13 okt 19:27medeniyyet

Vaqif Səmədoğlunun “Xatirəni ...gəl özün apar” adlı audio diski buraxılıb

Vaqif Səmədoğlunun “Xatirəni ...gəl özün apar” adlı audio diski buraxılıbAzərbaycanın Xalq Şairi Vaqif Səmədoğlunun İstambulda nəfis tərtibatda audio diski buraxılıb. Bu barədə Vaqif Səmədoğlu Mərkəzinin təsisçisi hüquqşünas Səməd Vəkilov məlumat verib.

S.Vəkilov bildirib ki, bu günlər İstanbul şəhərində Vaqif Səmədoğlunun “Xatirəni ...gəl özün apar” adlı şerlərindən ibarət audio disk buraxılıb. Diskdə şairin müxtəlif illərdə yazılmış şerləri daxil edilmişdir. Şerlər bədii qiraət ustası aktyor Kamran M.Yunis ifasında səsləndirilmişdir.

Bu diskin ərsəyə gəlməsi layihə rəhbəri Nüşabə Babayeva-Vəkilova, kordinator Moşu Vəkilov, səs rejissoru Samir Muradov , tərtibat Elnarə Heybətovanın adı ilə bağlıdır.

Qeyd edək ki, yaxın vaxtlarda “Xatirəni ...gəl özün apar” auidio diskin təqdimatı keçirilməsi nəzərdə tutulur.
XƏBƏR LENTİ
Dünən, 17:10
SORĞU