Sizin Reklam Burada

Zöhrə incik getdi, gərək “ad” verəydilər... – Müəllimi danışdı

Zöhrə incik getdi, gərək “ad” verəydilər... – Müəllimi danışdıZöhrə mənim tələbəm, "Lalə" qızlar ansamblının ən fəal müğənnisi idi. O vaxt konsertlərimizin əksəriyyəti Filarmoniyada olurdu, qastrol səfərlərinə də gedirdik. Çox gözəl xanım idi, işini sevirdi. Xəstə olanda yanına gedib-gələ bilməsəm də, telefonla əlaqə saxlayırdıq. Oğlu rəhmətə gedəndə də mənim səhhətim yaxşı deyildi deyə, getmədim. Hər dəfə danışanda mənə deyirdi ki, özünü qoru, Ceyran müəllimə. Amma Zöhrə özünü qorumadı, ölümə getdi bilərəkdən. Son arzusu da oğluna qovuşmaq idi.

Kult.az xəbər verir ki, bu sözləri Moderator.az-a açıqlamasında xalq artisti, "Lalə" qızlar ansamblının rəhbəri Ceyran Haşımova deyib.

“Bir müddət bizlə işləyəndən sonra onu nişanladılar və sənətdən uzaq düşdü. Təxminən 10 il fəaliyyət göstərmədi. Həyat yoldaşı ona oxumağa qoymurdu, çox əziyyət verirdi. Bir oğlu oldu bu evliliyindən. Daha sonra gördü ki, sənətdən uzaq düşür, ayrıldı. Ayrılandan sonra yenidən sənətə qayıtdı. Mən o qızların həm anası idim, həm də bacısı. Oğlunun ölümünə dözə bilmədi, elə oğlunun ölümünün 1-ci ildönümündən 3 gün sonra canını tapşırdı. Allah heç bir ananı balası ilə sınaqa çəkməsin", - deyə xalq artisti bildirib.

Ceyran Haşımova "Lalə" qızlar ansamblındakı xanım sənətçilərin fəxri adlara layiq görülməməyindən də şikayətlənib:

"Zöhrə Abdullayeva incik getdi, "Xalq artisti" fəxri adı onun haqqı idi. Nəinki onun, ansamblımdakı bir çox xanım bu fəxri ada layiqdir. Hamısı "əməkdar artist" fəxri adını daşıyır. Mənim bütün müğənnilərim incikdir, heç biri öz haqqını almayıb. İnsan zöhmətinin qarşılığını almayanda yanıb, tökülür. Belə olur ki, sənət adamları dərdə düşür də”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər