Tanınmış rejissorun həyat yoldaşı vəfat etdiRejissor Nail Naiboğlunun həyat yoldaşı dünyasını dəyişib.

O, Axşam.az-a açıqlamasında xəbəri təsdiqləyib. Rejissor bildirib ki, Gülər heç bir xəstəlikdən əziyyət çəkmirdi:

“Heç bir problemi yox idi. Axşam durduğu yerdə rəhmətə getdi. Nədən olduğunu bilmədik. Məni tək qoydu getdi”.

Qeyd edək ki, N.Naiboğlunun iki övladı var.
Porno aktyorlar nə qədər qazanır? - Ən yüksək qonorar AZƏRBAYCANLIDADIRDünyada ən çox çəkilən filmlər pornoqrafiya janrında olanlardır. Porno sektoru internetin kəşfindən sonra inanılmaz şəkildə genişlənib. Bu olay elə bir hala gəlib ki, porno filmlərin çəkilişi dayandırılsa, indiyədək olan ekran işləri əhaliyə 100 il bəs edər.

Publika.az xəbər verir ki, sektorun böyüməsi bu filmlərdə baş rol oynayan aktyorlara da marağı artırır. Bu marağın ən başlıcası isə onların aldığı qonorarlarla bağlıdır. Xüsusi bir fədakarlıq tələb edən bu sahədə kimlər nə qədər qazanır?

Bu mövzuda sualları cavablandıran şəxs məşhur “LA Direct Models”in rəhbəri Direk Heydir. Bu şirkət sektora yeni simalar qazandırır və aktyorların menecerliyini edir.
“Bir qadın bir kişi ilə filmə çəkilirsə 1000 dollar, bir qadınla kamera önünə keçirsə 700 dollar qazanır. Bu məbləğ aktrisanın məşhur olub-olmaması ilə əlaqədar 10-20 faiz arası dəyişir.

Əgər bir aktyor və aktrisa əvvəllər yoxlamadıqları pozada əlaqəyə girirlərsə, qonorarın qiyməti artır. Bir aktrisa bir neçə nəfərlə cinsi əlaqəyə girəcəksə, prodüserlər onu razı salmaq üçün əlavə pullar ödəyir.
Bu pulların ən çox artdığı məqamlar isə eynicinslilər arasında olan səhnələrdir. Əgər bir aktyor başqa bir aktyorla əlaqəyə girirsə, 2000-8000 dollar əlavə pul alır.

Bütün gəlirləri toplayandan sonra bir porno ulduzunun illik gəliri 300.000– 400.000 dollar arası dəyişir.
Qeyd edək ki, porno sahəsində azərbaycanlı aktyor və aktrisalar da var. Onlardan ən tanınmışı Muxtar Səfərovdur.

O, dünyanın ən böyük cinsiyyət orqanına sahib kişisi olaraq "Ginnesin Rekordlar Kitabı"na da düşüb. Bu sahədən əldə etdiyi gəlir isə filmlərə görə dəyişir. Belə ki, aktyorun dediyinə görə, o, 4 günə 20min avro qazanır.
"Maşın şou"da qırğın: "... səni ayaqqabı qarışıq yeyərəm"ATV kanalında “Maşın” realiti-şousunun 15-ci sürəti olan “Xanımlar və Cənablar” buraxılışı davam edir. Bu gün yarışmanın altıncı günü keçirilib.

Publika.az xəbər verir ki, yarışmanın qaydalarına əsasən sms səsverməsinə müğənni Rauf Əhmədov çıxıb. O, hədəfinin Mehriban Xanlarova olduğunu deyib.
M, Xanlarova isə Raufun bu qərarı ilə bağlı fikrini belə izah edib: “Rauf mənim rəqibim ola bilməzdi. Amma belə oldu. Bu gün səsvermədə onun şəklini də atmamışam. Ona hər zaman dəstək olmuşam. Deyiblər çıxarılsın, demişəm qoy qalsın”.

Ötən gün Rauf aktrisaya hücum çəkərək “Mehriban Xanlarova, bura teatr deyil. Mən şoudan Mehriban Xanlarovanı çıxartmaq istəyirəm. Rəqibim odur, başqa heç kim! Sabah əjdahanın başını özüm kəsəcəm” demişdi.

Səsvermə zamanı Zemfira Adıgözəlova bildirib ki, Rauf dünən Xatunun hədəfi olmamaq üçün Mehriban Xanlarovanın adını çəkib.

Görüntülərdən isə məlum olub ki, günorta studiyada söhbət edən Vüsalə Kərimova, Xatun və Rauf arasında qalmaqal yaşanıb. Rauf Xatuna “sənin kimilərlə savaşmaqdansa, mərdlə döyüşərəm deyib”, Xatun isə ona cavabında “Sənin kimilər nə deməkdir? Bir az danışığına fikir ver. Özünü elə aparırsan ki, guya sən bomba oğlansan. Sən oxuyan məktəbdə mən direktor olmuşam” deyib.

Aparıcı Vüsalə Kərimova “Sənin seçimin Ülviyyə Alovlu idi, necə oldu Mehriban Xanlarovaya dəyişdin?” deyə Raufa sual ünvanlayıb. Rauf isə ona “Özüm bilərəm. Çəkisi olmayan söhbət edirsən, hərflər tökülür ağzından. Sənin nə işinə?” deyə cavab verib.

Bunun qarşılığında əsəblərini cilovlaya bilməyən V.Kərimova ona sərt sözlər deyib:

“Sadəcə sənə sual verirəm. Ağızdan hərf tökülər da. İndi də Mehriban xanımdan mənə keçdin? Sən hamını burada təqhir edə bilmərsən, səni elə təhqir edərəm ki, yeddi qatından keçər. Mən sənə sual verirəm. Əcəb edirəm”.

Talıb Tale isə Ülviyyə Alovlunu ikiüzlü oyun aparmaqda ittiham edib. Bu sözləri eşidən Ü. Alovlu isə göz yaşlarını saxlaya bilməyib: “İlk gündən iştirakçılar Talıba qarşı çıxanda, Talıba dəstək mən olmuşam. İndi Talıbın mənə dediklərinə baxın. Çox təəssüf edirəm”.

V.Kərimova isə T.Taleyə dəstək verib:

“Talıba qatılıram. Bu qadın hamını qorxudur ki, heç kim mənimlə səsverməyə çıxmasın. Sən burada hamıya hədə-qorxu gəlirsən. O gün durub birinə deyirsən ki, gəl səninlə duelə çıxaq. Sonra da deyirsən ki, sən mənimlə bacara bilməzsən, səni ayaqqabı qarışıq yeyərəm”.

Qeyd edək ki, sonda Raufun lehinə 86.87 faiz səs verilib və yarışmada qalmaq haqqı qazanıb. O, Mehriban Xanlarovanın dünənki jestinə qarşılıq verib və onu verilişdən kənarlaşdırmayıb. Rauf əvvəlcə teleaparıcı Zemfira Adıgözəlova, sonra isə meyxanaçı Vüqar Əbdülovu, həmçinin özünü şoudan kənarlaşdırmaq istəyib. Sonda isə qərar verərək Zemfira Adıgözəlovanı şoudan göndərib.
Müğənni Əlikram Bayramov toydan qaçıb qəbristanlıqda gizlənib - VİDEOMüğənni Əlikram Bayramov toyda döyüldüyünü, qaçıb qəbirstanlıqda gizləndiyini deyib.

Xəzər TV-də yayımlanan “5-də 5” verlişinin bu dəfəki qonaqları tanınmış müğənnilər Əlikram Bayramov və Mənzurə Musayeva olub. Aaparıcı Zaur Kamal adəti üzrə qonaqlarına şeir həsr edib. O, Əlikram Bayramova həsr etdiyi şeirdə “Toydan qaçıb qəbristanlıqda döyüldüyün yadındadırmı? Çənənə dəyən yumruqdan özündən getmişdin, 2 saat sonra xəstəxanada ayılmağın yadındadırmı?” kimi ifadələr işlədib. Məlum olub ki, aparıcının zarafat kimi yazdığı bu şeirdə qeyd etdikləri həqiqətən də müğənninin başına gəlibmiş. Əlikram Bayramov verlişdə özü bunu təsdiq edib. Belə ki, o deyib ki, bir gün öncə Zaurla rayonlardan birinə səfər edib. Aparıcı ondan toyda başına gələn maraqlı hadisələr barədə soruşub. Əlikram Bayramov da bir dəfə toyda döyüldüyünü, qaçıb qəbirstanlıqda gizləndiyni deyib. Zaur Kamal müğənninin bu danışdıqlarına yumor qataraq ona şeir yazıb.

Avrasiya.net sözügedən efirdən görüntüləri təqdim edir:
Əjdaha başı kəsənlər, od qoyanlar və 6 qəpiklik ruh – “Maşın”da NOKAUTMaşın realiti şousunun beşinci günü də qalmaqalsız ötüşməyib.

Publika.az xəbər verir ki, qutuya ən çox fotosu atılan şəxs isə müğənni Xatun Əliyeva olub. O, hədəfinin kim olduğunu açıqlamayıb.

Verilişin irəliləyən dəqiqələrində Əməkdar artist Mehriban Xanlarova, jurnalist Ülviyyə Alovlu, Rauf və Xatun arasında gərginlik yaşanıb.

Qalmaqalın ilk qığılcımları isə canlı yayımının olmadığı vaxt başlayıb. Belə ki, M.Xanlarova kişilərə təklif edib ki, bu gün onların fotoları atılsın. Amma İlkin Misgərlidən başqa heç kəs razılaşmayıb. Kişi oyunçuların bu addımını qorxaqlıq sayan Ü.Alovlu əsəbləşərək bunları deyib: "Biz oynamaq istəyirik. Amma kişilər çəkilib dayanıb qıraqda və xanımları səsverməyə çıxarırlar. Bu qədər maraqsız olmaq kimə lazımdır? Çox qorxaq oyundur. Maşının 65 min qiyməti var. Bunun üçün heç olmasa 65 minlik insanın ruhu olmalıdır. Ancaq buradakı iştirakçıların oynamağa heç 6 qəpiklik ruhu yoxdur".

M. Xanlarova bu sözlərə etiraz edib: "Danışanda kəlmənə fikir ver. Mənim milyonluq qiymətim var. Deyirsən buradakıların 6 qəpiklik qiyməti yoxdur. Bəlkə mənim qulağım səhv eşidir. Heç kişilərə də elə söz demə. Ayıbdır. 6 qəpik nədir?".

Daha sonra isə müğənni Rauf Xatuna “Məni çıxartma, sabah Mehriban Xanlarovanı duelə çağırıram. Əjdahanın başını mən kəsəcəm. O, maraqlı iştirakçıdır, burada teatr göstərir, istəmirdim onu çıxaram. Ancaq vaxtı yetişdi” deyib.

M.Xanlarova da Xatuna müraciət edərək Raufu çıxarmamağını xahiş edib, O, bildirib ki, Rauflə duelə çıxmaq istəyir. Sonda isə “qalsın”a 71,21 faiz səs toplayan Xatun göz yaşlarına boğulub. O, şoudan İlqar Mikayıloğlunu çıxarıb.
"Əlimdə faktlarım var, 1500 manatlıq ..." — Samirə "Maşın"dakı şousundan danışdıDünən ATV kanalında yayımlanan "Maşın" şouda meyxanaçı Samirəyə 12,36 faiz tamaşaçı qalsın, 87,64 faiz tamaşaçı isə getsin deyib. Proyektin baş prodüseri Toğrul Məmmədov "Maşın" şou tarixində məhz Samirəyə ən az SMS gəldiyini etiraf edib.

