02 iyl 11:07medeniyyet

“Əngəl sərhəd tanımaz!” adlı virtual fotosərgi təşkil olunub - Siyəzəndə

“Əngəl sərhəd tanımaz!” adlı virtual fotosərgi təşkil olunub - SiyəzəndəSiyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə iyulun 2-də əlil və fiziki məhdudiyyətli gənclərin təsviri sənət əsərləri və əl işlərindən ibarət “Əngəl sərhəd tanımaz!” adlı virtual fotosərgi təşkil olunub.

Avrasiya.net xəbər verir ki, iyun ayının sonlarında Gənclər Mərkəzində təşkil edilməsi planlaşdırılan sərginin mövcud vəziyyət nəzərə alınaraq, virtual keçirilməsi qərara alınıb. Belə ki, sərgiyə təqdim olunmuş əl işləri Gənclər və İdman İdarəsinin sosial şəbəkələrdəki media hesabları vasitəsilə nümayiş etdirilib.

Sərginin təşilində əsas məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.2.8. yarımbəndinin icrasını təmin etmək, fiziki məhdudiyyətli gənclərə mənəvi dəstək olmaq, onların ictimai-mədəni həyatda iştirakını təmin etmək, əlilliyi olan istedadlı insanların bacarıqlarını cəmiyyətə nümayiş etdirmək, onların cəmiyyətə mümkün qədər çox inteqrasiya etmələrinə köməklik göstərmək və yaradıcılıqlarını inkişaf etdirmək üçün stimul verməkdir. Sərgidə əlil və fiziki məhdudiyyətli gənclərin təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika, toxuculuq və dizayn sahələrini əhatə edən əl işləri yer alıb. Gənclər və İdman İdarəsi sizi virtual sərgini izləməyə dəvət edir.

#evdəqal #Bizbirlikdəgüclüyük #məsafəsaxla #ƏngəlSərhədTanımaz #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.