Sizin Reklam Burada

Telekanallarımızın Azərbaycn kinosu dərdi

Telekanallarımızın Azərbaycn kinosu dərdiBelə görünür ki, (bu ifadə indiki halda həm məcazi, həm də müstəqim anlamdadı, çünki söhbət ən kütləvi vizual sahə olan televiziyadan gedir) teleməkanımızda faktura və fabula yenilənmələri gözlənilir. Televiziyanı “çağırılmamış qonaq” da adlandırırlar. Amma bu “çağırılmamış qonağın” kino adlı hər zaman hər kəs tərəfindən arzulanan "yoldaşı" da var. Bu barədə bir qədər sonra sözümüzə davam edəcəyik. Hələlik isə bildirək ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən 12 ümumrespublika televiziya kanalını təmsil edən 9 media qurumu televiziya industriyasının inkişafı istiqamətində birgə fəaliyyət üçün Anlaşma sənədi imzalayıb.
Milli Televiziya və Radio Şurasından verilən məlumata görə, televiziya kanallarının rəhbərləri tərəfindən imzalanmış razılaşma MTRŞ tərəfindən ölkənin televiziya məkanında ciddi islahatların başlanğıcı kimi qiymətləndirilməlidir.
Yaxın iki həftə ərzində Milli Televiziya və Radio Şurası kabel şəbəkə operatorları, IP TV xidmət provayderləri, radio kanallar, reklam agentlikləri, telekanallar üçün video kontent istehsalçıları, həmçinin, dövlət strukturları və Milli Məclis üzvləri ilə əlavə məsləhətləşmələr apararaq Azərbaycanın audiovizual industriyasının inkişafı konsepsiyasının yaradılması üzərində işə başlayacaq.

Milli Televiziya və Radio Şurasının Aparat rəhbərinin səlahiyyətlərini icra edən Fazil Novruzov Azərbaycan Kinematoqrafçılar İttifaqının saytına bildirdi ki, bu istiqamətdə iş aparılır, təkliflər nəzərdən keçirilir və media qurumlarının gələcək fəaliyyəti ilə bağlı konsepsiyanın detalları dəqiq müəyyənləşəndə ictimaiyyətə açıqlanacaq.
İndi isə kino haqqında. Fazil bəydən xəbər aldıq ki, yeni konsepsiyada telekanallarımızda Azərbaycan filmlərinin müəllif hüquqları gözlənməklə nümayişinin intensivləşləşdirilməsinin yeni konsepsiyada əks olunub-olunmayacağını xəbər aldıq.

F.Novruzov telekanallarda Azərbaycan filmlərinin nümayişinin intensivləşdirilməsi və film istehsalçılarına qonorarın ödənilməsinin nəzərdə tutulması birmənalı şəkildə yalnız telekanal rəhbərlərinin səlahiyyətində olan məsələdir.

F.Novruzov: "Milli Televiziya və Radio Şurası telekanallara hansı filmləri nümayiş etdirməli olması barədə göstəriş vermək səlahiyyətində deyil. Biz yalnız televiziya kanallarının fəaliyyətində qanunvericilikdən kənar təzahürlərin qarşısını almaq səlahiyyətinə malik təşkilatıq".
Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının İdarə Heyətinin sədri, kinorejissor və kinossenarist Hüseyn Mehdiyev Azərbaycan filmlərinin nümayişi intensivliyinin, filmlərin müəlliflərinə qonorarın verilməsi vacibliyinin konsepsiyada necə əks oluna biləcəyi barədə fikirlərini bölüşdü:

"Təbii ki təşəbbüs yaxşı təşəbbüsdü. Daha öncə bu yöndə fəaliyyətsizlik müşahidə olunurdu. Ümid edək ki, yeni konsepsiya qüvvəyə minəndən sonra haqqında danışdığımız məsələ öz həllini daha doğru şəkildə tapacaq. Konsepsiyanın hazırlanma mərhələsinə aid məlumatda audiovizual məhsulların müəllifləri haqqında heç bir qeydin olmaması yəqin ki, anlaşılmazlıqdan irəli gəlib. Çünki danmaq olmaz ki, telekanalların efirinin 90%-ni xəbərləri çıxmaq şərtilə məhz müəlliflik hüququnun obyektləri olan məhsullar təşkil etdiyi üçün müvafiq dəqiq, konkret münasibət tələb edir.

Niyə telekanallarımız Azərbaycan filmlərini az nümayişləyirlər? Çünki əcnəbi filmlərlə efiri “doldurmaq” sərfəlidir, lisenziya almırlar, qanunsuz göstərirlər... Dublyajın səviyyəsindən isə danışmağa dəyməz, filmin mətninin başına nə oyun açırlar Allah bilir – nəzarət yox, yoxlayan yox. Həm də yayıma görə qonorar söhbəti aparan olmayacaq. Azərbaycan filmlərinin müəllifləri və ya müəlliflərinin varisləri isə yaxın çevrədədir və onların hüquqlarını qanun çərçivəsində tələb edə bilən təşkilat var – o da bizim təşkilatdır. Əlbəttə ki, telekanalların əcnəbi filmlərin "pirat" versiyaları ilə dolması ölkəmizin imicinə böyük zərbə vurur, biz bunun təzahürünü iştirak etdiyimiz beynəlxalq tədbirlərdə görürük. Telekanal rəhbərləri unudurlar ki, onların efiri audiovizual məhsulların böyük bir bazarıdır. Onlar bunun nüfuzunu anlamalıdırlar. Bu bütün dünyada belədir. Filmlərin böyük ekran həyatı ilə yanaşı teleekran həyatı da var. Teleşirkət rəhbərləri elə məbləğdə vəsait ödəyib o filmləri alıb yayımlayırlar ki, bizdəki məbləğin adını çəkmək xəcalət hissi doğurar. Bir müddət öncə filmlərin qiymətini artırmaq istədik. Telekanallar dərhal bizdən üz döndərdilər. Hətta bizdən şikayət edəcəkləri ilə hədələdilər. Halbuki filmlərin nümayişinə görə çox gülünc məbləğdə qonorar ödədiklərinə görə şikayət edilməli tərəf onlardır.

Bu karantin günlərində görürsüz filmlərimizi necə yayımlayırlar? Bilirsiz niyə? Havayıdır ona görə... Hər bir yerli telekanal Azərbaycan filmlərini daha çox nümayişləməkdə, müəlliflərinə layiqli qonorar ödəməkdə maraqlı olmalıdır. Çünki bizim filmlərin reytinqi sabitdir və onların yayımlanması da telekanalın reytinqinə ancaq müsbət təsir göstərə bilər. Müəllif hüquqlarının qorunmaması, qonorarların ödənilməməsi səbəbindən biz bir neçə telekanalı məhkəməyə vermişik. Qanunla telekanal hər hansı filmi efirə verəndən əvvəl onun hüquqi varisini tapıb müqavilə bağlayıb icazə almalıdır. Bizimkilər bu proseduru tam tərsinə döndəriblər - audiovizual məhsuldan yararlanırlar, müəlliflik hüququ iddiası qaldıran tapılanda isə min hoqqa ilə qanundan yayınırlar.

Halbuki Azərbaycan Respublikasının qanunlarında bütün bu məsələlər çox aydın şəkildə əks olunub. Milli Televiziya və Radio Şurasının yeni konsepsiyasında bu məqam mütləq qabardılmalıdır. Konsepsiya müəllifləri unutmamalıdırlar ki, telekanalların efirinin 90%-i müəllif işlərindən ibarətdir. İstər televiziya verilişləri, istət tv filmləri, kinofilmlər, reklamlar, musiqili kliplər və c. - bunlar hamısı audiovizual məhsullardır, onların əsas yaradanları var, o da müəlliflərdir və onların hüquqları qanunla qorunur. Qanunların icrasını təmin etmək üçün isə MTRŞ ilk öncə tv kanalların yayımına lisenziya verilməsi qaydalarına düzəlişlər etməlidir. Yayımçılar tərəfindən tv yayımına lisenziya almaq üçün təqdim olunan sənədlərin arasında müəlliflərin əmlak hüquqlarının kollektiv idarəçiliyini həyata keçirən təşkilatlarla bağlanmış müqavilələrin də olması vacibdir. Elementar olaraq, audiovizual məhsulun yaradıcı heyətinin hər bir üzvü qonorar almalıdır.

