SOCAR Xəzər TV-ni aldı - Rəsmi
Dərc olunub:
5-03-2020, 18:09
SOCAR (Dövlət Neft Şirkəti) Azərbaycanın nəhəng media holdinqi Xəzər Media Mərkəzini alıb.
Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, SOCAR Media İctimai Birliyinin sədri Xalik Məmmədov bu gün Xəzər TV-nin yeni direktoru xalq artisti Murad Dadaşovu kollektivə təqdim edib.
Xəbəri təsdiqləyən SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, SOCAR Media İB Azərbaycanda daha əvvəl də media qurumlarına dəstək verib:
"İndi Xəzər TV də SOCAR Media İctimai Birliyinin balansına daxil edilib".
Qeyd edək ki, Xəzər TV-nin bundan əvvəlki rəhbəri Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli olub.