Sizin Reklam Burada

Sibel Canın eks-sevgilisi vəfat etdi

Sibel Canın eks-sevgilisi vəfat etdiTürkiyədə məşhur model olan Karahan Çantay Taylandda avtomobil qəzası zamanı həyatını itirib.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kimsəsiz qalan Çantayın cəsədi iki gün morqda saxlanılıb.

"Mister Turkey 95" seçilən keçmiş model türkiyəli müğənni Sibel Canın eks-sevgilisi olub. O zaman Hakan Uralla evli olan Sibel Canın Karahan Çantayla hoteldən birgə çıxması onların gizli eşq yaşamaları iddialarını daha da gücləndirib. Əlində bu gizli münasibətlə bağlı videonun olmasını iddia edən başqa bir model Cem Kuzunun Sibel Candan şantajla külli miqdarda pul qopardığı dedi-qoduları yayılıb.

Hakan Uralla Sibel Can bu iddiaları rədd etsələr də, uzun sürən söz-söhbətlər onların evliliyinə son qoydu. Bir müddət seriallarda, kliplərdə, reklamlarda çəkilən model bu hadisələrdən sonra Türkiyədən ABŞ-a köçərək taksi sürücüsü, oradan da Taylanda köçərək riyaziyyat müəllimi işləyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər