Ramiz Məlik də Məleykəni məhkəməyə verdi: “300 min təzminat istəyirəm”Xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədovanı məhkəməyə verməyə hazırlaşır.

O, bu barədə Publika.az-a açıqlamasında bildirib: “Ayın 19-u məhkəməmizdir. Mən də vəziyyətə baxıb, Məleykəni məhkəməyə verəcəm. Məleykə xanım mənim evimə zəng edərək, həyat yoldaşımı hədələyib. 300 min manat təzminat tələb edirəm”.

Qeyd edək ki, Ramiz Məlik mətbuata açıqlamasında Xalq artistinə qarşı nalayiq ifadələr işlədib. Məleykə Əsədova isə həmkarını məhkməyə verərək ondan şərəf və ləyaqətini təhqirinə görə 200 min manat təzminat tələb edib.
Rəssam Gündüz Əlizadə vəfat etdiAlmaniyada yaşayan azərbaycanlı rəssam Gündüz Əlizadə dekabrın 9-da vəfat edib.

Oxu.az xəbər verir ki, dostlarının sosial şəbəkə hesabında yazdığına görə, rəssam uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Gündüz Əlizadə “Kirpi” və “Gənclik” jurnalında, müxtəlif qəzetlərdə karikaturaları, vətənpərvərlik ruhunda kompozisiya, plakat, qrafik işləri ilə tanınırdı. Xeyli zamandır Almaniyanın Tier şəhərində yaşayan rəssamın Berlində “20 Yanvar” hadisələrinə, vətənə həsr olunmuş sərgiləri nümayiş olunub.
Röyanın mükafat alması Türkiyədə narazılıqla qarşılandı: "Bunu kim buraxıb səhnəyə?"Xəbər verdiyimiz kimi, Azərbaycanın əməkdar artisti Röya Ayxan "Altın Kelebek" mükafatına layiq görülüb.

Azxeber.com xəbər verir ki, Röyanın "Azərbaycanın ən parlaq ulduzu" mükafatını alması Türkiyədə birmənalı qarşılanmayıb.

Qardaş ölkənin sosial şəbəkələrində bu addım ciddi narazılıqla qarşılanıb və təşkilatçılar sərt tənqid olunub.

Türkiyəli istifadəçilər Röyanı səhnədə görüb, sosial mediada yazıblar:

"Röyanın bu mərasimə nə dəxli var?

"Nə mənasız addımdır bu, Röyaya niyə mükafat verirlər?"

"Bu adam kimdir? Bunu kim buraxıb səhnəyə? Bunun Türkiyəyə nə dəxli var?"

"Deyəsən, ölkəmizdə solist yoxdur, gedib Azərbaycandan gətirmişik"

"Azərbaycanın ən parlaq ulduzu mükafatını anlamadım. Deyəsən, Röya pulları töküb, özünə yeni kateqoriya açdırıb"

"Rəsmən komediya. Sırf Röya deyə birinə mükafat vermək üçün Azərbaycanın ən parlaq ulduzu kateqoriyasını uydurublar"

"Bu adamı qınamaq istəmirəm amma bu mükafat Nəsrin Cavadzadəyə verilməli idi"

"Azərbaycanın mükafatını biz niyə veririk? Bu qədər "saçma-sapan" tədbir görməmişdim"

Qeyd edək ki, Röya səsvermə yolu ilə Nigar Camal və Miri Yusifi qabaqlayaraq "Azərbaycanın ən parlaq ulduzu" seçilib.
Dado: "Ağıllı olun, mövzu bağlandı..."“Aramızda çox böyük və ciddi problem yaşandı, əsəbimizə hakim ola bilmədik”.

Avrasiya.net xəbər verir ki, bunu müğənni Natavan Həbibinin həyat yoldaşı Dado Əliyev boşanmaları haqqında söz-söhbətə münasibət bildirərkən deyib. O, bütün bunların onun təqsiri ucbatından baş verdiyini və bu gündən sonra bütün söhbətlərə son qoyduğunu vurğulayıb:

“Natavan xanımı boşanmağımız barədə açıqlama verməyə mən məcbur etdim. Yoxsa o, bunu istəmirdi. Aramızda çox böyük və ciddi problem yaşandı. Əsəbə hakim ola bilmədik. Mən onu açıqlama verməyə məcbur edərkən instaqramda yazacağına inanmırdım... mənim ucbatımdan oldu. Ümid edirəm ki, biz nə vaxtsa, barışacağıq. Barışmasaq belə, bu, o demək deyil ki, kimsə bizim haqqımızda gözünü yumub ağzına gələni danışa bilər. İcazə vermərəm! Bizi istəyənlər də, istəməyənlər də sağ olun. Gözümüzü bir az da açdılar. Dostumuzu-düşmənimizi aydın görə bildik”.

Dado Əliyev ailəsinin bir arada olması üçün əlindən gələni edəcəyini deyib: “Boş söhbətlərə, hansısa tanımayanların sözünə əsla inanmayın. Mən kişiyəm. Pula satılan məxluqların söhbəti ancaq bizi güldürə bilər. Saxta evlilik, alınan bəy, kiminsə acığına edilən toy və s… kino kimi...sadəcə, heyif ki, indi ailəmlə oturub bunlara gülə bilmirik. Həmin şeyləri danışan, “özlərini reklam edirlər” deyənlərin başına belə hadisə gəlsə, biz “əcəb oldu” demərik. Həyatdır, Allahın qismətidir” deyib, xoşbəxtlik arzu edərdik. Hər şeyin sonu olduğu kimi mənim də səbrimin sonu var. Ağıllı olun, mövzu bağlandı. İmkan verin, problemimizi həll edək. Gündə bir söz çıxartmayın. Bir dəfə dedik, bitti. Sadəcə olaraq, doğmalarımızı üzür. Biz də heç bunu istəmirik. Heç kimin günahını almayın, haqqına girməyin. Bizim günahlarımızı da alan çox adam tapıldı”.
Tanınmış rejissor reanimasiyaya yerləşdirildiTanınmış rejissor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Xeberle.com-un məlumatına görə, rejissor Rövşən Almuradlının axşam saatlarında Bakı Metropoliteninin “İçərişəhər” stansiyasında olarkən vəziyyəti pisləşib. R. Almuradlının ürək və ağciyərində problem yaranıb.

O, ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib və süni nəfəs aparatına qoşulub.
Aygün Bəylərin toy tarixi açıqlandı - 150 minlik orkestr, 30 minlik gəlinlik...Xəbər verdiyimiz kimi, əməkdar artist Aygün Bəylər ərə gedir.

Xanəndənin prodüseri Sultan “Günə son” proqramında toyla bağlı sirləri açıb:

“Aygün Bəylərin ailə quracağı şəxs 48 yaşındadır. Avqustun əvvəlində Bakıda Buzovna kəndində olan el şənliyində tanış olublar. Neçə illərdi Moskvada yaşayır. İş adamıdır. Bir dəfə ailə qurub və boşanıb.

30 min dollarlıq gəlinlik də yalan deyil. Pulu mən Türkiyədə modelyerə vermişəm. Toy dekabrın 27-də olacaq. Bakıda möhtəşəm bir toy keçiriləcək. 150 minlik ansambl Türkiyədən Bakıya gələcək. Məşhur türkiyəli müğənni toya gətiriləcək.

Toydan sonra Aygün Bəylər adlı xanəndə artıq olmayacq. O, özü ərə getdikdən sonra müğənnilik etmək istəmədiyini deyib. Yoldaşı qısqanc biridir. İstəmirdim sənəti atsın, amma razılaşmadılar. Toyun təşkilatçısı mən idim, amma imtina etdim. Mətbuat da buraxılmayacaq. Çünki hər tərəfə cangüdənlər düzüləcək”.( axşam.az)
Müğənni Natavan Həbibini ifşa etdi - Onlar kinoteatrda idilərAzərbaycanlı müğənni Lətifə Soyuöz boşanma xəbəri ilə maqazin gündəmini alt-üst edən Natavan Həbibini ifşa edib.

Natavan Həbibi ilə reper Dado haqqında yayılan yeni xəbər şübhə yaradıb.

Belə ki, ötən gün ARB TV-də yayımlanan "Günə son" verilişinə zəng edən müğənni Lətifə Soyuöz Natavan və Dadonu birlikdə gecəyarı kinoteatrda göründüyünü iddia edib. Lətifə Söyuözün sözlərinə görə, məşhur cütlük onları heç kimin tanımaması üçün gecəyarı görüşüb: "Mən gecəyarı təxminən 00:30 radələrində onları birlikdə kinoteatrda gördüm. Onlar qəsdən gecə saatlarında filmə baxmağa gəlmişdilər ki, heç kim görməsin"
Afaq Aslandan nəfəskəsən yeni FOTOSESSİYA - FOTOAzərbaycanlı müğənni Afaq Aslan növbəti dəfə səs-küyə səbəb olacaq fotosessiya etdirib.

