Sizin Reklam Burada

Lider TV bütün əməkdaşlarını işdən kənarlaşdırıb

Lider TV bütün əməkdaşlarını işdən kənarlaşdırıbTelekanal əməkdaşları Musavat.com-a məlumat veriblər. Onların bildirdiyinə görə, kanal rəhbərliyi onlara öz hesablarına üç aylıq məzuniyyətə çıxmaları barədə ərizə yazmalarını tapşırıb. Telekanal əməkdaşları da bu tapşırığa sözsüz əməl etmək zorunda qalıblar. İşçilərdən ancaq texniki heyətin kiçik bir qismi saxlanılıb. Bütün layihələr dayandırılıb, efir isə köhnə veriliş və filmlərlə doldurulacaq. İşdən çıxarılan şəxslər artıq digər telekanallara, media qurumlarına iş üçün müraciət ediblər. Çünki onlara yenidən kanala qaytarılmayacaqları bildirilib.

Redaksiyaya xəbər verən telekanal əməkdaşlarının sözlərinə görə, bu qəfil qərarın verilməsinə səbəb Lider TV-dəki maliyyə problemləridir. Rəhbərlik telekanalın büdcəsini düzgün idarə edə bilmədiyi üçün çıxış yolu olaraq işçiləri işdən kənarlaşdırmağı uyğun bilib. Prosesin nə ilə yekunlaşacağı, telekanal rəhbərliyinin əl dəyişdirib-dəyişdirməyəcəyi isə suallar sırasındadır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər