Səməd Səmədovun bacısı və baldızı koronadan vəfat etdi

Səməd Səmədovun bacısı və baldızı koronadan vəfat etdiXalq artisti Səməd Səmədovun bacısı və baldızı koronavirusdan dünyasını dəyişib.

Kult.az xəbər verir ki, müğənni bu haqda "MTV Azərbaycan"a açıqlamasında deyib. O bildirib ki, COVİD-19 ondan əzizlərini alıb:

"İndi-indi dirçəlməyə başlamışıq. Bacımı və baldızımı itirdim".

İfaçı pandemiya ərəfəsində avtomobilini satdığını söyləyib. O bildirib ki, təzə maşını sataraq, əvəzində köhnə və ucuzunu alıb.