Sizin Reklam Burada

Tatar “Bir Zamanlar Kıbrıs” serialında rol alan aktyorları qəbul edib

Tatar “Bir Zamanlar Kıbrıs” serialında rol alan aktyorları qəbul edibMayın 28-də Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar TRT-də yayımlanan “Bir Zamanlar Kıbrıs” serialında rol alan yerli aktyorları qəbul edib. Qəbuldakı çıxışında E.Tatar serialda yerli sənətçilərin rol almasının məmnunluq doğurduğunu deyib. KKTC Cümhurbaşqanı yeni bölümlərdə daha çox yerli aktyorların rol almasıyla daha da qürur duyacaqlarını bildirib.

KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, E.Tatar serialla bağlı xoş niyyətli bəzi tənqidlərin olduğunu da vurğulayıb. Bu səbəblə də yeni bölümlərdə həmin fikirlərin nəzərə alınmasının arzu edilən olduğunu deyib.

E.Tatar serialın Kıbrıslı türklərin azadlıq mücadiləsi illərində baş verənlərin dolğun şəkildə bütün dünyaya çatdırılması baxımından önəmli rol oynadığını qeyd edib. O, Cenevrədə keçirilmiş 5+BM formatlı Kıbrıs toplantısında BMT Baş katibinin və toplantıya qatılanların da bu serial barədə danışdıqlarını deyib: “Bizim serialın yaratdığı təsir oralara qədər çatıb”.

Qeyd edək ki, “Bir Zamanlar Kıbrıs” serialı Kıbrıs türklərinin ötən əsrin ortalarında rum məzaliminə qarşı mücadiləsindən bəhs edir. Əfsanəvi lider Rauf Denktaşın diqqət mərkəzində olduğu serial dünyanın hər tərəfində, o cümlədən Azərbaycanda da çox maraqla qarşılanıb. Serial hər həftənin dördüncü günü, axşam saat 21.00-dan TRT1-də yayımlanır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər