Hamı Rəqsanəni söydü - Bu fotoya görəMüğənni Rəqsanə İsmayılova sosial şəbəkədə yeni fotosessiyasını yayıb.

AzNews.az xəbər verir ki, müğənni bu dəfə kameraların qarşısında bir-birindən fərqli obrazlar canlandırıb. Sənətçinin instaqram səhifəsində paylaşdığı bu fotolar böyük müzakirələ səbəb olub. Hətta onun yataqda yarıçılpaq vəziyyətdə olan fotosunu görənlər Rəqsanə İsmayılovanı ağır söyüşlərlə təhqir edib.

Bu təhqirlərə dözməyən müğənni şərh bölümünü bağlayıb.
İlkin Misgərliyə də avtomobil verdilərXəbər verdiyimiz kimi, aktyor İlkin Misgərliyə avtomobil hədiyyə olunub.

Aktyor azxəbər.com-a açıqlamasında avtomobilin markasını açıqlayıb: "Bu xəbər mənim üçün çox gözlənilməz oldu, çox sevindim. Mənə ən son model KİA Rio avtomobili hədiyyə olundu".

O maşını kim bağışlayıb sualına isə belə cavab verib: "Avtomobili mənə "Bozbaş Pictures"in yaxın dostlarından biri hədiyyə edib. Fürsətdən istifadə edib, həmin şəxsə və mənə dəstək olan hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, "Kia Rio" avtomobilinin ən son modelinin qiyməti 30 min manatdır.
Dilçi alimə politoloqdan etiraz: “Embarqo” “qadağa” deyilTerminologiya Komissiyasının bəzi sözlərin, terminlərin Azərbaycan dilində qarşılığını müəyyənləşdirilməsinə çox müsbət yanaşıram.

Bu sözləri analitik Elçin Mirzəbəyli Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənən bəzi alınma sözlərin Azərbaycan dilində müəyyənləşdirilən qarşılığı ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edib. O bildirib ki, bütün dünyada qəbul olunmuş siyasi, iqtisadi və s. terminlərə toxunmaq isə lazım deyil:

“Məsələn, “embarqo” iqtisadi-siyasi termindir. Terminologiya Komissiyasının təqdim etdiyi “qadağa” sözü isə “embarqo” termininin daşıdığı yükü tam anlamıyla əhatə etmir. “Embarqo” hər hansı bir dövlətlə iqtisadi-ticari əlaqələrin tam, yaxud qismən kəsilməsi yolu ilə ona iqtisadi-siyasi təsir göstərilməsi anlamını verir. “Embarqo” beynəlxalq təhlükəsizliyi təhdid edən dövlətlərə qarşı ən çox istifadə olunan siyasi təzyiq formasıdır”.

Analitik bildirib ki, teminlər iqtisadi, siyasi, sosial və digər anlayışları daha konkret, lakonik şəkildə ifadə etməyin mümkün olması üçün yaradılır:

“Yəni “embarqo” sözü “qadağa”dan fərqli olaraq heç bir əlavə şərh verilmədən daşıdığı məna yükünü ətraflı şəkildə ifadə edir. Kompüter mausunun (mouse) qarşılığı kimi “bələdçi” sözündən istifadə olunması təklifini də uğurlu hesab etmirəm. Çünki bütün əməliyyat sistemlərində “bələdçi” funksiyası var”.

Qeyd edək ki, bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib. Komissiyanın sədr müavini Sayalı Sadıqova o sözlərin siyahısını açıqlayıb.

“Zaryadka” - “yükləmə”, “adapter” – “yükləyici”, “embarqo” - “qadağa”, “evakuasiya” - “köçürülmə”, “proqnoz” – “öncəgörmə”, “konsensus” – “yekdillik”, “kserokopiya” – “üzçıxarma”, “like” - “bəyənmə”, “mesaj” – “ismarıc”, təsdiqlənib”, - deyə. S.Sadıqova bildirib.

Alim həmçinin “mause”nin “bələdçi” kimi işlənilməsini təklif edib.
Murad Dadaşov jurnalistləri “Maşın”dan qovdurduMübahisələr və qalmaqallarla dolu "Maşın" şounun komandası jurnalistlərə qarşı hörmətsizlik edib.

Musavat.com xəbər verir ki, bu gün şounun final günü baş tutmalı və qalib açıqlanmalıydı. Lakin şounun qalibinin Talıb Talenin olması ötən gündən mediada öz əksini tapmışdı. Dünən gecə heç nə olmamış kimi şou yayımlandı və qalib açıqlanmadı. Buna səbəb isə layihə rəhbəri Murad Dadaşovun sponsorlarla bağladığı müqavilə oldu.

Bu gün keçirilən final gecəsinə media nümayəndələri dəvət olunsa da, onlar efir başlamamış məkandan qovulublar. Azxeber.com saytının əməkdaşı Nazim Qasımzadə, Primetime.az saytının müxbiri Teymur Məmmədov və Showxeber.az saytının müxbiri Elman Məmmədov öncə şounun keçirildiyi məkana buraxılıb.

Daha sonra cangüdənlər onlara yaxınlaşaraq təcili studiyanı tərk etmələrini tələb ediblər. Səbəb kimi isə jurnalistlərin qalibi qabaqcadan açıqladıqları bildirilib.
Mehriban Xanlarova şou-biznes əhlinə xəbərdarlıq edibƏməkdar artist Mehriban Xanlarova şou-biznes əhlinə xəbərdarlıq edib.

Apa xəbər verir ki, o, bildirib ki, bu gündən etibarən onun barəsində mənfi fikir söyləyən tanınmışlar məhkəməlik olacaq: “Heç bir şou əhli adımı çəkməsin. Bu, onlara sonuncu xəbərdarlığımdır. Bir də mənim adımı çəkmədən barəmdə təhqirlər yazan, sənətim barədə pis fikirlər bildirən tanınmışlar olsa, onlarla məhkəmədə görüşəcəyik. Məhkəmədə görüşmək istəmirlərsə, sakitcə yerlərində otursunlar. Mənim onlarla işim yoxdur. Onların da mənimlə işi olmasın. Mən heç kəsin qapısını döyüb, kimdənsə çörək pulu istəmirəm. O məni yarışda görüb, ələ salana demək istəyirəm ki, nəyimi görmüsən ki, mənə ləçər və yaxud da başqa söz deyirsən? Bəli, mən aktrisayam, özü də mükəmməl və özünə güvənən aktrisa. Şübhəniz varsa, mənə baxmayın. Mən heç kəsi məcbur eləmirəm. Mənim bostanıma daş atmasınlar ki, mən də onların bostanlarına daş atım. Elə bilirlər ki, nəsə desələr susacam. Barəmdə nəsə deyən olsa, məhkəməyə verəcəm. Adama deyərlər, öncə get öz sandığını aç, gör kimsən, daha sonra barəmdə nəsə de”.

Əməkdar artist onu da əlavə edib ki, ona yarışda yalnız pərəstişkarları səs verib: “Mənim arxamda pullu kimsə dayanmayıb ki, ona güvənim. Səsi yalnız mənə pərəstişkarlarım göndərirdi. Mən onlara güvənirdim".
Azərbaycanlı müğənni ikinci dəfə BOŞANDI - FOTOAzərbaycanlı müğənni Elşad Qarayevin oğlu, ifaçı Rəvan Qarayevin ikinci dəfə ailəsi dağılıb.