Xəbərçi.az-a ürəyini boşaldan meyxanaçı Samirə isə bununla razılaşmayıb:

"Sadəcə gülməlidir. Kor-kor, gör-gör... Mən nə deyim axı... 25 faiz səs necə oldu 12 faizə düşdü. Orada Mehriban Xanlarova, Pişik Günel, Vüsalə Kərimova üstümə elə gəldilər ki, özümü itirdim. Mən, onsuz da, Vüqarı çıxartmaq istəmirdim. Mənim əlimdə fakt var. Mənə gələn sms-lərin "çek"i var. Bir insan 1500 manat səs yollayıb. Amma bunu açıqlamağın nə mənası var?! Mən 1500 manatlıq sms göstərərəm onlar 3000 minlik sms göstəricisi qoyarlar qarşıma... O daha da biabırçılıq olar. Amma mən o yarışmada iştirak etdiyim üçün peşiman deyiləm, Murad Dadaşov çox mülayim, mədəni, yaxşı insandı. Amma o sözü dediyim üçün mən oyundan çıxdım. Gördüm qızlar üstümə gəlir, mən də elə söz işlətdim"
Müğənni aparıcı haqda: "Oğlu yaşında oğlanla görüşür"Ötən gün "Maşın”ı tərk edən Günel Ələkbərova şounun digər iştirakçıları jurnalist Ülviyyə Alovlu və aparıcı Vüsalə Kərimova ilə aralarında yaranan mübahisədən bəhs edib.

"Ülviyyə Alovlu ilə yaxşı münasibətim var. Sadəcə, o, hamıya müdaxilə edir deyə, mən əsəbiləşib demişdim ki, səni çıxaracağam. Anons isə elə hazırlanmışdı ki, sanki bizim böyük davamız olub”, - deyə G.Ələkbərova Oxu.Az-a açıqlama verib.

"O xanıma gəlincə isə (Vüsalə Kərimovanı nəzərdə tutur), əslində, hər şey normal idi. Sadəcə, o, birdən-birə tərbiyəsizlik etdi. Qadına yaraşmayan ifadələr səsləndirdi. Bundan sonra şouda ya o, ya da mən qalmalı idim. Əslində, mən qadınlara demişdim ki, gəlin, bir-birimizə dəstək olaq, kişiləri uzaqlaşdıraq, onlar da mənimlə razılaşmışdılar. Lakin o xanımın bu cür davranışından sonra heç bir qadın həmrəyliyindən söhbət gedə bilməzdi. Onun psixoloji problemləri var. O, anormaldır. Televiziya işçisidir deyə, başımıza çıxmalı deyil ki?!

Mən artıq 4-cü dəfədir "Maşın”da iştirak edirəm. Ona görə oyunun gedişatını yaxşı bilirəm. O xanım deyirdi ki, mənim rəqibim Talıbdır. Səsverməyə çıxsam, onu çıxaracağam. Amma şouda qalsın deyə, birini masaj edir, o birinə bilmirəm nə edir ki, onun şəklini atmasınlar. Hətta onunla eyni televiziyada işləyən həmkarları da ona qarşıdırlar. Sən kimsən ki?! Oğlun yaşında oğlanla görüşürsən”,- deyə G.Ələkbərova söyləyib.
“Maşın”da müğənni-aparıcı davası“Xanımlar vs Cənablar” devizi ilə yayımlanan “Maşın” realiti şousunun dördüncü günü də qalmaqallarla yadda qalıb.

Publika.az xəbər verir ki, Xalq artisti Arif Quliyev səhhəti ilə əlaqədar şounu tərk etdikdən sonra səsvermə prosesi başlayıb.

Səsverməyə isə öz istəyi ilə qutuya ən çox şəkili atılan şəxs Günel Ələkbərova çıxıb. O, səs toplayarsa, şoudan aparıcı Vüsalə Kərimovanı çıxaracağını bildirib.
Qarşıdurmanın səbəbi isə Mehriban Xanlarovanın otağından başlanan mübahisə olub. Bir-birini ittiham edən tərəflər canlı yayımın olmadığı vaxt mübahisə yaşayıblar.
Günel Vüsaləni hörmətsizlik etməkdə, onu təhqir etməkdə günahlandırıb:

“O, mənim rəqibim deyil, ola da bilməz. Bir qadın digərini təhqir edirsə, nalayiq sözlər işlədirsə, burada heç bir həmrəylikdən söhbət gedə bilməz. O, məni təhqir edib. Biz bir yerdə çörək yemişik. İnsan yediyi çörəyə tüpürməz. Onunla heç vaxt münasibətim olmayıb. Sadəcə aparıcı kimi tanımışam. Yəqin ki, o da, məni müğənni kimi tanıyıb. Bu qadın özünü elə aparır ki, sanki günahsız mələkdir”.

V.Kərimova isə mübahisəni daha da alovlandırıb:

“Hər kəs haqq etdiyini yaşayır. Sən o sözə layiq idin. Ona görə də eşitmisən. Lazım gələrsə, yenə deyərəm. Çox təəssüf ki, sənin kimi səviyyəsizlə çörək kəsmişəm. Bəli, mən mələyəm. Buna heç şübhən olmasın”.

Günel isə ona “Səviyyən elə səs tonunu qaldırmağından bilinir. Sənə müalicə lazımdır, psixoloji problemlərin var” deyərək cavab verib.

Daha sonra Günel əlavə edib ki, “Vüsalə etdiyi təhqirə görə məndən üzr istəsə, onu oyundan çıxarmaram”

Ancaq V.Kərimova üzr istəməyəcəyini bildirib:

“Üzr istəmək də bir qabiliyyət tələb edir. Ancaq üzr istəməli heç bir səbəb yoxdur”.

Sonda G.Ələkbərova “qalsın”a 33,06 faiz səs toplayaraq, yarışmanı tərk edib.

Qeyd edək ki, bundan sonra şouda Əməkdar artistlər Tünzalə Əliyeva, Mehriban Xanlarova, müğənnilər Xatun Əliyeva, Rauf Əhmədov, Talıb Taleh, aparıcılar Vüsalə Əlizadə, Vüsalə Kərimova, Zemfira Adıgözəlova, meyxanaçı Vüqar Əbdülov, reper Elşad Xose, jurnalist Ülviyyə Alovlu və aktyor İlkin Misgərli yarışacaq.

Onu da bildirək ki, realiti şou hər gün 22.15-də ATV-də yayımlanır.
Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konsert keçirilib Marneulidəki Mədəniyyət Evində məşhur Borçalı aşığı, Türk dünyasının azman sənətkarı Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konsert keçirilib.

Tədbir “Divani” ilə başlanıb. ZİM.az saytının Gürcüstan Bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə folklorşünas, Axstafa Regional və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən “İncəgül Aşıqlar Ansamblı”nın rəhbəri Məhəmmədəli Məşədiyev açaraq dünya şöhrətli, Borçalının məşhur azman aşığı Kamandar Əfəndiyevin yaradıcılığı haqqında ətraflı məlumat verib. O, çıxışında Borçalı aşıq mühitinin Göyçə və Ağbaba klassik aşıq ənənələrini qoruyub saxlayan bir aşıq mühiti olduğunu və bu mühitdə Aşıq Kamandarın xüsusi yeri olduğunu bildirib: “Aşıq Kamandar görkəmli ustad sənətkar Aşıq Sadığın şəirdi olub və gənc ikən ustad adını qazanıb. Aşıq Kamandar yaradıcı aşıq olub. Ustad sənətkar həmçinin Borçalıda aşıq məktəbi yaradıb.”

Sonra tədbirdə Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev, Kvemo Kartli bölgə qubernatorunun müavini Zaur Darğallı çıxış edərək Aşıq Kamandarın 85 illik yubileyinə həsr olunan konsert münasibətilə bütün aşıqsevərləri təbrik ediblər.

