Sizin Reklam Burada

Meyxanaçı Samirə Yusifqızı pulsuzluqdan taksi sürməyə başladı -

Meyxanaçı Samirə Yusifqızı pulsuzluqdan taksi sürməyə başladı -Pandemiya ərəfəsində ciddi maddi sıxıntılar yaşayan meyxanaçı Samirə Yusifqızı karantin sərtləşdikdən sonra vəziyyətinin daha da çətinləşdiyini bildirib.

Avrasiya.net xəbər verir ki, o, Yenisabah.az-a pul qazanmaq üçün taksi sürdüyünü deyib:

“Vəziyyət yaxşı deyil. Taksi sürürəm, elə bu dəqiqə taksidəyəm, müştəri aparıram. Artıq sürücülük etməyə başladım, vəziyyət belədir. Bundan sonra nə edəcəyimi bilmirəm. Yalnız düşünürəm ki, maşının gündəlik icarə pulunu necə verim, necə benzin töküb şəhərə çıxım ki, axşam evimə 5 manat pula apara bilim. Hələ ki, başqa heç nə fikirləşmirəm”.

59 yaşlı sənətçi bir müddət əvvəl satışa çıxardığı evinin hələ də satılmadığını qeyd edib:

“Əhmədlidəki evimi satışa qoymuşdum. O da hələ satılmayıb. Heç olmasa o satılsaydı, borclarımın bir qismini ödəyərdim”.

Xatırladaq ki, S.Yusifqızı bir müddət əvvəl pulsuzluqdan sosial şəbəkə hesabında kürk, dəri gödəkcələrini satışa çıxarmışdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər