Sizin Reklam Burada

Səməd Vəkilovun yeni kitabı şəhidlərimizə itihaf edilib

Səməd Vəkilovun yeni kitabı şəhidlərimizə itihaf edilibHüquqşünas Səməd Vəkilovun “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması (milli və beynəlxalq qanunvericilik sistemində)” kitabı çapdan çıxıb.

Kitab Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycan xalqının qeyri-maddi mədəni irsinə yönəlik təhdidlərin aradan qaldırlması” layihəsi çərçivəsində AMEA-nın Folklor İnstitunun 07.02.2020-ci il tarixli Elmi Şurasının Qərarı ilə (Prtokol №1) cap olunub.

Kitab Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əsasını təşkil edən folklorunun (qeyri-maddi mədəni irsin) hüquqi qorunmasından bəhs edir. Kitabda folklor nümunələrinin mühafizəsi, tədqiqi və gələcək nəsillərə çatdırılması problemi milli və beynəlxalq qanunvericilik konteksində araşdırılıb.

Kitabın elmi redaktorları professor Seyfəddin Rzasoy, ədliyyə nazirinin keçmiş birinci müavini hüquqşünas Aydın Kərimov, məsləhətçisi İctimai Televiziyanın Yayım Şurasının üzvü, folklorşünas Sevil Yusifovadır.

Kitab Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş milli iftixarımız olan Azərbaycan əsgərlərinə itihaf edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər