Sizin Reklam Burada

Ərəb mətbuatında dahi Azərbaycan şairi Nəsimiyə həsr olunmuş məqalə dərc olunub

Ərəb mətbuatında dahi Azərbaycan şairi Nəsimiyə həsr olunmuş məqalə dərc olunubƏrəb ölkələrinin KİV-ləri dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş geniş məqalə dərc ediblər.

Avrasiya.net xəbər verir ki, şərqşünas Həşim Məmmədov və jurnalist Əli Zülfüqaroğlunun müəllifi olduqları “İmadəddin Nəsimi. Bəşəriyyətə nur saçan günəş” sərlövhəli məqalədə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat yer alıb.
Misirin “Nile1”, İordaniyanın “Nayrouz”, İraqın “Əfkarhürə”, İraqın “Bobiannews” və “Q8-press” portallarında dərc olunmuş yazıda ərəbdilli oxucuların diqqətinə çatdırılır ki, Nəsimi irsi təkcə Azərbaycanın deyil, bütün İslam dünyasının mənəvi sərvətidir. Azərbaycan Prezidenti İlham Əliyev 15 noyabr 2018-ci il tarixli Sərəncamı ilə 2019-cu ili “Nəsimi ili” elan edib və dahi şairin 650 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.

Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Nəsimi haqqında sözləri sitat gətirilib: “Tariximiz çox zəngindir və biz bunu vaxtaşırı xalqa çatdırmalıyıq. Xatirinizdədirmi, Nəsiminin 600 illik yubileyini qeyd etdiyimiz zaman bu, dünyada nə qədər əks-səda doğurdu, Azərbaycanı nə qədər tanıtdı! Nəhayət, 600 ildən sonra biz Nəsiminin Hələb şəhərindəki məzarını tapdıq. İndi onun məzarı oraya gedən adamlar üçün bir ziyarətgahdır. Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir. Mən təkcə şairlər haqda danışmaq istəmirəm. Nəsimi də yalnız şair deyil, həm də alim, filosofdur”.

Müəlliflər qeyd ediblər ki, yaradıcılığının ilk dövrlərində Nəsimi də ustadı Nəimi kimi sufizm mövqeyində dayanıb və tanınmış sufi şeyxi Şiblinin təlimini davam etdirib. Bu mərhələdə şair öz əsərlərini "Hüseyni", "Seyid Hüseyni", "Seyid" təxəllüsləri ilə yazıb.
Məqalədə, həmçinin Azərbaycanın və dünyanın tanınmış alimləri, şərqşünaslarının Nəsimi irsi haqqında fikirləri, dahi şairin şeirlərindən parçalar yer alıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər