Aygün Bəylər danışdı - “Cıracağam onu”Əməkdar artist Aygün Bəylərin növbəti dəfə ailə həyatı qurmaq xəbəri yayılıb.

Bu haqda Avropa prodüseri Sultan şəxsi facebook hesabında xəbər verib. O, ifaçının toyunda iştirak etməyəcəyini bildirib:

“Bu gündən etibarən Aygün Bəylərlə yollarımı ayırdım. Onun haqqında mənə sual verməyin. İşbirliyi də, dostluq da bitdi. O, seçimini etdi və artıq həyat yoldaşı ilə xoşbəxtdir. Biz də bir dost kimi xoşbəxt olmağına sevinirik. Toyunda iştirak etməyəcəm. Beş ildir ustadın ən sadiq və güvəndiyi dostu idim, ancaq bitdi”.

Primrtimes.az məsələ ilə bağlı A.Bəylərlə əlaqə saxlayıb. Prodüserin yazdığı statusdan xəbərsiz olan əməkdar artist əsəblərini cilovlaya bilməyib:

“Gicdir o? Cıracağam onu. İndi burada problem nədədir axı? Siz mənim arxamı güdəcəksiz? Ərə gedirəm, əcəb edirəm. Əl çəkin də məndən”.
Tanınmış jurnalist İlqar Rəsulun romanı çıxdıTanınmış jurnalist, yazıçı, APA TV-nin əməkdaşı İlqar Rəsulun romanı çap olundu.

Müəllifin sözlərinə görə, “Getmə” adlanan roman adi həyat yaşayan insan taleləri haqqındadır və qəhrəmanları ütüsüz, təbii, olduğu kimidir.

Real həyat və xatirələr üzərində qurulan süjet xətti boyu bir insan hamını tərk edir, bir xanım onun axtarışına çıxır.

“Romanın əsas mahiyyətində insanın psixoloji durumu, yaşadıqları, həyata, zamana münasibəti durur” – deyə müəllif bildirib.

Əsərin bir orijinallığı da var: qəhrəmanlar müəllifdən asılı deyillər, azaddırlar, istədiklıəri vaxt ciddi və qeyri-ciddi ola bilirlər. İnsan həyatla oynadığını düşünürkən həyatın onunla oynadığı bəlli olur.
Məleykə Əsədova Ramiz Məliki nəvələrini oğurlamaqla hədələyib - Şok ittihamlarXalq artisti Ramiz Məlikin Məleykə Əsədovaya qarşı qaldırdığı qarşılıqlı iddianın dəyəri 300 min manatdır.

Bu barədə Sputnik Azərbaycan-a Ramiz Məlikin vəkili Türkel Süleymanlı məlumat verib.

Onun sözlərinə görə, Ramiz Məlik öz reputasiyası, şərəf və ləyaqətini Məleykə Əsədovanınkından yüksək qiymətləndirib: "Əgər Ramiz Məlik Məleykə Əsədovanın uyğunsuz geyiminə irad bildiribsə, o, mənim müvəkkilimi nəinki təhqir edib, həm də onu nəvələri ilə hədələyib".

"Əsədova müvəkkilimi uşaqları oğurlamaq və onlara qarşı qanunsuz hərəkətlər etməklə təhdid edib. O, öz niyyətlərini Ramiz Məlikin həyat yoldaşı ilə telefonda danışarkən bəyan edib. Bizdə onun təhdidlərini sübut etmək üçün söhbətin audioyazısı var", - deyə vəkil bildirib.

Bununla yanaşı, vəkilin sözlərinə görə, Məleykə Əsədova KİV-ə müsahibəsində Ramiz Məlikin şərəf və ləyaqətini alçaldıb: "Başqası haqqında şərəf və ləyaqətinin alçaldılmasına görə məhkəmədə iddia qaldıran adam öz ifadələrinə fikir verməlidir. O, hər yerdə deyir ki, Ramiz Məlik gəlib onun qarşısında diz çöküb üzr istəməlidir. Bu, nə deməkdir, təhqir deyil?"

T.Süleymanlı daha sonra əlavə edib: "Ramiz Məlik çoxillik təcrübəsi olan hörmətli aktyordur. Bu günlərdə məhkəməyə iddia ərizəsi veriləcək".

Xatırladaq ki, noyabrın 22-də Nəsimi Rayon Məhkəməsində Əsədovanın Məlikə qarşı iddiasına dair ilk məhkəmə iclası keçirilib. Azərbaycan Dövlət Dram Teatrının aparıcı aktyorları arasına düşən nifaqın səbəbi Məleykə Əsədovanın zahiri görkəmi olub.

Məlik aktrisanın ünvanına tənqid yağdıraraq bildirib ki, Xalq artisti adını daşıyan şəxs sosial şəbəkələrə açıq-saçıq, eləcə də, mini-şortikdə çıxmamalıdır. Onun sözləri Əsədovanı özündən çıxarıb və o, Ramiz Məliki məhkəməyə vermək qərarına gəlib.

Əsədova Məlikdən şərəf və ləyaqətinin təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir. Aktrisa hesab edir ki, həmkarı onun şərəf və ləyaqətini alçaltmaqla yanaşı, işgüzar nüfuzuna da xələl gətirib və onu oxucuların qarşısında şantaj edib.
Köçəri rəqsi rəsmi olaraq ermənilərə verildi- YUNESKO-dan şok qərarYUNESKO Azərbaycanın milli rəqsi Köçərini rəsmi olaraq ermənilərə verib.

A24.Az xəbər verir ki, bu barədə UNESKO-nun saytında məlumat yer alıb.

Belə ki, “Köçəri” rəqsi Ermənistana məxsus rəqs kimi Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.

Bu siyahıda milli kulinariyamıza məxsus olan dolma da yer alıb. Bu yemək rəsmi olaraq milliləşdirilib. Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin rəhbəri Anar Kərimov buna iki illik əmək nəticəsində nail olduqlarını bildirib.
“Mənim sayəmdə Bəxtiyar Vahabzadəni də tanıyırlar” - Elza SeyidcahanBakı Slavyan Universitetnin məzunu, jurnalistikada yenicə fəaliyyətə başlayan Əbülfəz Kərimov son vaxtlar ortaya çıxıb meydan sulayan ara şairlərini şeirlə tənqid etmiş və əməkdar artist Elza Seyidcahana söz atmışdı.

Bununla bağlı bəstəkar, əməkdar artist Elza Seyidcahan Modern.az-la öz fikirlərini bölüşüb. Elza Seyidcahan saytımıza açıqlamasında şeir yazan gənci alqışladığını bildirib:

"O gənci alqışlayıram. Şeir yazırlar, beyinləri açılır. Mənim sayəmdə Bəxtiyar Vahabzadəni də tanıyırlar. Qoy məni oxuyub, Bəxtiyar kimi şairini qədrini bilsinlər. Pis olmasa, yaxşının qədrini bilməzlər. Məni görüblər, Bəxtiyar Vahabzadə onlara şirin gəlib. O gəncdən soruşsan ki, Bəxtiyardan bir misra şeir de, bəlkə də bilməyəcək. Elza yaradıcılığı kütləşmiş beyinləri, tutulmuş dilləri, kor olmuş gözləri açır”.

Əməkdar artist "kifayət qədər şeir yazanlar var, niyə Elza Seyidcahanı hədəf alıblar” sualımıza belə cavab verib:

"Demək maraqlıyam , şeirlərim oxunur ki, məni hədəf alıblar. Tələbələr, balaca uşaqlar, şairlər, yazıçılar- hər kəs Elzanın şeirindən xəbərdardırlar. Belə bir söz var: "Xəbərdaram işindən, qurtarmaram dişindən”. Bu haqda heç zaman pis fikir deməmişəm, çünki onlar mənim oxucularımdır. Oxucularımın içində ağıllısı, dəlisi, paxılı, namərdi, mərdi də var. Əsas odur ki, onlar mənim oxucularımdır və mən heç zaman oxucularımı daşa basıb təhqir etməyəcəyəm. İnsan uğrun zirvəsinə çatanda ona qarşı paxıllar çoxalmağa başlayır. Onlar bir addımlıq barıtdır, tez yanıb, tez də partlayırlar. Bu səbəbdən bunu normal qəbul edirəm. Ardımca gəlsinlər”.
Aşıq Azərin səhhəti ağırlaşdıİrandan müayinə və müalicədən qayıdan tanınmış aşıq Azər Xanlaroğlunun səhhətində heç bir irəliləyiş yoxdur.

Bu barədə Teleqraf.com-a tanınmış aşıq özü məlumat verib.

Aşığın sözlərinə görə, hazırda özünü yaxşı hiss etmir:

“Ayağımda çirk var, yeriyə bilmirəm. Gərək yanımda adam ola, qolumdan tuta, addım atım. İran həkimləri dedilər ki, bizim müalicəmiz səni tam sağaltmayacaq. Tam sağalmağın üçün İsrailə getməlisən. Ora getmək üçün isə mənə külli miqdarda pul lazımdır. Buna nə mənim, nə də ətrafımdakı insanların gücü çatır”.

