Sizin Reklam Burada

“Mənim verilişim niyə bağlanmalıdır?” - Tolik

“Mənim verilişim niyə bağlanmalıdır?” - Tolik
Dünən Xəzər TV-də yayımlanan "Hər Şey Daxil” proqramında müğənnilər arasında yaşanan gərginlikdən sonra verilişin bağlandığı barədə xəbərlər yayılıb.

Avrasiya.net xəbər verir ki, sözügedən proqramın aparıcısı Tolik BAKU.WS-ə açıqlamasında yayılan xəbərlərin reallığı əks etdirmədiyini bildirdi.

"Mən işimdəyəm və yerimdə oturmuşam. Heç kim məni işdən çıxartmayıb. Başa düşə bilmirəm, mənim verilişim niyə bağlanmalıdır? Birazdan bazar ertəsinin anonslarını paylaşacağıq. Yalan söhbətdir".

Xatırladaq ki, proqramda qonaq olan müğənnilər Manaf Ağayevlə Mətanət Əsədova Əməkdar artist Elza Seyidcahanın "gəncləri korlayan Manaflar, Mətanətlər var” fikrinə münasibət bildiriblər. Manaf Ağayev canlı efirdə bəstəkar-müğənnini təhdid edib: "Onun oxumağı var ki? Yaxşı oxuyan olsa, toya gedər. Bu, mənim janrımdır, oxu tərzimdir. Fəxr edirəm ki, oxuyuram. Elza xanım, sizə heç nə demirəm. Çünki kişiyəm. Kaş, sizin yerinizə bu sözü hansısa kişi deyərdi. Onu həmin gecə yoluna qoymuşdum. Yediyim çörəyə tüpürmürəm, sizin evinizdə olmuşam. Qadınla nə danışım? Ona nə deyim?”

Əməkdar artist Elza Seyidcahan verilişə zəng edərək ona cavab verib: "Koronavirus necə yayılıbsa, musiqidə də elə virus yayılıb. Siz də musiqidə koronavirusa düşmüsünüz. Həm kişilər kişisiyəm, həm xanımlar xanımıyam. Manaf, mənimlə kişi kimi danışırsınızsa, hara deyirsiz gəlim, danışın".

Onun bu sözləri Mətanəti əsəbiləşdirib və Əməkdar artistlə tərbiyəsiz tərzdə danışıb: "Bir dəqiqə, ay qız. Onun səsini kəsin. Danışma Elza, telefonu söndür. Səsini bağla, onu eşitmək istəmirəm. Ulaq özünsən. Ya durub gedəcəm, ya saxlayın səsi. Elza, məni heç kimlə səhv salma. Bir az ehtiyatlı ol. Ayıb olsun sənə. Bəstəkar, Əməkdar artist adın sənə haram olsun. Utanmırsan, ulaqdan, atdan danışırsan? Hələ ki, səni ulaq yerinə qoyub çırpırlar. Ağıllı ol, tərbiyən olsun. Təkbətək görüş. Uzaqbaşı məni məhkəməyə verəcəksən. Amma çaşma".

M. Əsədovanın emosional çıxışından sonra efirdən onun səsi kəsilib və reklam fasiləsi verilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər