17 sen 10:47medeniyyet

Xalq artistləri kütləvi şəkildə işdən qovulub? - Açıqlama

Xalq artistləri kütləvi şəkildə işdən qovulub? - AçıqlamaXalq artistləri Ağakişi Kazımov, Azər Zeynalov, Valeh Kərimov, Ötkəm İsgəndərov, Nadir Xasıyev və ümumilikdə 30 müəllimin Mədəniyyət və İncəsənət Universitetindən qovulması barədə məlumat yayılıb. Məlumatda bildirilir ki, müəllimlər incidilib və öz ərizələri ilə universitetdən getməyə məcbur edilib.

Məlumatı dəqiqləşdirmək üçün adı çəkilən şəxslərlə əlaqə saxladıq.

Xalq artisti Azər Zeynalov Kult.az-a açıqlamasında məlumatı təkzib edib. O, universitetlə bağlı heç bir problem yaşanmadığını bildirib:

“Öz istəyimlə işdən çıxmışam. Təxminən 3 il əvvəl işdən çıxdım, çünki Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi yeni kafedra yaradırdı, məni kafedra rəhbəri kimi işə dəvət etmişdi. Mən də öz istəyimlə universitetdən ayrılıb, Konservatoriyada çalışmağa başladım”.

Xalq artisti Ötkəm İsgəndərov da yayılan informasiyanın həqiqətə uyğun olmadığını deyib:

“Artıq 4 ildir ki, Mədəniyyət və İncəsənət Universitetindən çıxmışam. Universitetlə heç bir problem yaşanmayıb”.

Xalq artisti Ağakişi Kazımovla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi.

Qeyd edək ki, bu barədə ilkin informasiyanı BakPost yayıb.

Mədəniyyət və İncəsənət Universiteti də “Yeni Müsavat”a mətbuatda yayılan xəbərin təkzib edib.
XƏBƏR LENTİ
Dünən, 08:32
SORĞU