21 okt 15:20medeniyyet

Azərbaycanlı yazıçı dünyada imzasını tanıdır

Azərbaycanlı yazıçı dünyada imzasını tanıdırAzərbaycanda son illərdə fərqli istiqamətlərdə gedən inkişaf ədəbiyyatdan da yan keçməyib. Son illərdə Azərbaycan ədəbiyyatı özünəməxsus dəsti-xət yaradıb və Azərbaycan yazarları nəinki Azərbaycanda, dünyanın bir sıra ölkələrində sevilməkdədirlər.

Belə bir yazarlarımızdan olan Elşən Məmmədlinin “Göy gözlu Zəlha” hekayəsi Belarusiyada nəşr olunan «Metamorfozı» beynəlxalq ədəbi-incəsənət jurnalıda çap olunub.

Bundan öncə də Elşən Məmmədlinin hekayələri fərqli beynəlxalq rusdilli ədəbi nəşrlərdə çap olunub və onun hekayələri üzrə ssenariləşdirilmiş filmlərdən biri Londonda beynəlxalq film festivalında qalib olub.

Elşən Məmmədli 1992-ci ildə Bakı şəhərində anadan olub və Azərbaycan Yazıçılar İttifaqının və Rusiya professional Yazıçılar İttifaqının üzvüdür.

Elşən Məmmədli ədəbiyyatda özünəməxsus dəsti-xətt yaradıb və “24-cü sırada dayanan insan”, “Sonda söz var idi” və “Nişanlımın ərinə məktub” kitablarının müəllifidir.

Müəllifin Avrasiya.net-ə dediyinə görə, yaxın zamanlarda “Qul bazarı” adlı romanı da işiq üzü görəcək..

Elşən Məmmədliyə öz əsərləri ilə dünya ədəbiyyatının fəthində uğurlar arzu edirik!
Azərbaycanlı yazıçı dünyada imzasını tanıdır
Azərbaycanlı yazıçı dünyada imzasını tanıdır
XƏBƏR LENTİ
SORĞU