Çıxışçılar azərbaycanlıların kompakt yaşadığı bölgələrdə aşıq sənətinin inkşaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, Gürcüstanda aşıq sənəti yetərincə inkişaf etdirilmir.
Bildirilib ki, Gürcüstan hökuməti bölgədə aşıq sənətinin inkişaf etdirilməsinə çalışacaq.

Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konsert keçirilib Tədbirdə Azərbaycandan gələn Axstafa Regional və Turizm İdarəsinin rəhbəri Ramiz Quliyev Heydər Əliyevin aşıq sənətinə göstərdiyi qayğı və diqqətindən danışıb. Onun yolunu davam etdirən İlham Əliyev isə bir çox aşıqlara fəxri adlar verdiyini bildirib. O, Azərbaycanda aşıqların yaradıcılığına aid Beynəlxalq Aşıq Festivalı keçirildiyini bildirib.

Tədbirdə Borçalı və Qazax aşıqları Aşıq Kamandarın bəstələdiyi aşıq mahnılarını ifa ediblər. Yubiley tədbirində “İncəgülü Aşıqlar Ansamblı”nın üzvlərindən Aşıq Rövşən, Aşıq Samir Cəlaloğlu, Aşıq Şaiq İncəli, Aşıq Avdı, Borçalı aşıqlarından Aşıq Həvəskar, Aşıq Telli Borçalı, Aşıq Ramin Qarayev, Aşıq Kamandar Lətifoğlu, Aşıq Əfqan Şamilov, gənc Aşıq Məsim Rəcəbov bir-birindən gözəl aşıq mahnıları ifa ediblər.

Aşıq Ramin Qarayev, Aşıq Avdı və Aşıq Şaiq İncəli Aşıq Kamandarın bəstələdiyi “Atatürküm” və “Fəxri” mahnılarını ifa ediblər.

Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konsert keçirilib Tədbirdə ustad sənətkar Aşıq Kamandarın oğlu Əflatun Əfəndiyev atasının 85 illik yubileyinə həsr olunan konsertin təşkilatçıları olan Azərbaycanın Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinə, Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyevə, “Salam Xeyriyyə Cəmiyyəti”nin rəhbəri Maya Rəcəbovaya və yubiley tədbirinə gələn qonaqlara, Marneuli rayon icra hakimiyyəti rəsmilərinə və digər şəxslərə minnətdarlığını bildirib.

Yubiley tədbirinə həsr olunan konsert müxəmməslə başa çatıb.

Qeyd edək ki, Aşıq Kamandar Əfəndiyev Gürcüstanın “Şərəf” ordeninə layiq görülüb.
Murad Dadaşova “Maşın”la bağlı - Şok ittihamÖtən gün "Maşın” realiti şousunun növbəti buraxılışı söz-söhbətsiz ötüşməyib.

Yarışmada səsverməyə çıxan meyxanaçı Samirə Yusifqızı müsabiqə barədə ittiham irəli sürüb. Reklamarası ifaçı Mehriban Xanlarova, Vüsalə Kərimova, Günel Ələkbərova və Xatun Əliyeva ilə gizli söhbəti zamanı bir iddia ortaya atıb.

Yusifqızı SMS-lərin aparıcı Murad Dadaşov tərəfindən tənzimləndiyini deyib:

"Səsvermənin çevrilişini Murad Dadaşov edir, özü tənzimləyir. İstəmirlər ki, şouda qalım”.

Efirin canlı yayımında xanım meyxanaçının bu qalmaqallı ifadələri müzakirələrə səbəb olub. Layihənin aparıcısı M. Dadaşov ifaçının fikirlərinə öz etirazını bildirib:

"Təbii ki, bu fikirlərinizə görə sizi yarışmadan uzaqlaşdıra bilmərəm, şəxsi fikrinizdir. Ancaq diqqətli olaq, burada böyük insanlar yarışıb, şou 12 ildir ki, davam edir. Yanlışlıq olsaydı proqram bu qədər davam etməz, sevilməzdi”.

Qeyd edək ki, S. Yusifqızı 12,36 faiz qalsına səs yığaraq yarışmasını tərk edib.