12 may 15:22medeniyyet

“Biz birlikdə güclüyük!” mövzusunda online rəsm müsabiqəsinə yekun vurulub - Siyəzəndə

“Biz birlikdə güclüyük!” mövzusunda online rəsm müsabiqəsinə yekun vurulub - SiyəzəndəYeniyetmə və gənclər arasında COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr edilmiş “Biz birlikdə güclüyük!” mövzusunda online rəsm müsabiqəsinə yekun vurulub.

Siyəzən Rayon Gəncər və İdman İdarəsinin Təhsil şöbəsi ilə birgə təşkil etdiyi müsabiqəyə 40-a yaxın əl işi (https://www.facebook.com/permalink.php?story_fbid=3487913801223746&id=813423682006118&__tn__=-R) təqdim olunub.

Müsabiqənin keçirilməsində əsas məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.3 yarımbəndinin icrasının təmin etmək, ölkə başçısının “Biz birlikdə güclüyük!” şüarına dəstək olmaq, pandemiya zamanı xalqımızın nümayiş etdirdiyi milli birlik və həmrəylik duyğularını, səhiyyə işçilərinin və hüquq mühafizə orqanlarının əməkdaşlarının göstərdikləri fədakarlığı təbliğ etmək, yeniyetmə və gənclərin evdə olduqları müddətdə öz yaradıcılıqlarını inkişaf etdirməsinə dəstək vermək, istedadlı və qabiliyyətli yeniyetmə və gəncləri aşkara çıxarmaq, həmçinin onların asudə vaxtlarını səmərəli və faydalı təşkil etməkdir.

Mayın 12-də yekun vurulan müsabiqədə münsiflər heyətinin qərarına əsasən şəhər 3 saylı tam orta məktəbin şagirdi Əsgərova Aişə I, Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdi Adilov Nicat II, şəhər 2 və 3 saylı tam orta məktəblərin şagirdləri Əliyeva Aytac və Ağamalıyev İsgəndər III yerə, şəhər 1 saylı tam orta məktəbin şagirdi Əsədova Səbinə, şəhər 2 saylı tam orta məktəbin şagirdi Rəsulova Nərmin, şəhər 3 saylı tam orta məktəbin şagirdləri Babayeva Dilşad, Ağayeva Fatimə və Babayeva Züleyxa, Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdi Abasəliyeva Şadxanım həvəsləndirici yerlərə layiq görülüblər. Qaliblərin xüsusi karantin rejimi bitdikdən sonra mükafatlandırılması nəzərdə tutulmuşdur.
#evdəqal #Bizbirlikdəgüclüyük #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz #Gənclərsiyasəti #GəncLİNK
“Biz birlikdə güclüyük!” mövzusunda online rəsm müsabiqəsinə yekun vurulub - Siyəzəndə
“Biz birlikdə güclüyük!” mövzusunda online rəsm müsabiqəsinə yekun vurulub - Siyəzəndə
“Biz birlikdə güclüyük!” mövzusunda online rəsm müsabiqəsinə yekun vurulub - Siyəzəndə
“Biz birlikdə güclüyük!” mövzusunda online rəsm müsabiqəsinə yekun vurulub - Siyəzəndə
“Biz birlikdə güclüyük!” mövzusunda online rəsm müsabiqəsinə yekun vurulub - Siyəzəndə
“Biz birlikdə güclüyük!” mövzusunda online rəsm müsabiqəsinə yekun vurulub - Siyəzəndə
“Biz birlikdə güclüyük!” mövzusunda online rəsm müsabiqəsinə yekun vurulub - Siyəzəndə
“Biz birlikdə güclüyük!” mövzusunda online rəsm müsabiqəsinə yekun vurulub - Siyəzəndə
XƏBƏR LENTİ
SORĞU