Azər Xanlaroğlu dərman qəbuluna davam etdiyini bildirib:

“Vallah, bezmişəm iynə-dərmandan. Dərmanların təsirindən son 45 gündə 20 kilo kökəlmişəm. İsraildə müalicə olunsaydım, bu xəstəlikdən birdəfəlik qurtulardım. Yoxsa ayağımın kəsiləcəyini dedilər. İnsan kimi yaşamaq istəyirəm. Dilənmək də istəmirəm. Kim kömək eləsə, Allah razı olsun. Yoxsa elə bu vəziyyətlə barışıb, ayaqlarımla vidalaşacağam...”

Qeyd edək ki, Azər Xanlaroğlu “Hepatit C” virusundan və damar genişlənməsindən əziyyət çəkir.
Şaşi Kapur vəfat etdiTanınmış hind aktyoru və rejissor Şaşi Kapur vəfat edib.

79 yaşlı aktyor uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Onun xəstəxanada öldüyü vurğulanıb.

Qeyd edək ki, Şaşi Kapur 1938-ci il martın 18-də anadan olub. Karyerası 1941-1999-cu illəri əhatə edib. Onun Bollivud filmlərindəki rolu dillər əzbəri olub. Şaşi Kapur “Avara”, “Məhəbbət böyük qüvvədir”, “Siddihatra”, “Cənab Şekspir”, “Divar” və s. filmlərdə baş rollarda oynayıb.
Xalq artistinin müalicəsi üçün Türkiyədən Bakıya həkim gətirildi"Müalicəm üçün Türkiyədən gəlməli olan həkim artıq Bakıdadır".

Bunu "Report"a açıqlamasında xalq artisti Rasim Balayev deyib.

O qeyd edib ki, hazırda Mərkəzi Gömrük Hospitalında müayinə olunur: "Türkiyədən gələn həkim nevropotoloqdur. O, ev şəraitində müalicəm üçün dərmanlar yazdı. Həkim Türkiyəyə qayıdacaq. Türkiyəli həkim dedi ki, 20 gün, bir ay sonra onunla əlaqə saxlayıb səhhətim haqqında yenidən məlumat verim. Bununla yanaşı, belimdə olan ağrıları müalicə etmək üçün İsraildən həkim gələcək".

Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var. Xalq artistinin müalicə üçün Türkiyəyə göndəriləcəyi nəzərdə tutulmuşdu. Daha sonra həkimin Azərbaycana gəlməsi və aktyoru burada müalicə etməsi qərara alınıb. Xalq artistinin müalicə xərclərini Azərbaycan dövləti ödəyəcək.
“Toya gedib, qayıtmayıb” - Klarnet ifaçısı itkin düşdüKlarnet ifaçısı Əli Cəfərov itkin düşüb.

AzNews.az xəbər verir ki, bu barədə klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu məlumat verib. Onun sözlərinə görə, Əli Cəfərov evdən toya getmək məqsədi ilə çıxıb:

“Dünən evdən toya getmək məqsədi ilə çıxıb və hələ də qayıtmayıb. Əgər kimsə görübsə, bizə məlumat verməyini xahiş edirik”.
Anar Nağılbaz keçmiş həyat yoldaşının səs yazısını yaydı — VİDEOReper Anar Nağılbaz keçmiş həyat yoldaşı Anjelika Cəbiyevanın səs yazısını yayıb.

Avrasiya.net xəbər verir ki, sözügedən video sosial şəbəkələrdə paylaşılıb.

“Elə eləmə hər şeyi açım, danışım. Uşaqların ev məsələsini həll et, boşboğazlıq etmə. Deyirsən, evim yoxdur, amma ABŞ-da toy etməkdən danışırsan. Uşaqlarına gün ağlaya bilmirsən. Yoxsa yenə Azərbaycandan imtina edib gedirsən?”, - deyə A.Cəbiyeva söyləyib.

Xatırladaq ki, A.Nağılbaz müsahibələrindən birində bir müddət əvvəl boşandığını və ikinci dəfə evlənməyə hazırlaşdığını vurğulayıb. Bu açıqlamadan sonra reperin porno videosu yayılıb. O, həmin görüntülərin keçmiş həyat yoldaşı tərəfindən yayıldığını iddia edib. Reperin keçmiş xanımı isə bunu təkzib edib.