05 okt 10:53medeniyyet

Şou əhli “Maşın”dan gedən Xalq artistini ələ salındı, yalanı ifşa edildi

Şou əhli “Maşın”dan gedən Xalq artistini ələ salındı, yalanı ifşa edildiXəbər verdiyimiz kimi, dünən Xalq artisti Bilal Əliyev “Maşın” şouda avtomobildən əlini çəkərək gedib. O, gedişinin səbəbini belə açıqlayıb: "Bu gün səhər atamla telefonla danışdım. Burada olanlara görə narahat olub. 87 yaşı var. Deyib ki, əlini çəksin və birbaşa rayona gəlsin".

“Yeni Sabah” xəbər verir ki, müğənninin bu hərəkəti birmənalı qarşılanmayıb. Bəzi şou-biznes nümayəndələri bu hərəkətinə görə onu ələ salıblar.

Bu mövsüm “Maşını”dan ilk göndərilən olan müğənni Kərim Abbasov sosial şəbəkədə B. Əliyevlə bağlı sərt fikirlər səsləndirib:

“Atası görüb ki, balası bir dənə Ermənistandan səs istəməyib. Düşünüb ki, bu gün də onlardan səs istəyər... Nə qədər ki, başın qaçmayıb düz evə gəl. Sənə hörmətim var idi, Bilal, amma incimə, keyfiyyətin qaçıb. Çox duzsuz adamsan. Xalq artisti olasan, belə duzsuz olasan... Sözümün bitdiyi an”.

Prodüsser Tarix Əliyev (Tolik) də onu sərt tənqid edənlərdən olub.

“Allah Bilalın atasına can sağlığı versin. Dünən gördü ki, Kanada camaatından səs istəyir. Belə getsə, Yaponiya, Afrika camaatından da səs istəyib onları xərcə salacaq” – deyə İnstaqramda yazan Tolikə bəzi şou əhli də dəstək verib.

Talik daha sonra Bilal Əliyevin hava limanında olarkən çəkilmiş videosunu paylaşaraq onun efirdə yalan danışdığını və atasının yanına getmədiyini idda edib:

“Burda bəziləri mənə deyirdilər ki, ayıbdır, sənətkardır. Sən niyə video paylaşmısan?” Gördünüz, demək ki, Kanada camaatı çağırıb onu, atası yox”.
XƏBƏR LENTİ
SORĞU