Publika.az-a açıqlama verən müğənni bildirib ki, bu şəkillər yeni həyata keçirəcəyi layihə üçündür: “Mən hər zaman demişəm ki, gözəl olmayan qadın yoxdur. Sadəcə baxımsız qadın var. Özümü çox cazibədar qadın sayıram. Məsələn, bu şəkillərim kişilərin nəfəsini kəsəcək. Bu şəkillərə görə məni tənqid edənlər çox olacaq. Tənqidlər hər zaman olub, olacaq. İndiki zəmanədə kimi tənqid etmirlər ki? Xalq, Əməkdar artistlərimizi də tənqid edirlər. Bu normaldır. Sənətdəsənsə, tənqid də, tərif də olacaq. Açıq-saçıq fotosessiyamı nə üçün çəkdirdiyimi isə çox yaxın zamanda hər kəs biləcək. Az qaldı”.
Afaq Aslandan nəfəskəsən yeni FOTOSESSİYA - FOTO
Afaq Aslandan nəfəskəsən yeni FOTOSESSİYA - FOTO
Afaq Aslandan nəfəskəsən yeni FOTOSESSİYA - FOTO
“Məni niyə biabır edirsən?” - Maral porno videodan danışdıBu günlərdə sosial şəbəkələrdə müğənni Maral Tahirqızıya məxsus olduğu iddia edilən intim video yayılıb.

Bu haqda musavat.com-a danışan müğənni Maral Tahirqızı şəxsin icazəsi olmadan görüntülərinin yayılmasını qanunsuzluq adlandırıb: "Özünə, şərəfinə hörmət edən adam onu yaymaz. O video mənə heç nə edə bilməz. Adi küçədən keçən adamın belə, şəklini, videosunu çəkmək olmaz. Bu, insan hüquqlarına ziddir. Bir də o video ilə reytinq toplamaq da doğru deyil. Mənim qardaşım, bacım, yaxınlarım var. Axı, sən məni niyə biabır edirsən?”

Müğənni videodakı xanımın o olmadığını deyib: "Videodakı mən deyiləm. Bunu mənim sənətimə, şəxsiyyətimə xələl gətirmək, məni gözdən salmaq üçün ediblər. Sadəcə həbsxanaya düşdüyümə görə belə edirlər. Halbuki, heç hakim məhkəmədə o pis adı mənə qoya bilməyib. Çünki ortada fakt, sübut yoxdur. Hələ bu günə qədər heç kəs, heç bir yaxınım görməyib ki, Maral xanım bir kişi ilə qol-qola gəzsin, evinə girsin. Əgər elə olsaydım, indi çoxdan başqa yerlərdəydim”.

Müğənni həmin videonun məqsədli şəkildə hansısa jurnalist tərəfindən yayıldığını deyib: "Mən bilirəm ki, o, bir jurnalistdir. Hətta onun nömrəsi mənim telefonuma düşüb. Ola bilsin ki, onun arxasında hansısa qüvvələr dayanıb”.

Müğənni məhkəməyə müraciət etməyəcəyini də qeyd edib: "Bilirsiz, dünya miqyasında ulduzlar o cür videolara çəkilib, çoxlu pul alırlar. Bu isə mənə yaraşmaz. Mən zamanında Kənd Təsərrüfatı Nazirliyinin iqtisadiyyat şöbəsində çalışmışam. Bundan əlavə də müxtəlif sahələrdə işləmişəm, yəni o səviyyədə olan adam deyiləm. Bütün bunlara görə məhkəməyə müraciət etməyəcəm. Çünki yayılan videolarda mənim fikirlərim yazılıb ki, oradakı mən deyiləm”.
Anar Nağılbazdan inanılmaz video etirafı: "Hər gün bir cipdə..."“Əsəbdən, stressdən 2 ilə yaxındır ki, depressiyadayam, yüksək dərəcədə şəkər qazandığım bu son günlərdə bəlli olub, halbuki, nəslimizdə şəkər xəstəsi olmayıb, intihar etməyimi istəmələrini dəfələrcə deyiblər”.

Avrasiya.net xəbər verir ki, bu sözləri sosial media hesabında son günlər qalmaqallı xəbərləri ilə gündəmə gələn Anar Nağılbaz deyib.
O daha sonra sözlərinə belə davam edib: “Praqadan döndükdə qulaqlarımı doldurdular ki, unutmalısan, ailəni tutmalısan. Mənim ürəyim kövrəkdir. Hər dəfə evə gələrkən uşaqlar anadan olandan nələrsə almışam, yoldaşıma da bacardığım kimi baxmışam. Maddi vəziyyətimin zəif olduğundan, heç kimə sirr deyil ki, atamın qayğısı üstümüzdən əskik olmayıb. Məlum videonu illərdir əllərində bayraq edənlərin istəkləri isə daha böyük olub: şuba, ayfon, maşın, şou biznes sferasında yanımda görünmək və hər dəfə də bu video başıma vurulub. Mənim isə o hadisə yadımda deyil, ya qurmadır, mən deyiləm, ya da məni psixotrop maddələrlə zəhərləyib zombi halına salıblar. Praqadan sonra 6 ay yaşadığımız müddətdə əllərinə keçənləri toplamaqla yeni iftira kompromatlar yığmağa başladılar və bu 2 il ərzində davam elədi. İndi də səfərimi və evlənəcəyim xəbəri eşidib hücuma keçməyə başlayıblar. Həmin 6 ay müddətində parçalanan ürəyimi sakitləşdirmək üçün içkiyə qurşandım. Amma yenə də atamın himayəsi və taksi şoferi kimi də arada avtovağzaldan Dərbəndə adamlar aparırdım, papağı gözümün üstünə salırdım ki, tanımasınlar. Yeni ildə ayrıldıq. Ev tələbləri, şantajlar bitmirdi. Hər gün gəlib dəyirdim, uşaqlarıma ərzaq və istədiklərini alırdım. O qadın qaldığımız ata evinə dönə bilməzdi. Amma uşaqların balaca olduqlarını nəzərə alaraq, anasız qoymamağa qərara gəldik, çünki bu yaşlarda uşaqlar anaya daha bağlı olurlar. Bir söz də var, uşaqlar anadan yetim qalır. Olmadığım müddətdə uşağı dərsə aparıb gətirmək adıyla gec qayıdırdı, bəzən günlərlə bacısının yanında qalacağını deyirdi. Hər dəfə də atamgilə cürbəcür xarici bahalı ciplərdə dönürdü. Biz ayrıldığımız müddətdə də tez-tez uşaqlarımla görüşüb gəzintilərə aparır, istədiklərini alırdım. Aylıq xərcləri isə artıqlamadan da yuxarı ödənirdi. Artıq xasiyyətini bildiyimizdən əlindən iltizam alınırdı və ya poçtla göndərilirdi. Son aylarda yaşlı ata, anamın və mənim səhhətimdə pisləşmələr oduğundan atam xahiş etdi ki, “Qızım ikicə ay möhlət ver, müalicə alaq, vəziyyət pisdir. Qoy iki ay da neft şirkətində işləyən, yüksək maaş alan qardaşın, atan, anan, bacın, digər qardaşların yardım etsin”.

Amma yenə də kirayə haqqları verilib və oğlum və qızım üçün qış geyimlərinin ən yaxşısını almışam. Yayın iki ayı usaqlar yanımızda olublar. Məlum videodan bir qədər əvvəl də dörd gün yanımda qalıblar, çox sevinirdilər, gəzintiyə, restoranlara aparmışam. Daha sonra evlənəcəyim və klip çəkilişinə göndəriləcəyimi eşidib yenə şantaja əl atdı və iki gün sonra məlum video çıxdı. Elə düşünür ki, mən varlı ailədən evlənirəm və kliplər də çəkirəmsə pullanmışam. Kliplər başqalarının dəstəyi ilə ərsəyə gəlib. Mən, ayda tələbələrimnən iş birliyimdən elə olur heç nə qazanmıram, ancaq siqaretimə, yol puluma yetir. Elə ay da olur nəsə qazananda sevincək qaçıb uşaqlarım üçün nəsə edirəm. Uşaqları əllərində bayraq edib psixikasını pozublar. Hər bir şeyin cavabı məhkəmədə həllini tapacaq. Bu videonu kimlərin və necə qurduğu mənə də maraqlıdır. Əgər psixotrop maddələr veriblərsə, deməli, başqa işlər də edə bilərlər”.