14 okt 10:52medeniyyet

Müğənni Rəqsanə “Maşın şou”nun QALİBİNİ AÇIQLADI - QALMAQAL

Müğənni Rəqsanə “Maşın şou”nun QALİBİNİ AÇIQLADI - QALMAQALMüğənni Rəqsanə İsmayılova İnstaqramda canlı yayım açaraq "Maşın şou"nun qalibinin artıq müəyyənləşdiyini elan edib.

Publika.az xəbər verir ki, müğənni aparıcı Kəmalə Piriyevanın qalib olacağını deyib. Ulduz şounun ilk buraxılışlarında maşından əlini çəkən aparıcının bu görüntülərinin efirə verilməməsinə etiraz edib:

“Niyə Kəmalənin “Maşın”dan əlini çəkməyini efirdə göstərmədiniz? Niyə pul alıb, sildiniz? Əgər düzgünlük varsa, onu edin. Həqiqət nədir, onu deyirəm. Hər zaman həqiqət olan yerdə oldum. Yaxşı “day-day”ın olmalıdır, səni saxlayan imkanlı kişin olmalıdır. Restoranı, hoteli, klinikası olsun. Arxanda dursun, sənə pul buraxsın. Həqiqət budur. Lalə də, Türkan da, ay bala, özünüzü qırmayın. O maşın Kəmalənindir. Qorxmuram, qorxsam, çıxıb yayımlamaram”.
XƏBƏR LENTİ
SORĞU