“Qoy həmişə sülh olsun!” mövzusunda onlayn rəsm müsabiqəsinə yekun vurulub
1 – 18 sentyabr 2020-ci il tarixlərdə Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında 21 Sentyabr “Beynəlxalq Sülh günü”nə həsr olunmuş “Qoy həmişə sülh olsun!” mövzusunda onlayn rəsm müsabiqəsi keçirilib. 21 sentyabr – 21 avqust tarixlərdə respublikanı əhatə “Sülh aylığı” çərçivəsində keçirilən müsabiqədə rayon ümumtəhsil məktəblərinin 40-a yaxın şagirdi iştirak edib.
Müsabiqə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı"nın 5.10.4. yarımbəndinin icrasının təmin olunması, “Beynəlxalq Sülh günü”nə diqqəti cəlb etmək, uşaq və yeniyetmələrə sülh mədəniyyəti, həmrəylik, beynəlmiləlçilik ideyalarına hörmət ruhu aşılamaq, istedadlı uşaq və yeniyetmələri üzə çıxartmaq və bu sahədə onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək olmaq məqsədi daşıyıb.
Şagirdlər tərəfindən çəkilən rəsmlərdə onların sülhün qorunması, zorakılıqsız və müharibəsiz həyat, dünyanın bütün xalqlarının sülh və əmin-amanlıq şəraitində yaşaması kimi arzuları əks etdirilib.
Münsiflər heyətinin qiymətləndirilməsinə əsasən uşaqlar arasında Zarat kənd tam orta məktəbin şagirdi Şahbazlı Ayşən I, Məşrif kənd tam orta məktəbin şagirdi Səmədova Mahnur II, Böyük Həmyə kənd tam orta məktəbin şagirdi Nəzərov Hacı III yerə layiq görülüb. Yeniyetmələr arasında isə şəhər 2 saylı tam orta məktəbin şagirdi Allahverdiyeva Xədicə birinci, Böyük Həmyə kənd tam orta məktəbin şagirdi Umudova Fatimə ikinci, şəhər 1 saylı tam orta məktəbin şagirdi Novruzova Ləman üçüncü olub. Müsabiqənin qalibləri onlayn fəxri fərmanlarla təltif ediliblər.
#Bizbirlikdəgüclüyük #QoyHəmişəSülhOlsun #Sülhaylığı #BeynəlxalqSülhGünü #rəsmmüsabiqəsi #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz