Sizin Reklam Burada

“Rusiyanın görkəmli azərbaycanlıları” adlı müsabiqəsinin seçim mərhələsinin vaxtı uzadıldı

“Rusiyanın görkəmli azərbaycanlıları” adlı müsabiqəsinin seçim mərhələsinin vaxtı uzadıldıAzərbaycan Kinematoqrafçılar İttifaqı və A. M. Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu ilə birgə “Rusiyanın görkəmli azərbaycanlıları”adlı ssenari müsabiqəsinə start verdiyi barədə məlumat vermişdik.

Xatırladaq ki, ssenarilərin qəbul müddəti 20 May 2020-ci ilədək uzadıldı.

Müsabiqənin məqsədi uzun illərdir ki, Rusiyada yaşayıb-yaradan görkəmli azərbaycanlıların həyat yolununun səlnaməsini yaratmaq, gənc nəslə onların nailiyyətlərini çatdırmaqdan ibarətdir.

Müsabiqənin şərtləri:

Sənədli filmlərin ssenariləri (52 dəqiqədən çox olmamaq şərtilə) kinoesse, kinoportret, kino araşdırması janrlarında, XIX-XX əsrlərdə Rusiyada yaşayıb-yaratmış görkəmli azərbaycanlıların taleyindən bəhs etməlidir.

Ssenarilər Azərbaycan və rus dillərində qəbul edilir.

Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdı.

Ssenarilər 20 May 2020-ci ilədək elektron formada [email protected] ünvanına göndərilməlidir.

Münsiflər heyəti tərəfindən müəyyənləşdirilən qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəklər.

Azərbaycan Kinematoqrafçılar İttifaqı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər