Məşhur rus aktyoru koronadan öldü
Dərc olunub:
2-01-2021, 17:44
Məşhur rus aktyoru Vladimir Korenev vəfat edib.
Avrasiya.net xəbər verir, bu barədə aktyorun həyat yoldaşı Alevtina Koreneva məlumat yayıb.
O bildirib ki, 81 yaşlı xalq artisti Vladimir Korenev koronavirusdan ölüb.
Qeyd edək ki, Vladimir Korenev “Amfibiya adam” filmi ilə məşhurlaşıb.