Bir sözlə, milli audiovizual məhsullarımızın təbliği və onların yaradıcılarının müəlliflik hüququ bir nömrəli məsələ olmalıdır. Çünki hər hansı audiovizual məhsul yüksək reytinq yığırsa bu onun bədii dəyərindən, tamaşaçıya təsir qüvvəsindən xəbər verir. Bunlar isə müəllifin əqli və fiziki zəhməti olmadan ərsəyə gələ bilməz. Hər bir zəhmət layiqincə dəyərləndirilməlidir. Yetər ki, qanunlar pozulmasın. Bir məqama da toxunmaq istəyirəm ki, göründüyü kimi MTRŞ-in yeni rəhbərliyi öz fəaliyyətinə peşəkarcasına yanaşır və bu sevindirici haldır. Amma dostlarımıza daha diqqətli olmağı tövsiyə edirəm, çünki mediada gedən informasiyada "həmçinin dövlət strukturları və Milli Məclis üzvləri ilə əlavə məsləhətləşmələr apararaq Azərbaycanın audiovizual industriyasının inkişafı konsepsiyasının yaradılması üzərində işə başlayacaq" ifadəsi MTRŞ-in səlahiyyətlərinə aid olmayan məsələdir."

Azərbaycan Kinematoqrafçılr İttifaqının katibi Əli İsa Cabbarov MTRŞ-nin təşəbbüsünün sevendirici hall olduğunu bildirdi: Bu tədbir yeni rəhbərliyinin vəzifələrinə məsuliyyətli ynaşmanın nəticəsidir. Bununla yanaşı telekanallara yerli filmlərin nümayişi siyasətindən Azırbaycan Kinematoqrafçılar İttifaqı olaraq çox narahatıq. Qonşu ölkələrimiz Rusiya və Türkiyə kanallarını izləyirik, efirin tam əksəriyyəti yerli filmlərdir. Bizdə isə tam əksinədir. 120 illik tarixi ərzində milli filmlərimizn ən 40-50 faizi ya tele-nümayiş üzünə həsrətdir və ya az sayda nümayiş olunub. Müstəqillik illərində çəkilmiş onlarla film tv premyerasını etməyib. Telekanallarımızın ümumiyyətlə kino nümayişı konsepti yoxdur. Yerli film istehsalı fədakar insanların əməyi nəticəsində iqtisadiyyatımızın real sektoruna çevrilib, gəlir gətirməyə başlayıb. Bu inkişafda olan sahəni, xüsusilə pandemiyadan sonrakı dövrdə telekanallar dəstəkləməlidirlər.

Həm nümaiş sayını artırmalı, hə də varislərə ödəmələri çoxaltmalıdırlar. Xüsusilə dövlət büdcəsində olan telekanallarımızın millii filmlərin nümayişi əvəzinə ödədiyi məbləğ, onların illik büdcləri ilə müqayisədə fantastik dərəcədə azdır. Kinematoqrafçılar İttifaqı olaraq telekanallarımızı milli fimlərimizn təəssübkeşi olmağa və dəstəkləməyə çağırırq, MTRŞ –yə üzümü tutub telekanallara yerli filmlərin nümayişinə minimal kvotanın qoyumasını təklif edərdim. Bu filmlərimizn nümayin sayını artırardı. Başqa tərəfdən yerli filmlərimiz az nümayişi xarici filmlərin pirat nümayişi ilə bağlıdır.

Amerikan film istehsalçıları Moskva film Festivalını boykot edəndən sonra Rusiya kanalları xarici filmlərin pirat nümayişini ləğv etməli oldu və yerli filmlərin istehsalı və nümayişi dəfələrlə artdı. Bəzi hallarda filmləri istehsal edən telekanalların özləri idi. Bu səbəbdən MTRŞ və mümkün ki, AR Əqli Mülkiyyət Agentliyi ilə birlikdə telekanallarımızda xarici filmlərin pirat nüayişinə son qoymaq üçün sərt tədbirlər görməlidir. Hazırlanması nəzərdə tutulan konsepsiyada bu problemlərin nəzərdə tutulması çox vacibdir.

Azərbaycan Kinematoqrafçılar İttifaqı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər