Daha bir meyxanaçı saxlanıldı - Səbəb
Dərc olunub:
19-10-2021, 17:09
Meyxanaçı Xudabaxış Kubinka (Hüseynzadə) Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Avrasiya.net Sfera.az-a istinadən xəbər verir ki, meyxanaçı narkotik vasitəylə tutulub.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, daha öncə meyxanaçı Cavid Babaşov (Sumqayıtlı) narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib.