Könül Kərimova 22 min dollarlıq paltarından danışdı: “Niyə məndə olmasın?”Müğənni Könül Kərimovanın verilişlərin birinə geyindiyi paltarın qiyməti müzakirələrə yol açıb.

AzNews.az xəbər verir ki, müğənninin televiziya verilişlərinin birinə 22 min dollarlıq paltar geyinməsi sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. İstifadəçilər müğənninin bu addımını qınayaraq,onu tənqid ediblər. Könül Kərimova AzNews.az-a açıqlamasında sözü gedən paltarından danışıb:

“Bu paltarı mən Türkiyə modellərinin birinin əynində gördüm. Çox bəyəndim. Fikirləşdim ki, niyə məndə olmasın? Buna görə də o modelin eynisini tikdirdim. Paltarın yuxarısı əl işləridir və mənə 2200 manata başa gəlib. Mən bir paltara 22 min dollar pul verən sənətçiyə oxşayıram? O qədər çaşmamışam, elə səhvə yol vermərəm”.
Talıb Tale - finalda - İlkinin planı baş tutmadıFinala bir addım qalmış iştirakçılar aktyor Ilkin MIsgərlini SMS səsverməsinə çıxartdılar. Tamaşaçılardan səs istəyən İlkin hədəfinin müğənni Talıb Tale olduğunu bildirib. O qeyd etdi ki, ötən dəfə zəif iştirakçı ilə mübarizə aparıb, ona görə də bu gün şounun ən güclü iştirakçısı ilə yarışmaq istəyir. Amma onun bu sözləri tamaşaçılar tərəfindən heç də müsbət qarşılanmayıb. Tamaşaçılar İlkinin səmimiyyətinə inanmayaraq, ona "getsin"ə səs veriblər.

Nəticədə 40,50 faiz tamaşaçı İlkin Misgərliyə "qalsın", 59, 05 faiz isə "getsin deyib". Beləliklə, İlkin Misgərli üçün maşın əldən getdi.

Finala qalan üçlük - Xatun, Vüsalə Əlizadə və Talıb Tale fasiləsiz mübarizəyə başladı.
“Yaralı canavar” qalib gəldi – Xosenin qisası alındıQalmaqallarla yadda qalan “Maşın” şounun növbəti günü baş tutub.

Musavat.com xəbər verir ki, səs verməyə müğənni Talıb Tale çıxıb. O, seçiminin Vüsalə Kərimova olduğunu deyib: "Çox tərəddüd etdim. Püşk atdım, Seçimim var. Çox səs istəmişəm. Yenə səs istəyirəm".

Daha sonra bildirib ki, oyunun sonunda şou gözlənilmir. Səs yığsa, Vüsalə Kərimovanı uzaqlaşdıracaq.

V. Kərimova öncə tamaşaçılardan səs istəməsə də , sonra susqunluğunu pozub: "Mənim 3-cü nəfəsim açılır. Talıb hesab edir ki, mənim gücüm zəifləyib. Bir neçə gün səs istəməyim məni artıq zəiflədib. amma belə düşünmürəm. Səs istəyirəm ki, Talıbı buradan uzaqlaşdıraq"
Talıbla Vüsalə arasında söz savaşı proqram boyu davam edib. Talıb Tale özünü yaralı canavar adlandırıb: "Vüsalə xanım, dünən canavarın birini vurduz, birini yaraladız. Ona görə də Vüsalə Kərimovanı çıxaracam"

Vüsalə Kərimovanın ifaçıya cavabı gecikməyib: "Mən canavarın birini yaralamamışam, ikisini də öldürmüşəm. Talıb, sən ölmüş canavarsan"

Xatun da iştirakçıların mübarizəsinə münasibət bildirib: "Talıb ola bilər Vüsalə Kərimovanı çıxaracam deyib, başqasını kənarlaşdırsın. Mən gözləmirdim ki, Talıb Vüsalə Kərimovanı çıxarmaq istəyəcək"

Sonda Tale 66 fazi səs toplayaraq oyunda qalıb. O, V. Kərimovanı “Maşın”dan uzaqlaşdırıb.
Elşad Xose "vuruldu" - "Maşın şou"daBu gecə iştirakçılar aparıcı Vüsalə Kərimovanı SMS səsverməsinə çıxarıblar.

Avrasiya.net xəbər verir ki, tamaşaçılardan səs istəyən Vüsalə Kərimova hədəfini açıqlamadı və bunu verilişin sonunda elan edəcəyini bildirdi.

Hədəfini tam olaraq müəyyənləşdirmədiyini deyən Vüsalə Kərimova iştirakçıların hər birinin onun üçün hədəf olduğunu deyib: “Sadəcə mən bu gün öz gücümü nümayiş etdirmək istəyirəm”.

Vüsalə Kərimova yalnız bu gün Talıb Taleyə toxunmayacağını bildirib. Buna baxmayaraq Talıb ona inanmadığını söylədi və Vüsalənin getməsinə səs istədi.

