Baloğlan Əşrəfov vəfat etdi
Dərc olunub:
27-04-2021, 03:14
Azərbaycanın Əməkdar artisti Baloğlan Əşrəfov dünyasını dəyişib.
Avrasiya.net xəbər verir ki, bu barədə şair Vüqar Əhməd məlumat yayıb.
Qeyd edək ki, Baloğlan Əşrəfov bir müddət əvvəl yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmuşdu və öz evində müalicə alırdı.
Allah rəhmət eləsin!