Publika.az-ın məlumatına görə, tanınmış ifaçı bu barədə “Show time” verilişində deyib. O, bildirib ki, ilk dəfədir ki, boşandığını mətbuata açıqlayır: “Mən artıq subayam. Ailəli olanda insan istər-istəməz evə gec gəlmir. Amma mən ailə qurmadan öncə də belə idim. Gecə saat 10-11-də evdə oluram. Çünki, çox gəzən ayağa daş dəyər”.
R.Qarayev daha sonra bildirib ki, 3-cü dəfə ailə qurmayacaq: “Yenidən ailə qurmaq fikrim yoxdur. Bundan sonra qızlarım üçün yaşayacam. Birinin 9, o birinin 4 yaşı var”.
İlkin Misgərli peşman olduğunu deyib: "Kaş ki, heç getməyəydim"“Maşın” şounu tərk edən aktyor İlkin Misgərli peşmançılığını dilə gətirib.

Yenicag.az-a açıqlama verən Misgərli maşının əldən getməsini heç cür qəbul etmək istəmədiyini deyib:

“Finalın bir addımlığında şoudan getdim. Qismət beləymiş. Talıb güclü rəqib idi. Məni dəstəkləyən dostlarım çox idi, lakin Talıbın pulu onun qələbəsini həll etdi. Bu tamaşaçı məsələsi deyildi, ona səs göndərən konkret pullu adamlar vardı. Mən də istəyirdim maşınım olsun, sürə bilməsəm də öyrənəcəkdim. Kim bilir, bəlkə elə imkanlı dostlarımdan biri mənə maşın alıb verdi. Buna görə də bir gözüm telefondadır, elə bilirəm ki, bu dəqiqə kimsə zəng edib, məni sevindirəcək. Deyirəm ki, doktor Qılmana bir avtomobil bağışlasınlar, mən də arada alım sürüm, gözümün qurdunu öldürüm. Kaş ki, o SMS-lərin əvəzinə elə bir maşın alıb özümə verəydilər. İndi durub hansından 10 manat pul istəsəm deyəcəklər ki, hamısını sənə göndərdik”.

İlkin şoudakı iştirakından peşman olduğunu da dilə gətirib:

“Kaş ki, heç getməyəydim, çünki orda insanlardan elə şeylər gördüm ki, çox pis oldum. Mən kiməsə “quyruq” deyib, sonra onlarla mehribancasına görüşən adamlardan deyiləm. Yerimi bilən adamam. Heç kimə də artıq-əskik söz də deməmişəm ki, sonradan peşman olum”.
Vüsalə Əlizadə "Maşın" şounu tərk etdi - Səhhəti pisləşdi və...ATV-də yayımlanan “Maşın” şoununu üç finalçıdan biri tərk edib.

Metbuat.az xəbər verir ki, “Maşın” realiti şousunun finalına müğənni Xatun, Talıb Taleh və Vüsalə Əlizadə qalmışdı. Artıq onlar gecədən əllərini maşının üzərindən çəkməyərək, bütün gecəni maşının yanında ayaq üstə durmalı idilər.

Sosial şəbəkələrdə yayılna məlumata görə, gecə saatlarında səhhətində problem yaranan tanınmış aparıcı Vüsalə Əlizadə əlini maşının üzərindən çəkib və şounu tərk edib.

Qeyd edək ki, Bir gün öncə aparıcı səhhətindən şikayət edirdi.
Könül Kərimova 22 min dollarlıq paltarından danışdı: “Niyə məndə olmasın?”Müğənni Könül Kərimovanın verilişlərin birinə geyindiyi paltarın qiyməti müzakirələrə yol açıb.

AzNews.az xəbər verir ki, müğənninin televiziya verilişlərinin birinə 22 min dollarlıq paltar geyinməsi sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. İstifadəçilər müğənninin bu addımını qınayaraq,onu tənqid ediblər. Könül Kərimova AzNews.az-a açıqlamasında sözü gedən paltarından danışıb:

“Bu paltarı mən Türkiyə modellərinin birinin əynində gördüm. Çox bəyəndim. Fikirləşdim ki, niyə məndə olmasın? Buna görə də o modelin eynisini tikdirdim. Paltarın yuxarısı əl işləridir və mənə 2200 manata başa gəlib. Mən bir paltara 22 min dollar pul verən sənətçiyə oxşayıram? O qədər çaşmamışam, elə səhvə yol vermərəm”.