirəm. 2 aydır qaldığım evin kirayəsini ödəyə bilmirəm. Qızım hazırlığa getməlidir, amma pul yoxdur. Anara deyirəm ki, 100 manat sən düzəlt, 100 manatını mən hazırlayım. Deyir, mən işləmirəm, küçələrdəyəm. Oğlum üçüncü sinifdə oxuyur. Babası əməliyyata gedib, deyib 2 ay vaxt ver, sizə baxa bilməyəcəyəm. Ancaq alimenti yollayacayam. 200 manat alimentdir. Bununla necə uşaq saxlayım? Bu yaxınlarda qızımızın ad günü idi. Anar ona guya təbrik yazıb. İndi onu da yayımlamanızı istəyirəm”.
Rasim Balayev Türkiyəyə göndərilmədi - SəbəbXalq artisti Rasim Balayevin müalicə üçün Türkiyəyə səfəri təxirə salınıb.

Bu barədə Report-a xalq artisti özü məlumat verib.

O, Türkiyədə müalicəsi ilə məşğul olacaq həkimin Azərbaycana gələcəyini bildirib: "Bilirsiniz ki, klinikalar xaricdən tez-tez həkimlər gətirirlər. Həmin həkim ayda bir-iki dəfə Bakıya gəlir. Bu həkimin mənə görə, yaxud da təsadüfən gəlməsindən xəbərim yoxdur. Onun məni hansı xəstəxanada müalicə edəcəyini də hələ ki, bilmirəm".

Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var. Xalq artisinin müalicə xərclərini Azərbaycan dövləti ödəyəcək.
Məleykə Əsədova xalq artistini məhkəməyə verdi –200 min manat təzimnat tələbiXalq artisti Məleykə Əsədova xalq artisti Ramiz Məliki məhkəməyə verib.

M. Əsədova bununla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Xalq artisti həmkarından şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.

Qeyd edək ki, Ramiz Məlik mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlədib. (APA)
“Dünya gözəli-2017”in qalibi seçildi — FOTO, VİDEO“Dünya gözəli-2017” müsabiqəsinin qalibi məlum olub.

“Ölkə.Az” xəbər verir ki, yarışma Çinin Sanya şəhərində keçirilib. Yarışmanın qalibi Hindistan təmsilçisi 20 yaşlı Manuşi Çxillar seçilib. O, “Dünya gözəli-2017” adını qazanıb.

İkinci yerin sahibi Meksika təmsilçisi Andrea Mezu, üçüncü isə britaniyalı Stefani Hill olub. “Miss Russia -2017” gözəli Polina Popova da TOP-10-ğa düşüb.
Zeynəb Xanlarova Rasim Balayevlə bağlı çağırış etdiAtalarımızın bir sözü var: desəm öldürərlər, deməsəm ölərəm. Mədəniyyətimizə böyük töhvə verən, filmlərdə qəhrəman rolu yaradan Rasim Balayev haqqında danışmaq istəyirəm.

Bunu Milli Məclisdə xalq artisti, deputat Zeynəb Xanlarova deyib.

Xalq artisti qeyd edib ki, Rasim Balayev haqqında yazılanları hamı oxuyub və söhbətin nədən getdiyini bilir:

“Uzun illər filmlərə çəkilən, Nəsimi, Babək və onlarla digər qəhrəmanların obrazını yaradan Rasim Balayevin həkimlərin yazdığı iki dərmandan birini almağa pulu yoxdur. Mən üzümü Səhiyyə Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə tuturam. Bu işə niyə baxmırlar? Bu adam xəstədir, ömrünü bu sənətə qoyub, canında can qalmayıb. Niyə buna əncam qılmırlar? Mən millətimin, Rasimsevərlərin adından xahiş edirəm ki, bu işlə ciddi məşğul olsunlar. Onun aldığı pul nədir ki, bu pulu dərmanlara versin? Biz hamımız bu əsərləri yaradan böyük sənətkarımıza kömək olmalıyıq”.

Spiker Oqtay Əsədov isə bildirib ki, bu məsələ ilə maraqlanacaq.