16 okt 11:14medeniyyet

Müstəqil dövlətin müstəqil övladları

Müstəqil dövlətin müstəqil övladlarıDünən Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində Azərbaycanın müstəqilliyinə həsr olunmuş “Müstəqil dövlətin müstəqil övladları” adlı tədbir keçirilmişdi.Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Şamaxı rayon Təhsil Şöbəsi metodkabinetinin müdiri Ağakərim Ömərov və Şamaxı Veteranlar və ağsaqqalar şurasının sədri Ağarza Bayramov iştirak etmişdilər.
Müstəqil dövlətin müstəqil övladları
Tədbir ilk olaraq məktəb şagirdlərinin əl işlərindən ibarət sərginin açılışı ilə başladı. Sərgidə məktəbin şagirdləri Səfərova Aysunun, Dəmirov Ayxanın, Xanalıyev Sadiqin əl işləri və çəkdikləri şəkillər nümayiş etdirildi. Daha sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülnurə Babaşova çıxış edərək bildirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanmışdı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.
Müstəqil dövlətin müstəqil övladları
Sonra YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Şamaxı rayon Təhsil Şöbəsi metodkabinetinin müdiri Ağakərim Ömərov və Şamaxı Veteranlar və ağsaqqalar şurasının sədri Ağarza Bayramov Azərbaycanın ikinci dəfə əldə etdiyi suverenliyin məhz Heydər Əliyevin qətiyyətli uzaqgörən siyasəti nəticəsində dönməz xarakter aldığını diqqətə çatdırmışlar. Çıxış edən natiqlər vurğulayıblar ki, 1995-ci ildən başlayaraq ölkədə iqtisadi inkişaf tədbirlərinin əsası qoyulmuş, bütün sahələrdə ardıcıl olaraq həyata keçirilən islahatlar, əhalinin maddi rifah halının yaxşılaşması, vətəndaşların təhlükəsizliyinə dövlət təminatı xalqın inamını bərpa etmişdir. Bu gün Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev həyata keçirdiyi daxili və xarici siyasətlə Azərbaycanı daha da qüdrətli ölkəyə çevirdi. İndi regionun aparıcı dövləti kimi Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir. Uğurlarının sayını günü-gündən artırır.
Müstəqil dövlətin müstəqil övladları
Çıxışlardan sonra şagirdlərin hazırladıqları bədii kompozisiyalar tədbir iştirakçılarına təqdim edilmişdir.
XƏBƏR LENTİ
SORĞU