Aktrisaya qarşı seksual hərəkətlər edən taksi sürücüsü polis bölməsinə gətirildi - FOTO

Aktrisaya qarşı seksual hərəkətlər edən taksi sürücüsü polis bölməsinə gətirildi - FOTOXəbər verdiyimiz kimi, Bakıda taksidə seksual xarakterli hərəkətlərə məruz qalan gənc aktrisa Lalə Süleymanova polisə muraciət edib.

Avrasiya.net "oxu.az"a istinadla xəbər verir ki, bu məsələ öz məntiqi davamını tapıb.

Belə ki, L.Süleymanova özünün “İnstagram” səhifəsində onun şikayəti ilə bağlı Bakının 17-ci polis bölməsinin apardığı araşdırmanın yekunları ilə bölüşüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları nalayiq hərəkətlər etmiş Xəyyam adlı taksi sürücüsünü bölməyə gətirib ondan izahat alıblar və qadından üzr istəməsini təmin ediblər.

Xanımın bildirdiyinə görə, “Bolt” taksi sürücüsünün hərəkətlərinə hüquqi qiymət veriləcək.