Sizin Reklam Burada

"Avroviziya" da Azərbaycanı Əfəndi təmsil edəcək

"Avroviziya" da  Azərbaycanı Əfəndi təmsil edəcəkİctimai Televiziya və Radio Yayımları Şirkəti "Avroviziya-2021" Beynəlxalq Mahnı Müsabiqəsi üçün musiqi qəbulunu başa çatdırıb.

İTV-də Avrasiya.net-ə verilən məlumata görə, müsabiqənin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri İsa Məlikovun bildirdiyinə görə, seçim mərhələsinə yerli və xarici müəlliflərdən 229 kompozisiya təqdim olunub.

"Komandamız hər bir mahnını layiqincə qiymətləndirmək üçün onaların hər birini bir neçə dəfə dinlədi. Onların arasında həqiqətən gözəl kompozisiyalar var idi, onlardan altı ən yaxşısı bizim şort-listimizə düşmüşdü. Hər zaman olduğu kimi, janrdan asılı olmayaraq, gözəl və peşəkar mahnı axtarmağa çalışdıq. Lakin bu il də ilk növbədə biz onun ifaçı ilə nə dərəcədə uzlaşacağını nəzərə alırdıq", - deyə bəstəkar və prodüser İsa Məlikov qeyd edib.

Nümayəndə heyətinin rəhbəri bildirib ki, Avropa Yayım Birliyinin (AYB) tələblərinə uyğun olaraq, hər bir mahnının müddəti 3 dəqiqədən çox olmamalıdır. Seçim prosesinə əsasən, mahnı növbəti mərhələdə müxtəlif ölkələrdən olan 50-dən çox "Avroviziya" mütəxəssisindən ibarət beynəlxalq fokus-qrupunun səsverməsi əsasında seçiləcək.

Mahnının rəsmi təqdimatı martın ikinci həftəsində baş tutacaq. Müsabiqədə ölkəmizi müğənni Əfəndi təmsil edəcək.

Bu il "Avroviziya" mahnı müsabiqəsinin yarımfinal mərhələsinin Mayın 18-i və 20-də, final mərhələsinin isə Mayın 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcəyi planlaşdırılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər