Azərbaycanlı rəssamın İtaliyada sərgisi oldu - FOTO

Azərbaycanlı rəssamın İtaliyada sərgisi oldu - FOTOİtaliyanın Salvatore Ferraqamo Muzeyində işləyən Kəmalə Zeynalovanın sərgisi böyük səs-küy yaradıb.

Avrasiya.net xəbər verir ki, bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib. Onun sözlərinə görə, Kəmalə Zeynalova bu günə qədər ölkəmizi xarici ölkələrdə layiqincə təmsil edib:

“Rəssamın 14 noyabr “Women in love” mövzusu altında 30 əsəri ilə fərdi sərgisinin açılışı olub. Sərgi 17 dekabra qədər davam edəcək. Sərgi Florensiyada yerləşən “Borghese Palace Art Hotel”in sərgi salonunda nümayiş olunur. İtaliyanın nüfuzlu sənət adamları tərəfindən sərgiyə böyük maraq var. Hətta mətbutında diqqət mərkəzindədir. Professor Domeniko Vigiano - “Accademia di Belle Arte”; Professor Fabrizio Borghini-“Toscana TV”, Professor Ugo Barlozzetti-“Critico d’Arte”; Federico Bali -“Direttore Borghese Palace ART Hotel” sərgidə yaxından iştirak edirlər. Kəmalə Zeynalova 16 dekabr 1990-ci ildə Bakı şəhərində anadan olub.

1997-2008-ci illərde orta məktəbi oxuyub. Eyni illərdə Bakı Musiqi Akademiyasının nəzdində musiqi məktəbində fortepiano şöbəsində musiqi təhsil alıb. 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının modalyer-rəssam fakültəsinə daxil olub və 2012-ci ildə bakalavr təhsilini müvəffəqiyyətlə başa vurub. 2012-ci ildə əvvəl “Università per stranieri di Perugia” da italyan dili və italyan mədəniyyəti kurslarını bitirdikdən sonra həmin ildən başlayaraq Accademia Italianada fashion design 2 illik magistr təhsili alıb. ADRA-da oxuduğu müddətdə Azərbaycanda və digər xarici dövlətlərdə (Moskva, İstanbul, Kipr) müxtəlif sərgilər qatılıb. Azərbaycan Rəssamlar İttifaqı , Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür. Təhsilini bitirdikdən sonra İtaliyada müxtəlif moda evlərində modelyer rəssam, rəssam dizayner kimi çalışıb”.