Mərkəzi Elmi Kitabxanasının yeni direktoru - FOTO
Dərc olunub:
6-03-2020, 13:30
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasına yeni direktor təyin edilib.
Akademiyadan verilən məlumata görə, Sevil Zülfüqarova AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, S.Zülfüqarova 2010-cu ildə MEK-də çalışıb. Bundan əvvəl isə o, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Kitabxana şöbəsinin müdiri işləyib.