Mətanət Əsədova əsəbiləşib studiyanı tərk etdi - VİDEOARB TV-nin “Səhər-səhər” verilişinin növbəti qonağı müğənni Mətanət Əsədova olub.

Proqram zamanı yazıçı-kulturoloq Aydınxan Əbilovun müğənninin geyimi haqda işlətdiyi ifadələr sənətçinin xoşuna gəlməyib.
Belə ki, Mətanət Əsədova yaşanan gərginlikdən sonra studiyanı tərk etməyə qərar verib.

Həmin görüntüləri təqdim edirik:
Tacir Fədayə Laçın haqqında: "O mənə qədər bir neçə insanla tanış olub" - VİDEOMüğənni Tacir Şahmalıoğlu bir zamanlar duet ortağı olan həmkarı Fədayə Laçınla sevgili olması barədə danışıb. Lent.az-ın məlumatına görə, “APA TV” –nin “Show time” verilişində qonaq olan ifaçı bir neçə il öncə söylədiyi “Fədayə ilə münasibətim olub” sözlərini danıb: “Mənim ailəm var, balalarım var. Mən ailəmin bir tükünü milyon insana dəyişmərəm. Duet ortaqlığı belədir ki, biz məcburən bir yerdə olurduq. Bir yerdə olanda deyirlər ki, sevgili həyatı yaşayırıq. Bəlkə Fədayə xanım mənim sevirmiş, mənim bundan xəbərim olmayıb. Fədayə xanım çox şey deyə bilər. Mən onunla sevgili olmamışam. Sevmək? Sevmək ancaq qızla oğlan arasında olur. Qız uşağı olanda olur. O mənə qədər bir neçə insanla tanış olub. Mən onla necə sevgi yaşaya bilərəm ki? Fədayə çox şey deyə bilər. Amma mənim ailəm var”.

Qeyd edək ki, T.Şahmalıoğlu illər öncə ATV-nin “Düz üzünə” verilişində Fədayə Laçınla sevgili münasibətdə olduğunu etiraf etmişdi: “Bəli, Fadayə Laçınla çalışdığım 6 il müddətində onunla qadın-kişi münasibətində olmuşuq, amma buna sevgi deməzdim”.

F.Laçın isə “APA TV”nin “Show time” verilişində həmkarı ilə münasibəti barədə danışarkən bu sözləri demişdi: “Bura Azərbaycandır, balaca yerdir. Yalan danışmağın adı yoxdur, hamı bir-birini tanıyır. Biz Tacir bəylə 6 il çalışdıq. Sevgili söhbətlərini 20 il sonra gündəmə gətirdilər. Yəni həmin vaxt mənim 20-21 yaşım var idi. O yaşadıqlarım uşaqlıq illərimin ağ vərəq hissəsi idi. Amma indi bu barədə çox danışmıram. Çünki övladım mənə baxır. İndi mənim sevdiyim də, hər şeyim də oğlumdur”.
Aktyorun səhhəti ağırlaşıb - Əməliyyat olunacaqGəncə Dövlət Dram Teatrının aktyoru Yusif Cəfərovun səhhəti ağırlaşıb.

Avrasiya.net xəbər verir ki, bu barədə teatrın direktor müavini Vüsal Məmmədov bildirib. Onun sözlərinə görə, oktyabrın 3-də aktyorun qəflətən halı pisləşib. Yusif Cəfərov Gəncə Beynəlxalq Xəstəxanasının ürək - damar cərrahiyyəsi şöbəsinə yerləşdirilib. Həkimlər ona ürək çatışmazlığı diaqnozu qoyub.

Yusif Cəfərov yaxın günlərdə əməliyyat olunacaq.
Flora Kərimova ona qoyulan efir qadağasından danışdı: “Məni yalvaran, alçalan görməyəcək...”Jurnalist xalq artisti Flora Kərimovaya efir qadağası qoyulduğunu iddia edib.

Bunu jurnalist Azər Həsrət sosial şəbəkədə bildirib. O, iddia edib ki, Flora Kərimova Zeynəb Xanlarovanı tənqid etdiyinə görə sonuncu əlaqələrindən və nüfuzundan istifadə edərək birincini TV efirindən kənar tutmağı bacarıb:

“Açığı, buna inanmaq istəməzdim. Əgər Zeynəb xanım doğrudan da belə bir iş edibsə, çox ayıb. Mənim nəzərimdə Zeynəb Xanlarova böyük sənətkardır ki, ona belə cılız hərəkəti əsla yaraşdırmazdım. Ondan bu qədər xırda bir davranış gözləməzdim. Flora xanım bizim hamımızın sevimlimizdir, sənəti çox yüksək səviyyədədir və onun efirdə görünməməsi bütünlükdə Azərbaycan ifa sənətinə əməlli-başlı zərbədir. Əgər kiminsə kiminləsə şəxsi məsələsi varsa, bunu böyük sənətə zərbə vurmaqla həll etməməlidir” deyə jurnalist TV kanallarına Flora Kərimovaya qarşı qoyulan qadağanı götürmək üçün çağırış edib.

Xalq artisti Flora Kərimova isə AzNews.az-a açıqlamasında bu məsələni qaldırdığına görə, Azər Həsrətə təşəkkür edib:

“Millətimə güvənirəm. Azər bəyə çox sağ ol deyirəm. Bu təklif onun vətəndaş mövqeyidir. Görünür bu onda mahnılarıma olan hörmətdən, sənətimə qoyduğu diqqətdən yaranıb. Efir olsa da, olmasa da olar. 77 yaşımdayam, bundan sonra nəsə eləmək çox gecdir. Və məni sizlərdən ayrı salmaq lap gecdir. Nə qədər belə addımlar atılsa da, bir o qədər də məni sizlərə yaxınlaşdırırlar. Əvəzində isə bunu edən insanlara nifrət yaranır. Hər halda bu haqda düşünsünlər. Fikir eləməyin, o qədər belə şeylər olub ki. Məni ekrandan çıxardıb, sonra da qaytarıblar. Ömründə məni yalvaran, ağlayan, əl açan, alçalan görməyəcəklər. Flora Kərimova var, olacaq da. Məni bir şey qorxudur. Həmişə xalqımın mənə olan hörmətini itirməkdən qorxmuşam. Şükürlər olsun ki, bu sevgi, inam hələ də var”.
Xalq artisti Məleykədən üzr istədi - “Özümüz həll edərik”Xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədovadan onun ünvanına səsləndirdiyi təhqirli ifadələrə görə üzr istəyib.

Bu barədə AzNews.az-a aktyorun özü məlumat verib. O, Məleykə Əsədova ilə aralarında anlaşılmazlıq olduğunu və onun da yoluna qoyulduğunu bildirib:

“Bu məsələnin böyüməsini istəmirəm. Teatrın və bizim adımız var. Nəyə lazım? Hər halda mən öz böyüklüyümü göstərdim. Ola bilər mən əsəbi olmuşam, nəsə demişəm, buna görə də üzr istəyirəm. Amma, bunu yazmaq, insanları hörmətsiz eləmək olmaz. Özümüz həll edəcəyik”.

Xatırladaq ki, Məleykə Əsədovanın “Ramiz, indi qeyrətə gəlmisən? mesajı qarşı tərəfi özündən çıxarıb. Xalq artisti “Fahişə elə fahişədir. Səni bütün Azərbaycan tanıyır. Tərbiyəsiz sənsən, 6 yaşın olanda atan ananı fahişəliyinə görə atıb getdi”.

Ramiz Məlik sosial şəbəkədə Məleykə Əsədova ilə bağlı yazılan xəbərin altında onun geyimlərinə görə irad tutub: “Məleykə, belə şəkillərlə özünü biabır etmə. İlk növbədə özünü yox, sənə verilən o fəxri adı və teatr kollektivini düşün”
Xalq artistlərinin davasına deputatdan reaksiya: “Özlərinin iç üzünü açırlar”“Mən onları barışığa səsləyirəm”.