Sonunda 51,57 faiz tamaşaçı Kərimovanın qalmasına, 48,43 faiz tamaşaçı isə getməsinə səs verdi. Vüsalənin hədəfi isə Elşad Xose oldu: “Mən burada ustad dərsi keçmək istəyən Elşad Xoseni bura dəvət edirəm və Mehriban xanıma salam göndərirəm”. Beləliklə, bu şok qərardan sonra maşın Elşad Xose üçün əldən getdi.
Atası öləndən 3 gün sonra "Maşın" şouya qatılan Vüqar: "Kim 40 gün gözləyir?"Atası dünyasını dəyişəndən bir neçə gün sonra “Maşın” şouya qatılan meyxanaçı Vüqar Əbdülov barəsində deyilən tənqidlərə münasibət bildirib.

Lent.az bildirir ki, sənətçi bildirib ki, Murad Dadaşova söz verdiyi üçün yarışı yarımçıq tərk edə bilməyib:

“Məni tənqid edənlər qələt edir. Atamı dəfn edəndən sonra ağsaqqallarımdan icazə alıb, o yarışda iştirak etmişəm. Bu, mənim işimdir. Kimin əzizi öləndə 40 gün gözləyib, işə çıxmır? Yarışda iştirak etmişəm də… Oğluma, qızıma toy eləməmişəm ki? Tənqid edənlərin fikri mənə maraqlı deyil”.

Meyxanaçı onu da əlavə edib ki, bu söz-söhbətlərə görə hələ ki, heç bir verilişə çıxmır:

“Bilirəm ki, buna görə efirə çağırırlar. Elə ona görə də getmirəm. Yeni mahnılarım var. Noyabrda təqdim edəcəm”.
Xalq artisti əməliyyat olunduXalq artisti Səməd Səmədov əməliyyat olunub.

Milli.az xəbər verir ki, 3 gün öncə əməliyyat olunan sənətçi açıqlamasında xəbəri təsdiqləyib.

O, öd kisəsindən əməliyyat olunduğunu deyib.

Səhhətinin yaxşı olduğunu vurğulayan müğənni yaxın günlərdə efirə çıxacağını da bildirib.
“Maşın”ı tərk edən Mehriban Elşadı "razborkaya çağırdı": "Tək gəl"Elşad Xose tərəfindən “Maşın” realiti şousundan kənarlaşdırılan əməkdar artist Mehriban Xanlarova reperin bu hərəkətindən hələ də özünə gələ bilmir.

Aktrisa yenicag.az-a açıqlamasında bunları deyib:

“Hələ şokdayam. Stresdən çıxmamışam. Özümə gələndən sonra danışacam. Susuram. Amma susmağım qorxmaq anlamına gəlmir. Susqunluğumu tufanqabağı sakitlik kimi qəbul edin. Dörd dəfə məni irəli vermək… bu, heç bir kişiyə yaraşan hərəkət deyildi. Görünür, mən doğrudan da kimlər üçünsə çox güclü və təhlükəli rəqib olmuşam”.

Aktrisa Elşad Xoseyə də çağırış edib: “Elşad Xose, səninlə varam, ancaq oyunda yox, həyatda… “Maşın şou”dakı oyunu bitir, gəl görüşək, sənə deyəcək bir-iki sözüm var. Görüş təkbətək olacaq”.
“Ərim rəfiqələrimlə mesajlaşan bir alfons idi” - Müğənnidən şok etiraf“İlk həyat yoldaşım alfons idi”.

AzNews.az xəbər verir ki, bunu müğənni Səidə Dadaşova “Günə davam” verilişində deyib. Onun sözlərinə görə, eks əri onu şantaj da edirmiş:

“Kişiliyinə yaraşan hərəkətlər etmədi. Mən onun əlində yem idim, çıxdım. Neyləsin, bilirdi ki, mən tanınmış insanam. Düşünürdü ki, məni nə ilə gözdən salsın? Elə bilirdi ki, mən qorxaram. Deyərəm ki, adımız-sanımız var, qurban olum, deyib onun yanına qayıdaram. Dedim elə gör arxası nə olacaq? Nə oldu? Açıram telefonu bütün rəfiqələrimlə danışır. Səidə pula görə oturan olsaydı elə Türkiyədə oturardı da”.
Əməkdar artist işdən çıxarıldıƏməkdar artist Ayşad Məmmədov Akademik Milli Dram Teatrındakı işindən azad olunub.

Teatrdan APA-ya verilən məlumata görə, aktyor işdən öz ərizəsi əsasında çıxarılıb.

“Aktyor bu barədə teatr rəhbərliyinə müraciət edib və rəhbərlik onun istəyini qəbul edib. Ayşad Məmmədovla bağlanmış əmək müqaviləsinə xitam verilib”, - deyə teatrdan bildirilib.
Tanınmış rejissorun həyat yoldaşı vəfat etdiRejissor Nail Naiboğlunun həyat yoldaşı dünyasını dəyişib.

O, Axşam.az-a açıqlamasında xəbəri təsdiqləyib. Rejissor bildirib ki, Gülər heç bir xəstəlikdən əziyyət çəkmirdi:

“Heç bir problemi yox idi. Axşam durduğu yerdə rəhmətə getdi. Nədən olduğunu bilmədik. Məni tək qoydu getdi”.

Qeyd edək ki, N.Naiboğlunun iki övladı var.