“O səs Türkiyə” yarışmasına qatılan azərbaycanlı çoban danışdı: “Azərbaycandan əlimi üzdüyümə görə Türkiyəyə getdim" - VİDEOSosial şəbəkdə səsi ilə məhşurlaşan çoban Pərvin Səfərov “O səs Türkiyə” yarışmasına qatılıb.

Bunu AzNews.az-a açıqlamasında Pərvin Səfərov özü deyib. O, bildirib ki, Azərbaycandan əlini üzdüyü üçün şansını Türkiyədə axtarmalı olub:

“Videogörüntüm Türkiyə mediasında və televiziyalarında yayımlandı. Ordan da mənə durmadan təkliflər gəldi. Bütün Türkiyə mənim ifamı sosial şəbəkədə paylaşırdı. Xahiş ediblər ki, bu yarışmaya Pərvin Səfərovu dəvət edin. Elə oldu ki, “Eşqiya dünyaya hökmdar olmaz” serialının qəhrəmanı da mənim ifamı bəyəndiyini dedi. Sonra “O səs Türkiyə” yarışmasının təşkilatçıları facebookda mənə yazdılar, telefonumu istədilər və yarışmada iştirak etməyimi istədilər. Mənim üçün yeganə şans yarandı. Mən də Azərbaycandan əlimi üzdüyümə görə bir baş Türkiyəyə getdim. Hazırda çoban kimi təqdim olunan Pərvinin səsi Türkiyə səhnəsindən gəlir. Çox istədim ki, Bakıda qalam, sənətimə burda dəyər verilə, amma olmadı. İrəli getmək üçün verilən vədlər sadəcə söz oldu”.

Pərvin Səfərov qeyd edib ki, türkiyəlilərin Azərbaycan milli musiqisinə marağı sonsuzdur: “Çox sevinirəm, həyatım dəyişdi. Çoxlu dəvətlər gəlir. Hər kəs də Türkiyədə qalmağımı istəyir. Dəqiq düşünüb qərar verməliyəm. Təbii ki, Türkiyəni seçəcəm. Amma məni qıran odur ki, bu günə kimi ailəmin qazanc yeri və məni gerçəkdən sənətə həvəsləndirən qoyunlarımdan ayrılacam. Qoyunlar kənddə qalacaq, evimizin ruzisidir”.
Bu gün YUNESKO-nun yeni baş direktoru seçiləcək - Namizədlər arasında Polad Bülbüloğlu da varBu gün Parisdə YUNESKO-nun İcraiyyə Şurasının (İŞ) 202-ci sessiyası çərçivəsində təşkilatın yeni baş direktoru vəzifəsinə səsvermə keçiriləcək.

"Report" xəbər verir ki, gizli səsvermənin ilk turu bu gün keçiriləcək. Namizədlər arasında Rusiyanın Azərbaycandakı səfiri Polad Bülbüloğlu da var.

Namizədlərdən heç biri İŞ-nin tələb olunan ən azı 58 üzvünün səsini qazana bilməsə, səsvermə həftə ərzində növbəti dörd mərhələ ilə davam edəcək.

Qalibin oktyabrın 13-dən gec olmayaraq açıqlanacağı gözlənilir.

İŞ tərəfindən təyin olunan namizədin təsdiq edilməsi noyabrın 10-da keçiriləcək. Yeni baş direktorun səlahiyyətlərinin icrasına noyabrın 15-dən başlayacağı gözlənilir. O, iki dördillik müddətdə YUNESKO-ya rəhbərlik etmiş bolqarıstanlı İrina Bokovanı əvəzləyəcək.
Neftçalalı çoban Pərvin Səfərov “O Səs Türkiyə”də seçim turunu keçdi - VİDEODünən axşam Türkiyənin TV8 telekanalının efirində yayımlanan populyar “O Səs Türkiyə” yarışının seçmə turunda azərbaycanlı internet istifadəçilərinin yaxşı tanıdığı neftçalalı çoban Pərvin Səfərov uğurla çıxış edərək əsas mərhələyə vəsiqə qazanıb.

TV8-in rəhbəri və proqramın aparıcısı Acun Ilıcalı azərbaycanlı ifaçını təqdim edərkən onun “YouTube”da qoyunların arasında ifa edərək söylədiyi mahnını yerləşdirməsindən sonra məşhurlaşdığını deyib. Qeyd etmək lazımdır ki, Pərvini yarışa məhz təşkilatçılar özləri dəvət ediblər.

“Nazəndə sevgilim” mahnısını ifa etdikdən sonra münsiflər heyətinin 4 üzvündən 3-nün Pərvini öz komandasına seçmək istədiyi məlum olub. Bundan sonra neftçalalı çoban ilk dəfədir ki, Türkiyəyə və İstanbula gəldiyini deyib və Acun Ilıcalı komandasının üzvlərindən azərbaycanlı ifaçı üçün şəhər turu təşkil etmələrini xahiş edib.

Xatırladaq ki, sosial mediada məşhurlaşmasından sonra Azərbaycan Milli Konservatoriyası Pərvin Səfərovu Bakıya – musiqi təhsili almağa dəvət etmişdi. Lakin Dövlət İmtahan Mərkəzi onun ali məktəbə, yaxud kollecə imtahansız qəbul edilməsinin mümkün olmadığını bildirib və qeyd edib ki, bunun üçün mütləq beynəlxalq müsabiqələrin laureatı olmaq lazımdır. Bundan sonra neftçalalı çoban yenidən doğma rayonuna qayıtmağa məcbur olmuşdu.

Son olaraq qeyd edək ki, “O Səs Türkiyə”də Pərvin Səfərov çıxışını Murat Bozun komandasında davam etdirəcək.


virtualaz.org
Əli Mirəliyev: Gəlinim evi tərk edib, nəvəmə özüm baxıramMüğənni Əli Mirəliyev gəlininin evi tərk etdiyini və nəvəsinə özünün baxdığını bildirib.

O, bu sözləri “ARB” telekanalında yayımlanan “Səhər-səhər” verilişində söyləyib.

“Gəlinim evi tərk edib, nəvəmə özüm baxıram. Oğlum boşandıqdan sonra nəvəm anası ilə yaşayırdı. Bir gün gəldi ki, baba mən orada yaşamaq istəmirəm. Anası heç nəvəmin paltarlarını da verməyib, görmək istəmir, istəsəydi, zəng edərdi”, - deyə müğənni bildirib.
“Rusiya bizi Bülbüloğluna satdı” - İrəvanı narahat edən NAMİZƏDRusiya UNESCO-nun baş direktoru postuna Azərbaycanın namizədi, Moskvadakı səfirimiz Polad Bülbüloğlunun namizədliyini dəstəkləyəcək.

Publika.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov deyib.

“Azərbaycanın namizədi bizim prioritetimiz olaraq qalır”, - deyə o bildirib.

Moskvanın bu dəstəyi Ermənistanı qıcıqlandırır. Rəsmi İrəvan heç nə edə bilməsə də, bir qrup erməni QHT-si BMT baş katibinə müraciət edərək, Bülbüloğlunun namizədliyinə qarşı çıxdı. Lakin bunun nəticəyə hər-hansı təsir edəcəyi gözlənilmir.

Erməni siyasi şərhçi Tevos Arşakyan isə “Rusiya Ermənistanı Bülbüloğluna satdı” deyə yazır.

“Oktyabrın 5-də parlament Rusiya-Ermənistan vahid qoşun qruplaşması haqda razılaşmanı ratifikasiya etdi və Ermənistanın müstəqilliyinin son qalıqları da itirildi. Bu, erməni ordusunun Rusiya tərəfindən idarə edilməsi və Moskvanın istədiyi vaxt Ermənistanın daxili işlərinə müdaxiləsi deməkdir. Maraqlıdır ki, Gennadi Qatilovun açıqlaması bu razılaşmanın ratifikasiya edilməsindən bir neçə saat öncə yayılmışdı. Bu onu göstərir ki, Rusiya bu razılaşmanın təsdiqlənəcəyini onsuz da bilirdi. Çünki rus agentlər erməni hakimiyyətinin bütün eşelonlarını işğal edib və Ermənistan artıq rusların cibindədir. Buna görə də Rusiya heç nədən narahat olmur”, - deyə o, Sarkisyan hakimiyyətini tənqid edib.
"Elməddindən Azərbaycan kinosunu, teatrını xilas etmək lazımdır" - VİDEOMən həmişə demişəm ki, Elməddindən Azərbaycan kinosunu, teatrını xilas etmək lazımdır.

Kult.az xəbər verir ki, bu sözləri ARB TV-nin “Səhər-səhər” proqramına qonaq olan aktyor, rejissor Şeyx Əbdül Mahmudov söyləyib.

“Elməddin xeyirxah oğlandır getsin menecerlik eləsin. Bunu mən deyirəm, Şeyx Əbdül Mahmudov deyir. Tamaşaçını o günə biz gətirmişik ki, onlara baxır. Tamaşaçıya alternativ sənət əsəri göstərsək ona baxmaz. Cavanlara həmişə yaşıl işıq yandırmalıyıq. Şərait olmasa içindən yaxşısını, pisini seçə bilməyəcəyik. Amma 2 şərt olmalıdır. Birincisi yüksək səviyyədə peşəkarlıq formalaşmalıdır, ikincisi də ciddi nəzarət ortaya qoyulmalıdır. Yoxsa istedadlı bir gənc utancaqlıqdan çəkilir qalır qıraqda. Vaxtı ilə Alim Qasımovun gecə-gündüz tökülmüşdülər üstünə. İndi bütün dünya Alim Qasımovla fəxr edir. Elməddinin özünə də demişəm. Demişəm ki, oğul, sən Gəncə teatrından keçmisən. Teatrın ən yaxşı vaxtında Elməddin yaradıcı heyətinin içində olub. Sadəcə olaraq bu adam aktyorluq üçün, kino sənəti üçün yarayan adam deyil. Bu adama bu istedad verilməyib. Onun çox yaxşı təşkilatçılıq qabiliyyəti var. O sahədə onun gördüyü işlər əvəzsizdi. Bu işlə də davam etsin”- Ə.Mahmudov bildirib.
Aktrisa Pərvin Abıyevanın "Porşe"sinə həbs qoyuldu - FotoAktrisa Pərvin Abıyevanın avtomobili cərimə meydançasına yerləşdirilib.

Report xəbər verir ki, 99 EP 333 dövlət qeydiyyat nişanlı "Porşe" markalı avtomobil hərəkətdə olarkən üzərinə qoyulan həbslə bağlı Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılıb. YPX əməkdaşları həmin avtomobili idarə edənin vətəndaş Pərvin Abıyevanın olduğunu müəyyən edib və ona avtomobilin cərimə meydançasına aparılmalı olması barədə xəbərdarlıq edib. Lakin aktrisa bu qərarla razılaşmayıb. Buna baxmayaraq qanuna müvafiq olaraq avtomobil evakutor vasitəsilə cərimə meydançasına yerləşdirilib. Müəyyən edilib ki, "Porşe" markalı avtomobil siğortalanmayıb. Bundan əlavə, bir neçə məbləği ödənilməyən cərimənin olduğu aşkarlanıb.
Mətanət Əsədova əsəbiləşib studiyanı tərk etdi - VİDEOARB TV-nin “Səhər-səhər” verilişinin növbəti qonağı müğənni Mətanət Əsədova olub.

Proqram zamanı yazıçı-kulturoloq Aydınxan Əbilovun müğənninin geyimi haqda işlətdiyi ifadələr sənətçinin xoşuna gəlməyib.
Belə ki, Mətanət Əsədova yaşanan gərginlikdən sonra studiyanı tərk etməyə qərar verib.

Həmin görüntüləri təqdim edirik:
Tacir Fədayə Laçın haqqında: "O mənə qədər bir neçə insanla tanış olub" - VİDEOMüğənni Tacir Şahmalıoğlu bir zamanlar duet ortağı olan həmkarı Fədayə Laçınla sevgili olması barədə danışıb. Lent.az-ın məlumatına görə, “APA TV” –nin “Show time” verilişində qonaq olan ifaçı bir neçə il öncə söylədiyi “Fədayə ilə münasibətim olub” sözlərini danıb: “Mənim ailəm var, balalarım var. Mən ailəmin bir tükünü milyon insana dəyişmərəm. Duet ortaqlığı belədir ki, biz məcburən bir yerdə olurduq. Bir yerdə olanda deyirlər ki, sevgili həyatı yaşayırıq. Bəlkə Fədayə xanım mənim sevirmiş, mənim bundan xəbərim olmayıb. Fədayə xanım çox şey deyə bilər. Mən onunla sevgili olmamışam. Sevmək? Sevmək ancaq qızla oğlan arasında olur. Qız uşağı olanda olur. O mənə qədər bir neçə insanla tanış olub. Mən onla necə sevgi yaşaya bilərəm ki? Fədayə çox şey deyə bilər. Amma mənim ailəm var”.

Qeyd edək ki, T.Şahmalıoğlu illər öncə ATV-nin “Düz üzünə” verilişində Fədayə Laçınla sevgili münasibətdə olduğunu etiraf etmişdi: “Bəli, Fadayə Laçınla çalışdığım 6 il müddətində onunla qadın-kişi münasibətində olmuşuq, amma buna sevgi deməzdim”.

F.Laçın isə “APA TV”nin “Show time” verilişində həmkarı ilə münasibəti barədə danışarkən bu sözləri demişdi: “Bura Azərbaycandır, balaca yerdir. Yalan danışmağın adı yoxdur, hamı bir-birini tanıyır. Biz Tacir bəylə 6 il çalışdıq. Sevgili söhbətlərini 20 il sonra gündəmə gətirdilər. Yəni həmin vaxt mənim 20-21 yaşım var idi. O yaşadıqlarım uşaqlıq illərimin ağ vərəq hissəsi idi. Amma indi bu barədə çox danışmıram. Çünki övladım mənə baxır. İndi mənim sevdiyim də, hər şeyim də oğlumdur”.
Aktyorun səhhəti ağırlaşıb - Əməliyyat olunacaqGəncə Dövlət Dram Teatrının aktyoru Yusif Cəfərovun səhhəti ağırlaşıb.

Avrasiya.net xəbər verir ki, bu barədə teatrın direktor müavini Vüsal Məmmədov bildirib. Onun sözlərinə görə, oktyabrın 3-də aktyorun qəflətən halı pisləşib. Yusif Cəfərov Gəncə Beynəlxalq Xəstəxanasının ürək - damar cərrahiyyəsi şöbəsinə yerləşdirilib. Həkimlər ona ürək çatışmazlığı diaqnozu qoyub.

Yusif Cəfərov yaxın günlərdə əməliyyat olunacaq.