Sizin Reklam Burada

Tanınmış teatrşünas-tənqidçi “Sənətə dəstək ol” adlı xeyriyyə aksiyasına qoşuldu

Tanınmış teatrşünas-tənqidçi “Sənətə dəstək ol” adlı xeyriyyə aksiyasına qoşuldu
Xəbər verildiyi kimi “Kreativ Azərbaycan” portalı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi və “Azəri Ekspress” şirkətinin tərəfdaşlığı ilə “Sənətə dəstək ol” adlı xeyriyyə aksiyasına start verib. Artıq keçirilən bu aksiyaya teatrşünas-tənqidçi Anar Burcəliyev də qoşulub. Bu barədə teatrşünas-tənqidçi Anar Burcəliyev öz facebook sosial şəbəkəsində paylaşım edib.

Bu barədə məlumat verən teatrşünas-tənqidçi bildirib ki, “Bu gün bütün dünyanı bürüyən ağlasığmaz pandamiya öz zərərini ölkəmizdə də göstərməkdədir. Belə bir çətin günlərdə “Sənətə dəstək ol” adlı xeyriyyə aksiyasının başlanılması çox uğurlu bir addımdır. Bu təşəbbüs yaradıcı insanlara dəstək üçün nəzərdə tutulub. Belə qərara gəldim ki, sənət dostlarıma və eləcə də dövlətimizin bu günlərdə virusa qarşı apardığı mübarizəyə dəstək məqsədilə mən də qoşulum.

Bu məqsədlə aksiyaya qoşularaq “Məqalələrim, ressenziyalarım, oçerklərim və müsahibələrim” (1989-2018) l-cild adlı kitabımı oxucuların ixtiyarına verirəm. Bütün qələm əhli olan sənət dostlarımı da “Sənətə dəstək ol” xeyriyyə aksiyası çərçivəsində çətin maddi vəziyyətə düşən yaradıcı insanlara dəstək olmağa çağırıram”.
Xatırladaq ki, aksiya çərçivəsində bu insanlar haqqında məlumat veriləcək və onların əsərləri sosial şəbəkələr vasitəsilə satışa çıxarılacaq.

Alınan əsərlər isə “Azəri Ekspress” şirkətinin dəstəyi ilə çatdırılacaq. Əsərləri alanlara həmçinin koronavirusla bağlı məhdudiyyətlər müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən xüsusi təşəkkür diplomu da təqdim olunacaq. Həmçinin bildirək ki, əsərləri almaq barədə razılıq haqqında məlumat sosial şəbəkədə paylaşımın altında şərh formasında və ya “Kreativ Azərbaycan” portalı ilə əlaqə saxlanılaraq (açıq və ya anonim formada) verilə bilər.
Tanınmış teatrşünas-tənqidçi “Sənətə dəstək ol” adlı xeyriyyə aksiyasına qoşuldu
Aksiya çərçivəsində əlaqələndirmə xidməti təmənnasız olaraq “Kreativ Azərbaycan” portalı tərəfindən həyata keçiriləcək. Əlavə məlumat və suallarla bağlı “Kreativ Azərbaycan” portalı ilə əlaqə saxlamaq olar.

facebook.com/creative.az,
instagram.com/kreativaze
[email protected]

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər