Emin Leyla Əliyevaya mahnı həsr etdiMüğənni-bəstəkar, biznesmen Emin Ağalarov Bakıda Yeni il ərəfəsində ənənəvi konsert verib.

Kult.az Echo.az-a istinadən xəbər verir ki, Heydər Əliyev sarayında baş tutan konsertdə Emin Ağalarovun keçmiş həyat yoldaşı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və qızı Əminə də iştirak edib.

Emin konsertdə iştiraka görə, Leyla Əliyevaya minnətdarlığını bildirib:

“Sizinlə Bakıda olmaq xoşbəxtlikdir, hamınızı yaxın insan hesab edirəm. Və konsertə gəldikləri üçün Leyla və Əminəyə xüsusi təşəkkür edirəm”.

Emin konsertdə ifa etdiyi "Vumen" (Woman) mahnısını Leyla Əliyevaya həsr etdiyini bildirib.

Əminə isə əlində gül dəstəsi ilə səhnəyə çıxıb. Emin isə öz növbəsində Leyla və Əminəni qucaqlayıb
"Nazənin xanım Təranəni öz əri ilə tutmuşdu" - VİDEOARB TV-nin "Günə son" verilişinin qonağı olan müğənni Nazəninin prodüseri olan Pərviz Fəqan maraqlı açıqlamalar verib.

Avrasiya.net ARB-yə istinadən bildirir ki, o, Təranə Qumralla Nazənin arasındakı münqaşidən bəhs edib: "O, gündəmdən düşməməsi üçün maraq yaratmaq istəyib. Danışdıqlarının hamısı yalandır. Qanun nəyə qərar veribsə, onu etməlidir. Təranə Qumralın dediyi sözlərin hamısı yalan və şər-böhtandır. Nazənin xanım Təranəni öz əri ilə tutmuşdu. Məhkəmədə də bunu sübut etdik. Mesajlar da var. Onlar bir-biri ilə yazışıb. Son yazdığı statusu da yalan deyərəm kimə ünvanladığını. Onun həyatında o qədər kişi var ki... Bəlkə də Musa Musayevin o vaxt onları birlikdə tutduğu kişiyə ünvanlayıb".
Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirildiTanınmış meyxanaçı Namiq Qaraçuxurlu yıxılaraq ayağını sındırıb.

Milli.az xəbər verir ki, meyxanaçının ayağı 3 yerdən sınıb.

Namiq Qaraçuxurlu hal-hazırda xəstəxanalardan birindədir. Meyxanaçını bu vəziyyətində sənət yoldaşları da tək qoymayıb. Belə ki, Sevil-Sevinc bacıları, Əhməd Mustafayev, Manaf Ağayev, Aysun İsmayılova və teleaparıcı Afaq Gəncəli onun ziyarətinə yollanıblar.

Qeyd edək ki, müğənni dünən toydan evə gələrkən maşından düşmək istəyəndə ayağı bardyura dəyib.
Məşhurlarımızın bədbəxt övladları - SiyahıTez-tez məşhur şəxslərin, sevilən sənətçilərin övladları ilə bağlı xoşagəlməz xəbərlər oxuyuruq. Xalq tərəfindən sevilən bir ailədə böyüyən bu övladlar atdıqları addım və tutduqları əməllərlə öz həyatlarını məhv etməklə yanaşı, valideynlərini də çətin vəziyyətə salırlar.

Kult.az xəbər verir ki, görkəmli aktyor, xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanın bugünlərdə “Şərq” qəzetinə verdiyi müsahibədə dedikləri bir daha bu mövzunu gündəmə gətirdi. S.Aslanın oğlu uzun müddət spirtli içki aludəçisi olub. Onun bir vaxtlar atasının 60 illik yubileyinə ölkə başçısı tərəfindən hədiyyə olunmuş evi banklardan birinə girov qoyduğu da deyilir. Hazırda ailəsi dağılan, evsiz qalan Ç.Aslan ağır günlər yaşayır və ictimaiyyətdən kömək istəyir.

Xalq artisti Arif Quliyev də cinayət törətmiş oğluna görə uzun müddət əziyyət çəkib. A.Quliyevin oğlu Fərid Quliyev uzun illər öncə dostlarından birini qarət məqsədilə başına balta ilə vuraraq öldürmüşdü. Evin tək övladını öldürən F.Quliyev həbsxanada olduğu müddətdə vərəm xəstəliyinə yoluxdu. Azadlığa çıxdıqdan bir müddət sonra isə xəstəliyi səbəbindən dünyasını dəyişdi.

Sevilən aktyor, əməkdar artist Rəhman Rəhmanov da oğul dərdi çəkənlərdəndir. Bir müddət səs yarışmalarından birinin iştirakçısı olan və xeyli məşhurlaşan Emil Rəhmanov sonradan narkotik istifadəçisinə çevrildi.

Aktyorun oğlu bir neçə gün öncə azadlığa çıxıb. Ancaq bu, onun ilk məhkumluğu deyildi. Emil 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək, 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Mərhum nəğməkar-şair Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənli 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq, 15 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2013-cü ilin sentyabrın 17-də isə narkotik istifadəçisi kimi həbs edildi.

Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayev dostları ilə içki məclisində yeyib-içdikdən sonra aralarında düşən mübahisə zamanı başından küt alətlə aldığı zərbə nəticəsində həyatını itirdi.

Əlbəttə, bu, tam siyahı olmasa da, müəyyən təsəvvür yaradır.
Azərbaycanlı müğənni həbsdən azad olundu — FOTOƏməkdar artist Rəhman Rəhmanovun oğlu, “Azəristar” musiqi yarışmasının iştirakçısı Emil Rəhmanov azadlığa buraxılıb.

Bu barədə ifaçının aktyor dostu Cavanşir Məhərrəmov məlumat verib.

Qeyd edək ki, müğənni Emil Rəhmanov İlk dəfə 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunub. O, 6 il azadlıqdan məhrum edilmişdi. Daha sonra isə 2016-cı ilin yanvarında yenidən həbs edilib və 2 illik müddətə azadlıqdan məhrum edilib.
Xalq artisti yenə xəstəxanaya düşdü“Hələ ki, səhhətimdə müsbət dəyişiklik yoxdu. Hazırda xəstəxanadayam. Türkiyədən gələndən sonra iki ay yarım müalicə aldım. Üstündən bir müddət keçəndən sonra yenidən Bakıdakı xəstəxanaların birində müalicə alıram”.

Bunu Modern.az-a açıqlamasında, uzun müddətdir ki, səhhətindən əziyyət çəkən Xalq artisti, aktyor Ramiz Əzizbəyli bildirib.

Bir neçə ildir ki iflic xəstəliyindən əziyyət çəkən xalq artisti bir müddət bundan əvvəl Türkiyənin Romatem Bursa xəstəxanasında müalicə olunub. Oradakı müalicələrindən razılıq etsə də, tam sağalmadığını bildirib. Xalq artisti xəstəxanadan evə nə zaman buraxılacağını da hələlik dəqiq bilmir:

“Hələ ki, buradayam. Evə nə zaman buraxacaqlarını bilmirəm”.
"Elə eləmə ki, Nazənin xanımın ərinə yazdığın intim mesajlarını üzə çıxaraq"Təranə Qumral bu gün ARB telekanalında yayımlanan “Səhər-Səhər” verilişində həmkarı Nazənindən üzr istəməyəcəyini deyib.

Avrasiya.net xəbər verir ki, T. Qumral «Qanun budursa, mən ikiəlli razıyam. Amma assalar da, kəssələr də, məni həbs etsələr də, ölkədən kənara buraxmasalar da üzr istəməyəcəm» deyə bəyan edib.

Yeniçag.az-a açıqlama verən Nazəninin prodüseri Pərviz Fəqan qarşı tərəfin cavabını belə verib:

“Təranə Qumral necə üzr istəməyəcək ki, o indiyə qədər 4500 manat cərimə ödəyib. Ölkədən çıxışına qadağa qoyulub. Burdan ona səslənirəm, elə eləmə ki, Nazənin xanımın ərinə yazdığın intim mesajlarını üzə çıxaraq. Vaxtilə Nazənin xanım efirdə demişdi ki, Təranə Qumralı ərimlə tutmuşam. Bu məhkəmədə sübut da olundu. O qadın özünü biabır edib. İndi nə istəyir?”
Xalq artistinin oğlu acından ölürAtamdan sonra həyatımız dağıldı. İki qardaşıq. İkimizin də həyatı məhv olub. İkimiz də evsiz-eşiksiz qalmışıq. Qardaşım yenə birtəhər başını dolandırır. Mənim vəziyyətim daha ağırdır. Sanki atamdan sonra evimizin, ocağımızın işığı söndü, ruzisi kəsildi. İndi tüfeyli bir həyat yaşayıram.

Kult.az xəbər verir ki, bu sözləri xalq artisti, görkəmli aktyor Səyavuş Aslanın oğlu Çingiz Aslan “Şərq” qəzetinə müsahibəsində deyib. O bildirib ki, Səyavuş Aslanın ölümündən sonra müalicəsi və borcları üçün ona məxsus evi satıb:

“Xəstəyəm, ürəyimdə ciddi problemlər var. Birtəhər yaşayırdım. Gördüm dolana bilmirəm, işsiz-gücsüz qalmışam, evi satıb başqa bir yerdə ev almaq istədim. Bilirsiniz ki, atama məxsus evimiz şəhərin mərkəzində yerləşirdi. Düşündüm ki, şəhərin mərkəzində olan evi satıb Bayıl tərəfdə ev alım. Yerdə qalan pulla həm müalicələrimi edim, həm də borclarımı bağlayım. Bir iş qurum ki, çörəkpulu qazana bilim. Evin behini almışdım. Ev alqısı bitdikdən sonra yerdə qalan məbləği də aldım. Həmin gün Milli Parkda bir az hava almağa çalışdım ki, ürəyimin ağrısı keçsin. Elə Milli Parkda ürəyim tutub, huşumu itirmişəm. O məqamda mənə kömək edənlərdən kimsə cibimdə olan 11 min manat, min dollar pulumu oğurlayıb. İndi həm evsiz-eşiksiz qalmışam, həm də yeməyə pul tapmıram. Bu barədə polisə məlumat vermişəm. Artıq 3 aya yaxındır evimin pulunu oğurlayanlar tapılmayıb. Heç kim mənə inanmaq istəmir ki, evimin pulunu oğurlayıblar”.

Ailəsinin dağılmasından söz açan Çingiz Aslan övladlarının onu axtarmamasından da gileylənib:

“İllər öncə həyat yoldaşımdan ayrılmışam. Uşaqlarım məni axtarmır. Mənimlə heç kim maraqlanmır. İndi bir isti ocağa, bir qab isti yeməyə möhtacam. Çox xahiş edirəm ki, mənə kömək edəsiniz. Bəlkə səsimi eşidən olar. Axı mən Səyavuş Aslan kimi böyük sənətkarın oğluyam. Ən azı atamın adına görə mənə kömək edən olar bəlkə”.
“Xalq artisti mənə intim əlaqə təklif etdi” - Azərbaycanlı aktrisa“Xalq artisti mənə intim əlaqə təklif etdi” - Azərbaycanlı aktrisaBəzi müğənnilər mənim dost münasibətimi düzgün başa düşməyiblər, mənə başqa gözlə baxıblar. Məsələn, bir Xalq artisti ilə dostluğumuz çox çəkmədi, çünki mənə intim əlaqə təklif etdi. Bu təklifləri rədd etdiyimdən dostluğumuz pozuldu. Müğənnilər məni çox əsəbiləşdiriblər. Sevdiklərimin nazı ilə oynamışam, sevmədiklərimi isə məcbur olub verilişə dəvət etmişəm”.

Bu sözləri baku.ws-ə açıqlamasında səhnə fəaliyyətinə kloun kimi başlayan, daha sonra prodüser, teleaparıcı və aktrisa kimi davam edən Təranə Əliyeva deyib.

"İnsan hər tərəfdən yarıyanda xoşbəxt olur. Uşaqlıqda baş verən hadisələr insanın həyatında böyük bir iz qoyur. Qızım atasız böyüdüyünə görə çalışıram ki, uşağımın hər şeyi olsun. Uşaqlıq illərim çox gözəl keçib, amma 16 yaşımdan sonra xoşbəxtliyimi tapa bilmədim. 16 yaşımda atamı itirdim. Onu avtomobil vurdu. O vaxt mobil telefonlar olmadığından biz bunu növbəti gün bildik. Gözlərimlə atamın ölümünü görməmişəm deyə, gözlərim 19 ildir hər yerdə onu axtarır. Atam mənim idealım idi. Ailə qurdum, həyat yoldaşımda atamın cizgilərini axtarırdım, amma çox təəssüf ki, ailə həyatım baş tutmadı və biz ayrıldıq. Yəni, həyatda bir qadın kimi xoşbəxt ola bilmədim. Ona görə də istəmirəm ki, qızım mənim həyatımı təkrarlasın”, - deyə o bildirib.
Səidə Dadaşova anasının evlilik verilişinə çıxmasından DANIŞDI: “Həyasızın biridir"Müğənni Səidə Dadaşova bir müddət öncə Türkiyədə evlilik verilişinə çıxan anası Sədaqət Dadaşova barədə danışıb.

Publika.az-ın məlumatına görə, “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, anasının evlilik verilişinə qatılmaqda məqsədi yenidən ailə qurmaq olmayıb:

“Anam evlilik verilişinə çıxanda mənə nə tənqidlər yaza bilərdilər ki? Mən Sədaqət Dadaşova deyiləm ki. O, mənim anamdır. Onun öz işidir, özü bilər. Mən sadəcə özümə cavabdehəm. Sabah heç öz oğluma da cavabdeh ola bilməyəcəm. Çünki böyüyəcək, deyəcək ki, elə yox, belə istəyirəm. Mən də sadəcə onu yönləndirə biləcəm. Anam ora başqa bir məqsədlə getmişdi. Çünki o, aktrisadır. Sadəcə verilişin reytinq üçün ssenari yazılmışdı. Əslində, o, Zuhal Topalın özü həyasızın biridir. Anamın məqsədi ərə getmək deyildi. Sadəcə ssenariyə uyğun belə də olmalı idi. Burada başqa söhbət ola bilməz”.

Qeyd edək ki, Xalq artisti Rafael Dadaşovun keçmiş həyat yoldaşı, Xalq artisti Brilliant Dadaşovanın bacısı Sədaqət Fox TV-də yayımlanan "Zuhal Topalla" evlilik proqramına qatılmışdı.