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Fəzail İbrahimli xalq artistləri Məleykə Əsədova ilə Ramiz Məlikin davasına münasibət bildirərkən deyib. Deputat sənətkarı ziyanın yarısından qayıtmağı məsləhət görüb:

“Dost olmasalar da içlərində bir-birlərinə olan kin-küdrəti ictimaiyyətlə bölməsinlər. Əks təqdirdə onların özlərinə ziyan dəyəcək, qazandıqları heç nə olacaq. Dövlət tərəfindən hər ikisi xalq artisti fəxri adına layiq görülüb. Deməli, onlar böyük insanlardı. Böyük insanların qəlbi də böyük olur. Ramiz Məliklə Məleykə Əsədovanın bir-birini təhqir etməsi arzuolunmazdır. Belə münasibətlərə son qoyulsun ki, başqaları üçün örnək olmasın. Ayıbdır. Düşünün ki, dövlət sizə çox böyük və şərəfli ad verib. Onlar bu adı şərəflə qorumalıdır. Şərəflə qorumaq üçün ilk növbədə özlərinin şərəf və layaqətini uca tutmalıdırlar. Biri digərinin şərəf və layaqətini alçatmaqla əslində özlərinin iç üzünü açırlar”.

Fəzail İbrahimli qeyd edib ki, tərəflər bir-birinə güzəşt etməlidir:

“Güman edərəm ki, onlar soyuq başla bu ifadələri işlədib. Bir-birinə güzəşt etməklə bu davanı qaydaya qoysunlar, əks tədiqrdə ölçü götürüləcək”.
Məleykə Əsədova Ramiz Məliki məhkəməyə verir: Fahişə sözünə görəAkademik Milli Dram Teatrının aktyorları, xalq artisti Məleykə Əsədova ilə Ramiz Məlik arasında başlayan qalmaqal böyüyür.

AzNews.az xəbər verir ki, olanlardan əsəbiləşən Məleykə Əsədova həmkarını məhkəmə ilə hədələyib. Aktrisa bildirib ki, ailəsi haqqında deyilənləri Ramiz Məlikə bağışlamayacaq:

“Xalq artisti Ramiz Məlikin saytların birinə ailəm, anam-atamla bağlı verdiyi açıqlamadan sonra ciddi düşündüm. Biz onunla məhkəmədə görüşəcəyik. Mən ana-atamın ruhuna görə onu bağışlamayacam və o, qanun qarşısında işlətdiyi şərəf və ləyaqəti alçaldan sözlərə görə cavab verəcək. Bu yaşıma kimi heç bir məhkəməyə müaricət etməmişəm. Ancaq bu dəfə ailəmə dil uzatdılar”, - deyə aktrisa bildirib.

Məleykə Əsədovanın “Ramiz, indi qeyrətə gəlmisən? Mesajı qarşı tərəfi özündən çıxarıb. Xalq artisti “Fahişə elə fahişədir. Səni bütün Azərbaycan tanıyır. Tərbiyəsiz sənsən, 6 yaşın olanda atan ananı fahişəliyinə görə atıb getdi”.

Qeyd edək ki, Ramiz Məlik sosial şəbəkədə Məleykə Əsədova ilə bağlı yazılan xəbərin altında onun geyimlərinə görə irad tutub: “Məleykə, belə şəkillərlə özünü biabır etmə. İlk növbədə özünü yox, sənə verilən o fəxri adı və teatr kollektivini düşün”
Xalq artisti yenidən reanimasiyaya yerləşdirildiXalq artisti, tanınmış diktor Rafiq Hüseynovun səhhətində yenidən ciddi problem yaranıb.

Yenicag.az xəbər verir ki, diktor hazırda reanimasiyaya yerləşdirilib.

Qeyd edək ki, xalq artistinin onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Bu il onun səhhətinin ağırlaşması ilə bağlı bir neçə dəfə belə xəbərlər yayılıb.