25 dek 10:34medeniyyet

Xalq artistinin aktyor oğlu ağır durumda

Xalq artistinin aktyor oğlu ağır durumdaXalq artisti, mərhum aktyor Eldəniz Zeynalovun oğlu, İrəvan Dövlət Dram teatrının aktyoru Məmməd Zeynalovun səhhətində kəskin problemlər yaranıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Musavat.com-a danışan İrəvan Dövlət Dram Teatrının aktyoru İftixar Piriyev onun dializ xəstəsi olduğunu xatırladıb.

“Onun son vəziyyəti ilə bağlı məsələyə gəldikdə isə teatr bu halda yalnız mənəvi dəstək göstərə bilir və hər zaman dəstək göstərməkdədir. Həyat yoldaşının dediyinə görə, ona təcili böyrək köçürmək lazımdır. Bu elə bir xəstəlikdir ki, onun müalicəsinə gücümüz çatmır. Əlbəttə ki, Məmməd Zeynalova təcili kömək lazımdır. Məlum olduğu kimi, o, çox hörmətli aktyorumuzun övladıdır, üstəlik, şəxsən özünə böyük hörmət bəslədiyimiz insan, istedadlı aktyordur.

Onu da qeyd edim ki, Məmməd Zeynalovun həyat yoldaşının atası Milli Qəhrəmandır. Yəqin ki, bu da faktor ola bilər. Yaxşı olardı ki, bu cür hallarda iş adamları aktiv olsun, köməklik göstərsin”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov sualımıza bu cür cavab verdi: “Məmməd Zeynalov İrəvan Dövlət Dram Teatrında çalışır. Həmin teatrdan bizə verilən məlumata görə, bu məsələni hər zaman diqqətdə saxlayırlar”.

Qeyd edək ki, M.Zeynalovun səhhətindəki ağırlıqla bağlı xanımı İradə Zeynalova Aznyus.az-a danışıb. O qeyd edib ki, Məmməd hər an ölə bilər:

“Qohumlardan bizə kömək yoxdur, heç kəs böyrəyini vermək istəmir. Mən özüm onkoloji xəstəyəm. Böyrəyimi vermək istəyirəm, amma həkim icazə vermir. Deyir ki, sən böyrəyini versən, həyatın təhlükə altında qalar. 1 yaşında oğlum var, əgər mən böyrəyimi versəm, öləcəyəm, uzun illərdən sonra tapdığım övladım da anasız qalacaq, baxan olmayacaq. Heç kəs bizim ailə ilə maraqlanmır. Vəziyyətimiz çox acınacaqlıdır”.

Xatırladaq ki, Məmməd Zeynalov 3 il öncə insult keçirmişdi. Belə ki, o, 2016-cı ilin səhər saatlarında serial çəkilişinə gedərkən yolda yıxılmışdı. Xəstəxanaya yerləşdirildikdən sonra məlum olmuşdu ki, 38 yaşlı aktyorun beyninə qan sızıb.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.