Qazini Brilliant Dadaşovadan başqa hamı ayaqüstə alqışladı - VİDEO

Qazini Brilliant Dadaşovadan başqa hamı ayaqüstə alqışladı - VİDEO“Səs Azərbaycan” layihəsinə qatılan qazimiz Murad Bayramlını hər kəs ayaqda alqışlayıb.

Publika.az xəbər verir ki, iştirakçı müsabiqədə “Nazəndə sevgilim” mahnısını ifa edib.

Onun çıxışına Xalq artistləri Brilliant Dadaşova və Tünzalə Ağayeva bəyənərək geri dönüblər. Yarışmaya Bakıdan qatıldığını və Vətən müharibəsində iştirak etdiyini söyləyən qazinin bu sözlərindən sonra tamaşaçılar və münsiflər ayağa qalxaraq onu alqışlayıb. Sonda Murad Bayramlı Tünzalə Ağayevann komandasında qalmağa qərar verib.

B. Dadaşovanın əyləşməyə davam etməsi sosial şəbəkələrdə müzakirə doğurub. Hər kəs müğənninin bu addımını tənqid edib.

Qeyd edək ki, qazimiz Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib.