Sizin Reklam Burada

Məhkəmə müğənniyə bəraət verdi

Məhkəmə müğənniyə bəraət verdiXuliqanlıqda təqsirləndirilən müğənni Elnar Xəlilov və dostu Müşfiq Ələkbərovun cinayət işi üzrə Xəzər Rayon Məhkəməsində keçirilən məhkəmə prosesi başa çatıb.

Avrasiya.net xəbər verir ki, sonuncu iclasda ittiham olunan şəxslərə hökm oxunub.

Hökmə əsasən, E.Xəlilova bəraət verilib, M.Ələkbərov isə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Bundan narazı qalan iş üzrə zərərçəkmiş Anar Qurbanov apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib.

Hazırda şikayət və protestə Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə baxılır. İlk iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə prosesi aprelin 1-də davam etdiriləcək.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, müğənni E.Xəlilov yerli televiziya kanallarının birində hava limanında özünün də iştirakçısı olduğu bir faktı təhrif edərək ictimailəşdirib: “Həmin verilişin tamaşaçıları arasında çaşqınlıq yaranmaması üçün müğənninin qeyd etdiyi insident barədə məlumat verməyi zəruri hesab edirəm. Belə ki, 2019-cu il oktyabrın 22-də gecə saat 02:30-da Elnar Xəlilovla dostu Müşfiq Ələkbərov Heydər Əliyev adına Beynəlxalq Hava Limanının qarşısındakı dayanacaqda avtomobillərini park edərkən digər sürücü Anar Qurbanovla aralarında yaranmış mübahisə nəticəsində əlbəyaxa dava ediblər. Bu zaman Elnar Xəlilov və Müşfiq Ələkbərov Anar Qurbanovun baş və sifət nahiyəsinə əl və ayaq zərbələri ilə xəsarətlər yetirərək şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq ediblər”.

Faktla bağlı Hava Nəqliyyatında Polis İdarəsində araşdırma aparılıb və Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

E.Xəlilova və M.Ələkbərova qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan olunub və barələrində başqa yerə getməmək haqqında intizam qətimkan tədbiri seçilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər