Sizin Reklam Burada

Afaq Bəşirqızı ilə bağlı sənət adamları birgə bəyanat yaydı

Afaq Bəşirqızı ilə bağlı sənət adamları birgə bəyanat yaydı
Tanınmış sənət adamları Xalq artisti Afaq Bəşirqızına dəstək kampaniyası başladıblar.

Avrasiya.net xəbər verir ki, Tahir İmanov, Dilarə Əliyeva, Oqtay Əliyev, Ramiz Fətəliyev, Tünzalə Ağayeva, Ənvər Sadıxov, Zülfiyyə Xanbabayeva, Mənsum İbrahimov, Elçin Həşimov, Elnur Əhmədov və Eyyub Yaqubov aktrisanın işlətdiyi bir ifadəyə görə ona qarşı səsləndirilən sərt ittihamlara etiraz bildiriblər:

"Son günlər əfsanəvi aktrisamız, gülüş ustamız, hər zaman xalqının qeydinə qalan, onlara görə haqq səsini ucaldan, maddi və mənəvi cəhətdən sənət aləmində olan insanlara köməyini əsirgəməyən Afaq Bəşirqızına qarşı çox çirkin oyunlar aparılır. Efirdə olduğundan xəbərsiz olan Afaq xanımın səs yazısı, hansı ki, ümumiyyətlə, demək olar ki, çətinliklə eşidilir, bunu bilərəkdən yayıb, onu ləkələməyə çalışırlar. Afaq xanım heç bir zaman tamaşaçıya hörmətsizlik etməyib.

Biz sənət insanları xahiş və tələb edirik ki, illərini, həyatını Azərbaycan incəsənətinə və mədəniyyətinə həsr edən, bu yolda sağlamlığını belə itirən Afaq xanımın şərəf və ləyaqətini tapdalamağa cəhd edənlər cinayət məsuliyyətinə cəlb olunsunlar!!!! İmkan verməyək ki, nadanlar xalqımızın dəyərli sənətkarının adına xələl gətirsin! Afaq xanım, Sizi sevirik!"

Xatırladaq ki, Afaq Bəşirqızının ARB televiziyasında yayımlanan “Elgizlə izlə” verilişinin aparıcısı Elgiz Əkbərin şəxsi telefonuna zəng edərək nalayiq ifadələr istifadə etməsi bir neçə gündür ki, gündəmi zəbt edib. İstər mediada, istərsə də sosial şəbəkələrdə müzakirələrə səbəb olan hadisə insanları iki hissəyə ayırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər