Sizin Reklam Burada

Aşıqlar Birliyinin sədri vəfat etdi

Aşıqlar Birliyinin sədri vəfat etdi
Gürcüstan Aşıqlar Birliyinin sədri, ictimai xadim, tanınmış şair- publisist Osman Əhmədoğlu vəfat edib.

“Mirvari Dilbazi Məclisi”nin sədri Güllü Eldar Tomarlı bildirib ki, Osman Əhmədoğlu bu gün səhər saatlarında qəfil dünyasını dəyişib.

Qeyd edək ki, Osman Əhmədoğlu 1948-ci ildə Borçalı mahalında Dəmirçi Hasannı sancaqlığının Keşəli bölgəsində anadan olub. O, Babakişioğulları (Babakişilli) soyundandır. Şair "Borçalıda yanan ocaq", " Mənim söz karvanım" və digər kitabların müəllifidir. "Qeyrət" xalq hərəkatının ilk qurucularından olan Osman Əhmədoğlu Borçalıda Aşıqlar Birliyinin sədri, “Dərviş” cəmiyyətinin qurucusu və rəhbəri olub. O, həmçinin Tiflisdə nəşr olunan "Dədə Qorqud" dərgisinin sahibi və baş yazarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın "Şöhrət" ordeni ilə təltif olunmuş ilk türk şairidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər